Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb

Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədov ilə görüşübAzərbaycanda səfərdə olan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisə (MM) gəlib.

Oxu.Az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilir ki, qonaqları spiker Sahibə Qafarova qarşılayıb.

Xalq Məsləhətinin sədri əvvəlcə Milli Məclisin plenar iclas zalı ilə tanış olub.

Ulu öndər Heydər Əliyevin adını daşıyan xatirə zalına gələn qonaqlar burada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlara baxıblar.

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov buradakı Xatirə kitabına ürək sözlərini yazıb.

Sonra tərəflər arasında geniş tərkibdə görüş keçirilib.

Milli Məclisin sədri Sahibə Qafarova bu səfərin ölkələr arasında münasibətlərin inkişafı və möhkəmlənməsi işinə xidmət edəcəyinə inamını ifadə edib:

"Xalqların ortaq tarixi, mədəni, dil, din və ailə dəyərləri, oxşarlıqları ölkələrimiz arasında münasibətlərin təməlini təşkil edir. Müstəqillik qazandıqdan sonra məhz bu möhkəm təməl üzərində ölkələrimiz arasında geniş münasibətlər qurulub. Dövlətlərarası əlaqələrin möhkəmləndirilməsində və dərinləşdirilməsində qarşılıqlı səfərlər və ali səviyyədə görüşlər müstəsna rol oynayır. Azərbaycan və Türkmənistan bir sıra beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edirlər. Türkmənistan tərəfinin Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi təşəbbüslərinə daimi dəstəyi yüksək qiymətləndirilir".

Görüşdə, həmçinin qeyd olunub ki, ölkələr arasında mövcud müqavilə-hüquq bazası çox geniş olmaqla siyasi, iqtisadi, ticarət, humanitar və digər əməkdaşlıq sahələrini əhatə edir.

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov bu səfər çərçivəsində Prezident İlham Əliyevlə keçirdiyi görüş və aparılmış müzakirələr barədə yüksək təəssüratlarını bölüşüb.

Söhbət zamanı qonaq regional məsələlər, gender məsələləri, gənclər siyasəti, iqtisadi əlaqələr, hökumətlərarası komissiyanın fəaliyyəti, parlament diplomatiyası, parlamentlərarası dialoq və digər mövzular barəsində fikirlərini bölüşüb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 639   Tarix: 16 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tramp Zelenski ilə görüşdü

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb. xəbər verir ki, onlar Ankarada NATO Sammiti çərçivəsində görüşüblər. "Biz Zelenskiylə yaxşı münasibətlər qurmuşuq. Oval Ofisdən bu günə qədər", - Tramp bildirib

21:45 87
.

Tramp İranla razılaşmanın "bitdiyini" elan etdi

Qəzəbli prezident Donald Tramp üç həftə əvvəl İranla imzaladığı atəşkəs müqaviləsinin "bitdiyini" bildirib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, bunun praktikada necə göründüyü hələ də bəlli deyil. Keçən ay müharibənin davam edəcəyi təqdirdə "iqtisadi fəlakət" barədə xəbərdarlı

14:21 239
.

Məşhur cərrah Vaqif Həmidov vəfat etdi - FOTO

Şəkinin tanınmış cərrahı Həmidov Vaqif Məmmədsadiq oğlu vəfat edib. xəbər verir ki, 1945-ci il mayın 25-də Şəki şəhərində anadan olan Vaqif Həmidov ömrünü insanların sağlamlığının keşiyində dayanmağa həsr edib. O, uzun illər Şəki səhiyyəsində çalışaraq peşəkar həkim kimi böyük hörmət və nüfuz qazanıb

14:21 383
.

Masallıda restoran rəhbərliyi ağacların kökündən çıxarılmasına görə CƏRİMƏLƏNDİ - FOTO

Masallı rayonu, Qəriblər kəndi ərazisində yerləşən "Park Masallı" restoranının ərazisində ağacların kökündən çıxarılması sakinlərin narazılığına səbəb olub. -ın qaynar xəttinə daxil olan şikayətdə bildirilib ki, ağacların kəsilməsinə səbəb restoran ərazisinin genişləndirilməsidir. -ın sorğusun

12:09 244
.

"Pul xərcləməyən kişini yumurtlamayan toyuq kimi görürəm"

Aparıcı Vüsalə Əlizadə xəsis insanlardan xoşu gəlmədiyini etiraf edib. Axşam.az xəbər verir ki, o, bu barədə aparıcısı olduğu "İncə səhər" verilişində danışıb. Vüsalə həm qadın, həm də kişi olmasından asılı olmayaraq xəsis insanları sevmədiyini bildirib:. "Xəsis insanlar gözümün düşmənidir

14:15 307
.

Dünyanın ən çox qazanan bloqerləri AÇIQLANDI: İldə 300 milyon...

"Forbes" jurnalı dünyanın ən çox qazanan bloqerləri, influenserləri və kontent yaradıcılarının illik reytinqini dərc edib. xəbər verir ki, siyahıya növbəti dəfə 28 yaşlı MrBeast başçılıq edib. Məlumata görə, onun son bir ildə əldə etdiyi gəlir 300 milyon dollar təşkil edib. Reytinqin ikinc

19:45 169
.

Mütəxəssisdən yay xəbərdarlığı: Bu dondurmalar ciddi risk yaradır

"Yay mövsümündə dondurmaya tələbat əhəmiyyətli dərəcədə artır. Satışda olan dondurmaların ötən ildən qalıb-qalmadığını və sağlamlıq üçün risk yaradıb-yaratmadığını müəyyən etmək üçün məhsulun fiziki-orqanoleptik göstəricilərinə, etiket məlumatlarına və soyuq zəncirin qorunmasına diqqət yetirmə

14:24 256
.

Tramp: "Putin Ukrayna ilə danışıqların Moskvada keçirilməsini istəyir" - VİDEO

ABŞ Prezidenti Donald Tramp özü ilə Rusiya Prezidenti Vladimir Putinin Rusiya və Ukrayna liderlərinin mümkün görüşünü müzakirə etdiklərini bildirib. xəbər verir ki, bu barədə "Caliber" "Clash Report"a istinadən məlumat yayıb. Tramp görüşün gələcəkdə baş tutacağına əmin olduğunu qey

21:17 111
.

Kosmosda qədim Kainata açılan "pəncərə" aşkarlandı

Beynəlxalq astronomlar qrupu ən qədim kvazarlar arasından 31-ni aşkar edib və onlardan ikisi dərhal yeni rekord müəyyən edib: onlar Kainatın cəmi 670 milyon yaşı olanda işıq saçmağa başlayıblar. Bu, onları Kainatın öz müasir görkəmini almağa başladığı dövrün ən parlaq obyektlərinə çevirib, tədqiqat is

23:15 1
.

TOP MP3