İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub

İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olubİyulun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovu qarşılayıb.

Dövlətimizin başçısı və Türkmənistan Xalq Məsləhətinin sədri birgə foto çəkdiriblər.

Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:

"Hörmətli Qurbanqulu Məlikquliyeviç.

Azərbaycana xoş gəlmisiniz. Sizi səmimiyyətlə salamlayıram. Əminəm ki, səfəriniz Türkmənistan-Azərbaycan qardaşlıq əlaqələrinin inkişafına öz töhfəsini verəcək. Xalqlarımızı dərin qardaşlıq ənənələri birləşdirir və müstəqillik dövründə bu əlaqələr daha da gücləndi. Biz bir çox sahələrdə uğurla əməkdaşlıq edirik və iki ölkə müstəqil siyasət apararaq gələcəyə inamla baxır. Bizim aramızdakı tarixi əlaqələr bugünkü əlaqələr üçün əsas zəmindir və əminəm ki, Sizin səfəriniz bizim münasibətlərimizə yeni təkan verəcək. Siyasi, iqtisadi, humanitar və digər sahələrdə, o cümlədən nəqliyyat, energetika sahələrində bir çox nailiyyətlərimiz var və əlbəttə ki, gələcək əməkdaşlıqla bağlı bu gün fikir mübadiləsi aparacağıq.

Əziz qardaşım, bir daha xoş gəlmisiniz Azərbaycana".

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov çıxış edərək deyib:

"Hörmətli İlham Heydər oğlu.

Hörmətli nümayəndə heyətlərinin üzvləri.

Əvvəlcə icazə verin, Azərbaycana səfərə dəvət etdiyinizə, göstərilən qonaqpərvərliyə və səmimi münasibətə görə Sizə ürəkdən təşəkkür edim.

Mən, həmçinin Türkmənistan Prezidenti Zati-aliləri Sərdar Berdiməhəmmədovun səmimi salamlarını və xoş arzularını Sizə çatdırmaqdan şərəf duyuram.

Azərbaycan Respublikasına bu səfərimin əsas məqsədi ikitərəfli münasibətləri daha da dərinləşdirmək və inkişaf etdirmək, əldə olunan nailiyyətləri möhkəmləndirmək, yeni layihələrin və istiqamətlərin həyata keçirilməsinə əlavə stimul verməkdir.

Ümumilikdə Türkmənistan-Azərbaycan dövlətlərarası əlaqələrinin bugünkü səviyyəsini xarakterizə edərkən onları üç sözlə ifadə edərdim: qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq.

Biz möhkəm tarixi bünövrəyə, iki xalqın ortaqlığına və qohumluğuna, bir-birinə qarşılıqlı ehtiyacının olması anlayışına, xalqlarımızın və dövlətlərimizin rifahı, onların əmin-almanlığı və tərəqqisi naminə məcmu siyasi, iqtisadi, resurs potensialından istifadə etməyə hazır olmağa əsaslanırıq.

Qanunauyğun haldır ki, Türkmənistan və Azərbaycan bu gün xarici siyasətdə, siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə sanballı və geniş əməkdaşlıq gündəliyinə malikdir. Hər iki tərəfin səyləri sayəsində əməkdaşlığımız məqsədyönlülüyü və konkretliyi ilə seçilir, sabit və davamlı xarakter daşıyır, yaxşı dinamika nümayiş etdirir. Bunun əsas, həlledici amili ölkələrimizin liderləri arasında əldə edilmiş ən yüksək səviyyədə qarşılıqlı anlaşma və etimaddır. Bu, bizə ikitərəfli əməkdaşlığın bütün məsələləri üzrə düzgün və vaxtında qərarlar verməyə, əldə olunmuş razılaşmaların həyata keçirilməsini təmin etməyə imkan yaradır.

Türkmənistanla Azərbaycan xarici siyasət sahəsində BMT Nizamnaməsinə və tanınmış beynəlxalq hüquq normalarına riayət etməklə prinsipial və qəti mövqedən çıxış edir. Ölkələrimiz dünyada və qitədə, regional məsələlərdə, Xəzər dənizi zonasında sabitliyin və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verir.

Ən böyük beynəlxalq təşkilatlarda, ilk növbədə, BMT-də, bir sıra regional strukturlarda uğurla və səmərəli əməkdaşlıq edirik. Bu baxımdan, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin 17-ci Zirvə görüşünün bu yaxınlarda Xankəndi şəhərində uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik etmək istərdim.

İqtisadi-ticari tərəfdaşlıq uğurla inkişaf edir, onun keyfiyyət və kəmiyyət göstəriciləri artır.

Mədəniyyət, elm, təhsil, şəxsi və insani səviyyələrdə ənənəvi əlaqələr genişlənir.

Dövlətlərarası münasibətlərin çox mühüm elementləri olan parlamentlərarası əlaqələrin, xalq diplomatiyasının əhəmiyyəti və rolu artır.

Əminəm ki, bu səfər Türkmənistan ilə Azərbaycanın bundan sonra da yaxınlaşması, əməkdaşlığın uzunmüddətli strategiyasının reallaşdırılması kontekstində razılaşdırılmış yanaşmaların işlənib hazırlanmasında mühüm amilə çevriləcək.

Hörmətli İlham Heydər oğlu, qardaş Azərbaycan torpağında hər zaman səmimi qarşılandığımıza görə Sizə bir daha təşəkkür edirəm.

Çox sağ olun".

Prezident İlham Əliyev: "Təşəkkür edirəm. Xahiş edirəm, mənim də salamlarımı hörmətli Prezident Sərdar Berdiməhəmmədova çatdırasınız".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 750   Tarix: 16 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Si Cinpin BRICS ölkələrini qlobal Cənub dövlətləri ilə birləşməyə çağırdı

"BRICS ölkələri (Braziliya, Rusiya, Hindistan, Çin, CAR - red.) qlobal Cənub dövlətləri ilə birləşərək dünya səhnəsində vəziyyəti sabitləşdirməlidir". "Xinhua" agentliyinə istinadən xəbər verir ki, bu barədə Çin Sədri Si Cinpin Hindistanda BRICS ölkələri və tərəfdaş dövlətlərin liderlərini

13.09.2026 157
.

"Əhdi" və tanışı HƏBS OLUNDU: Cinayət işi açılıb

Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev polis əməkdaşları tərəfindən saxlanılıblar. APA nın əldə etdiyi məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hər iki şəxs cinayə

13.09.2026 434
.

Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb

Türkiyədə 2027-2029-cu illər dövrü Dövlət İnvestisiya Proqramının hazırlanmasına dair sirkulyar (rəsmi məktub) dərc olunub. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə yayımlanan sənəddə makroiqtisadi sabitliyin qorunması, inflyasiyanı

13.09.2026 160
.

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 45 nəfər ötən gün saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Poli

13.09.2026 164
.

Suriyada məhkumlar həbsxananı yandırdılar: Ölənlər var

Suriyanın Hələb əyalətinin Ayn əl-Ərəb həbsxanasında iğtişaşlar baş verib və nəticədə yeddi məhkum həyatını itirib. Bununla yanaşı, onlarla şəxs yanıq xəsarətləri alıb və tüstüdən zəhərlənib. -ın .il saytına istinadən verdiyi xəbərə əsasən, yayılan məlumatlarda məhbusların cəzaçəkmə müəssisəsinin binasın

13.09.2026 177
.

33 dərəcə isti, yağış, külək... - Sabahın havası

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir, cənub küləyi əsəcək. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd edilib ki, havanın temperaturu gecə 18-21 isti, gündüz 26-31 isti olacaq. Atmosfer təzyiq

13.09.2026 215
.

Pezeşkian: ABŞ blokada və hücumları dayandırsa, Hörmüz boğazı açılacaq

ABŞ ordusu İran limanlarının blokadasını və İslam Respublikasına hücumları dayandırsa, Tehran Hörmüz boğazında gəmilərin sərbəst hərəkətini bərpa edəcək. "Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib. "Boğazın yolu o şərtlə açılacaq ki, Amerik

13.09.2026 163
.

Sakit okeanda onlarla insanın olduğu bərə batıb

Vanuatu sahillərində bərənin batması nəticəsində 30-dan çox insan itkin düşüb. bildirir ki, bu barədə "Reuters" agentliyi Sakit okeandakı ada dövlətinin baş naziri Cotam Napatın ofisinə istinadən məlumat verib. Gəminin göyərtəsində ümumilikdə 40-dan çox sərnişin və heyət üzvü olub. Məlumat

13.09.2026 150
.

Hörmüz boğazında tanker vuruldu: Ölən var

Hörmüz boğazında tanker mərmi ilə vurulub. TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb. "Hazırda heyətin vəziyyəti, dəymiş ziyanın qiymətləndirilməsi və ətraf mühitə təsiri barəd

13.09.2026 145
.