Güzəştli şərtlərlə Qarabağ və Şərqi Zəngəzurda da ev almaq mümkün olacaq
"Azərbaycan Prezidentinin imzaladığı Fərman ilə "İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nda dəyişiklik edilib. Sənədlə ipoteka kreditinin verilməsinə dair yeni tələblər müəyyənləşib. Bununla da, Qarabağ və Şərqi Zəngəzurda güzəştli şərtlər ilə mənzilə sahib olmaq mümkün olacaq".
Oxu.Az xəbər verir ki, bu barədə iqtisadçı-deputat Vüqar Bayramov paylaşım edib.
Bildirilib ki, yeni dəyişikliklərə əsasən, güzəştli ipoteka kreditinin məbləği kreditin verildiyi tarixə işğaldan azad edilmiş ərazilərdə yaşayış sahəsinin qiymətinin 90 faizindən çox ola bilməz.
"Digər dəyişiklik işğaldan azad olun ərazilərdə ipoteka krediti üzrə ödəniləcək aylıq məbləğ borcalanın məcmu gəliri ilə bağlıdır. Belə ki, işğaldan azad edilmiş ərazilərdə yaşayış sahəsinin alınması məqsədilə verilən kredit məbləği borcalanın aylıq məcmu gəlirinin 75 faizindən çox olmamalıdır. Bu tələb ipoteka kreditinin məbləğinin kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən ilkin bazardakı yaşayış sahəsinin qiymətinin 60 faizindən az olduğu hallara şamil edilmir.
Yeni qaydalar gənc ailələrin güzəştli şərtlər ilə ipoteka kreditindən istifadə etməklə Qarabağ və Şərqi Zəngəzurda evə sahib olmasına imkan verəcək. Bu, bir tərəfdən Qarabağda məskunlaşma prosesini daha da intensivləşdirəcək, digər tərəfdən isə işğaldan azad olunan ərazilərdə iqtisadiyyatın sürətli formalaşması və inkişafına dəstək olacaq. Bu da təbi ki, eyni zamanda gənclərimizin mənzil təminatının yaxşılaşdırılması baxımdan da vacibdir.
Bütövlükdə, yeni dəyişikliklər həm güzəştli şərtlər ilə Qarabağda mənzilə sahib olmağa, həm də həmin ərazilərimizin sosial-iqtisadi inkişafına töhfə verəcək", - deyə deputat qeyd edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 691 Tarix: 17 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFinlandiya prezidenti Danimarkaya dəstəyini bir daha təsdiqlədi
Finlandiya Prezidenti Aleksandr Stubb Qrenlandiya ilə bağlı məsələlərin "yalnız Danimarka Krallığının əlində olduğunu" bir daha təsdiqləyib. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, o, NATO-nun bütöv qalmasının vacib olduğunu bildirib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]
11:34 203 Təyyarədə sərnişinlərin bilmədiyi gizli otaqlar - Orada kimlər yatır?
Uzunməsafəli aviareyslərdə sərnişinlər saatlarla narahat oturacaqlarda istirahət etməyə çalışarkən, təyyarənin sərnişinlərə görünməyən hissəsində ekipaj üçün xüsusi yataq bölmələri yerləşir. Bu gizli otaqların mövcudluğundan əksər sərnişinlərin xəbəri olmur. Bu barədə britaniyalı stüardessa Kris Meyco
20:00 141 Ermənistan müxalifət lideri həbsdə saxlanıldı
Yerevan Ümumi Yurisdiksiya Məhkəməsi müxalifətdə olan "Çiçəklənən Ermənistan" Partiyasının sədri Qaqik Tsarukyan barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. xəbər verir ki, bu barədə TASS agentliyinə onun vəkili Yerem Sarkisyan məlumat verib. "Məhkəmə iki aylıq həbs qətimkan tədbir
11:26 199 "Elçin şəhid olandan sonra yolumu dəyişdim, hərbiyə getdim..." - Video
Vətən müharibəsi şəhidi Elçin Mirzəyevin həyat yoldaşı Günel Mirzəyeva ASAN TV-yə müsahibə verib. "Qafqazinfo" xəbər verir ki, övladlarından, onların gələcək planlarından danışan Günel Mirzəyeva şəhidlə bağlı xatirələrini də bölüşüb. Kosmetoloq kimi fəaliyyət göstərən Günel Mirzəyeva bildiri
12:34 438 İsrailli sehrbazın İDDİASI: "İngiltərənin Dünya çempionatında qalib gəlməsinə kömək edirəm"
İsrailli tanınmış illüzionist və şoumen Uri Qeller İngiltərə millisinin Dünya çempionatının 1/8 finalında Meksika üzərindəki (3:2) qələbəsində pay sahibi olduğunu iddia edib. xarici KİV-ə istinadla xəbər verir ki, Qeller komandanın növbəti mərhələyə yüksəlməsinin onun "ekstrasensor müdaxiləsi"
19:00 181 Tramp İranla razılaşmanın "bitdiyini" elan etdi
Qəzəbli prezident Donald Tramp üç həftə əvvəl İranla imzaladığı atəşkəs müqaviləsinin "bitdiyini" bildirib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, bunun praktikada necə göründüyü hələ də bəlli deyil. Keçən ay müharibənin davam edəcəyi təqdirdə "iqtisadi fəlakət" barədə xəbərdarlı
14:21 239 Sülh prosesinə kölgə salan qərar: Regionda yeni risklər
İsrailin nüfuzlu "Ynet" nəşrində "İsrail qırmızı xətti keçdi: "Erməni soyqırımı"nı tanımasından sonra Azərbaycanla böhran daha da dərinləşdi" başlıqlı məqalənin dərc olunması regionda yeni müzakirələrə səbəb olub. Məqalədə iki ölkə arasındakı münasibətlərdən məlumatlı olduğ
12:24 245 Məşhur cərrah Vaqif Həmidov vəfat etdi - FOTO
Şəkinin tanınmış cərrahı Həmidov Vaqif Məmmədsadiq oğlu vəfat edib. xəbər verir ki, 1945-ci il mayın 25-də Şəki şəhərində anadan olan Vaqif Həmidov ömrünü insanların sağlamlığının keşiyində dayanmağa həsr edib. O, uzun illər Şəki səhiyyəsində çalışaraq peşəkar həkim kimi böyük hörmət və nüfuz qazanıb
14:21 383 Müğənni üsyan etdi: "Bu, naz etmək deyil, çox yorulmuşam"
Türkiyəli müğənni Demet Akalın sıx iş qrafikinə görə yeni konsert təkliflərini qəbul etməyəcəyini açıqlayıb. Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kiprdəki konsertdən əvvəl jurnalistlərin suallarını cavablandıran Akalın artıq əvvəlcədən razılaşdırılmış proqramlardan başqa heç bir yeni təklif
18:15 213