Piylənmə ilə bağlı xərçəng ölümləri kəskin artıb
ABŞ-da keçirilən Endokrin Cəmiyyətinin (ENDO 2025) illik toplantısında təqdim olunan yeni araşdırma piylənmənin sağlamlıq üçün yaratdığı ciddi təhlükələri bir daha diqqət mərkəzinə gətirib. Tədqiqatın nəticələri göstərir ki, piylənmə ilə əlaqəli xərçəng ölümləri son 20 ildə üç dəfədən çox artıb və bu artım xüsusilə qadınlar, yaşlı əhali və etnik azlıq qrupları arasında daha nəzərəçarpacaq həddə olub.
Lent.az "Science Daily" saytına istinadla xəbər verir ki, araşdırmanın əsas müəllifi, Cersi Universiteti Tibb Mərkəzinin tədqiqatçısı dr. Faizan Əhmədin sözlərinə görə, piylənmə çoxsaylı xərçəng növləri üçün mühüm risk amilidir və bu nəticələr, xüsusilə risk altında olan əhali qruplarında erkən diaqnostika və tibbi xidmətə çıxışın artırılmasının vacibliyini ortaya qoyur.
Xəstəliklərə nəzarət və qarşısının alınması mərkəzləri (CDC) tərəfindən toplanmış ölüm statistikalarına əsaslanan tədqiqatda 1999-2020-ci illər arasında ABŞ-da piylənmə ilə əlaqələndirilən xərçənglərdən 33 min 572 ölüm halı təhlil olunub. Bu müddət ərzində yaşa uyğunlaşdırılmış ölüm göstəriciləri hər milyon nəfərə görə 3,73-dən 13,52-yə yüksəlib. Təsirə məruz qalan əsas qruplar qadınlar, qaradərili amerikalılar, yerli amerikalılar və yaşlılar olub. Coğrafi baxımdan Orta Qərb bölgəsi piylənmə ilə əlaqəli xərçəng ölümlərinin ən yüksək, Şimal-Şərq isə ən aşağı göstəricilərinə sahib olub. Ştat səviyyəsində isə Vermont, Minnesota və Oklahoma ən yüksək, Utah, Alabama və Virciniya isə ən aşağı ölüm nisbətlərinə malikdir.
CDC-nin məlumatına görə, ABŞ-da yetkinlərin 40,3 faizi piylənmədən əziyyət çəkir. Piylənmə genetik, hormonal, ətraf mühit və həyat tərzi amillərinin kompleks təsiri nəticəsində inkişaf edən xroniki bir xəstəlikdir. Bu vəziyyət yalnız metabolik pozuntulara deyil, həm də ciddi onkoloji risklərə yol açır. Piylənmə ilə əlaqəli olduğu müəyyən edilən xərçəng növləri bunlardır: döş xərçəngi, düz bağırsaq xərçəngi, uşaqlıq yolu xərçəngi, öd kisəsi xərçəngi, üt mədə xərçəngi, böyrək xərçəngi, qaraciyər xərçəngi, yumurtalıq xərçəngi, mədəaltı vəzi xərçəngi, tiroid xərçəngi, meningioma. Bu xərçənglər hazırda ABŞ-da illik diaqnostik edilən xərçəng hallarının təxminən 40 faizini təşkil edir. Bu fakt piylənmənin artıq sadəcə bir metabolik pozuntu deyil, həm də geniş ictimai səhiyyə problemi və onkoloji fəlakət kimi qiymətləndirilməli olduğunu göstərir. Dr. Əhmədin fikrincə, bu araşdırma hökumət orqanları və səhiyyə sistemləri üçün ciddi xəbərdarlıq siqnalıdır: "Əgər biz yüksək risk qrupundakı əhalini vaxtında skrininq və tibbi dəstək ilə əhatə etməsək, xərçənglə mübarizədə əldə edilən irəliləyişlər geri dönə bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 825 Tarix: 16 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTramp İranla razılaşmanın "bitdiyini" elan etdi
Qəzəbli prezident Donald Tramp üç həftə əvvəl İranla imzaladığı atəşkəs müqaviləsinin "bitdiyini" bildirib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, bunun praktikada necə göründüyü hələ də bəlli deyil. Keçən ay müharibənin davam edəcəyi təqdirdə "iqtisadi fəlakət" barədə xəbərdarlı
14:21 239 Düyünü bişirməzdən əvvəl yumamaq olar? - CAVAB
Bir çox insan düyünü bişirməzdən əvvəl dəfələrlə yuyur. Ən geniş yayılmış fikir isə budur ki, bu üsul düyünü daha dənəvər edir və bişərkən yapışmasının qarşısını alır. -ın xarici mediaya istinadən xəbərinə görə, lakin Avstraliya alimlərinin apardığı yeni araşdırma göstərib ki, düyünü yumağın əsl səbəb
19:15 156 Masallıda restoran rəhbərliyi ağacların kökündən çıxarılmasına görə CƏRİMƏLƏNDİ - FOTO
Masallı rayonu, Qəriblər kəndi ərazisində yerləşən "Park Masallı" restoranının ərazisində ağacların kökündən çıxarılması sakinlərin narazılığına səbəb olub. -ın qaynar xəttinə daxil olan şikayətdə bildirilib ki, ağacların kəsilməsinə səbəb restoran ərazisinin genişləndirilməsidir. -ın sorğusun
12:09 244 Qızılın ucuzlaşması davam edir
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 0,49% azalaraq 4 137 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə 2026-c
20:45 117 Sülh prosesinə kölgə salan qərar: Regionda yeni risklər
İsrailin nüfuzlu "Ynet" nəşrində "İsrail qırmızı xətti keçdi: "Erməni soyqırımı"nı tanımasından sonra Azərbaycanla böhran daha da dərinləşdi" başlıqlı məqalənin dərc olunması regionda yeni müzakirələrə səbəb olub. Məqalədə iki ölkə arasındakı münasibətlərdən məlumatlı olduğ
12:24 245 Niyə soyuducunuza çoxlu maqnit asmamalısınız?
Soyuducunun üzərinə yapışdırılan maqnitlər uzun illərdir mətbəxin ayrılmaz hissəsinə çevrilib. Kimisi onları səyahətlərdən xatirə kimi gətirir, kimisi isə qeydləri, alış-veriş siyahısını və ya uşaqların rəsmlərini bərkitmək üçün istifadə edir. Lakin mütəxəssislər bildirirlər ki, həddindən artıq çox maqni
18:45 164 Xameneidən sonra İranda hakimiyyət uğrunda görünməyən mübarizə
"ABŞ və İsrailin hava zərbələri nəticəsində həlak olduğu bildirilən İranın keçmiş ali dini lideri Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimləri davam edir. Mərasimlərin İrandan sonra İraqda da keçirilməsi diqqət çəkən məqamlardan biridir. Məlumata görə, nəşi Nəcəf şəhərinə aparılıb və şiə müsəlmanlar
14:14 257 400 qızıl sikkənin sirri 30 ildən sonra açıldı
30 il əvvəl İngiltərə sahillərində aşkar edilən xəzinənin hansı gəmiyə məxsus olduğu müəyyənləşdirilib. xəbər verir ki, bu barədə Popular Mechanics nəşri məlumat yayıb. Məlumata görə, 1995-ci ildə dalğıclar İngiltərə sahillərində, 18 metr dərinlikdə təxminən 400 qızıl sikkə aşkar ediblər. Dəniz dibind
11:57 210 Elektrik skuterləri və velosipedlər üçün sığorta məcburi olmalıdır? - SIĞORTA EKSPERTİNDƏN AÇIQLAMA
Son illərdə ölkədə elektrik skuterləri və velosipedlərdən istifadə sürətlə artır. Bu nəqliyyat vasitələri həm tıxacların azalmasına, həm də ekoloji cəhətdən daha təmiz hərəkət imkanlarının yaranmasına töhfə versə də, onların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayı da artmaqdadır. Qəz
12:29 238