Uçuş zamanı bu geyimlərdən uzaq durun: Bələdçidən tövsiyələr
Hər geyim uzun uçuş üçün uyğun deyil. Təyyarədə bir neçə saat oturmaq planınız varsa, geyim seçiminiz rahatlığınıza birbaşa təsir edə bilər. Daha əvvəl təyyarəyə minməzdən əvvəl cins şalvar geyinməmək tövsiyə olunurdu, lakin bu, sadəcə başlanğıcdır.
Lent.az xarici mediaya istinadən bu barədə ətraflı məlumat verir.
Ən rahat uçuş geyimi hansıdır?
Əvvəllər Emirates hava yollarında çalışmış bələdçi İrina, YouTube kanalında uzunmüddətli uçuşlarda rahatlıq üçün geyim məsləhətləri bölüşüb. O bildirir ki, xüsusilə mini və ya bədənə kip oturan donlar uzun səyahətlər üçün uyğun deyil.
Niyə dar geyimlərdən uzaq durmaq lazımdır?
İrinanın sözlərinə görə, uzun uçuşlar zamanı qarında köp və ayaqlarda şişkinlik ola bilər. Çünki uzun müddət oturaq vəziyyətdə olmaq qanın aşağı ətraflarda normal dövranına mane olur. Bu səbəbdən də çox dar olmayan, bədəni sıxmayan, rahat materialdan olan geyimlər seçmək vacibdir.
Təyyarədəki temperatur sizi təəccübləndirə bilər
İrina qeyd edir ki, təyyarə salonunda adətən 22-24°C temperatur saxlanılır. Bu da sərnişinlərin həddən artıq istilikdən narahat olmaması üçündür. Amma çöldə +30°C temperaturdan təyyarəyə minən biri üçün 22°C sərin görünə bilər, xüsusilə də çox açıq və nazik geyinibsə.
Vacib məqam: təyyarənin temperaturunu bələdçilər deyil, pilotlar tənzimləyir və bu proses olduqca mürəkkəbdir. Ona görə də stüardessadan temperaturun artırılmasını və ya azaldılmasını xahiş etmək, əksər hallarda nəticə vermir.
İdeal seçim: qat-qat geyim
İrina idman üslubunda geyimləri, məsələn, rahat köynəkləri tövsiyə edir. Ən yaxşısı, bir neçə qat geyim geyinməkdir, belə ki, temperatur dəyişdikcə üst qatları çıxarmaq və ya əlavə geyinmək mümkündür.
Digər səyahət tövsiyələri
Daha əvvəl UNİAN qeyd etmişdi ki, stüardessalar təyyarədə tam yeməklərdən qaçmağı tövsiyə edirlər. Çünki təyyarə yeməkləri çoxlu duz və şəkər ehtiva edir. Bu, hündürlükdə insanların dad reseptorlarının zəifləməsi ilə əlaqədardır. Yeməklərin dadı hiss olunmur və buna görə daha çox ədviyyat əlavə edilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 692 Tarix: 14 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTramp Zelenski ilə görüşdü
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb. xəbər verir ki, onlar Ankarada NATO Sammiti çərçivəsində görüşüblər. "Biz Zelenskiylə yaxşı münasibətlər qurmuşuq. Oval Ofisdən bu günə qədər", - Tramp bildirib
21:45 87 Tramp İranla razılaşmanın "bitdiyini" elan etdi
Qəzəbli prezident Donald Tramp üç həftə əvvəl İranla imzaladığı atəşkəs müqaviləsinin "bitdiyini" bildirib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, bunun praktikada necə göründüyü hələ də bəlli deyil. Keçən ay müharibənin davam edəcəyi təqdirdə "iqtisadi fəlakət" barədə xəbərdarlı
14:21 239 Məşhur cərrah Vaqif Həmidov vəfat etdi - FOTO
Şəkinin tanınmış cərrahı Həmidov Vaqif Məmmədsadiq oğlu vəfat edib. xəbər verir ki, 1945-ci il mayın 25-də Şəki şəhərində anadan olan Vaqif Həmidov ömrünü insanların sağlamlığının keşiyində dayanmağa həsr edib. O, uzun illər Şəki səhiyyəsində çalışaraq peşəkar həkim kimi böyük hörmət və nüfuz qazanıb
14:21 383 Masallıda restoran rəhbərliyi ağacların kökündən çıxarılmasına görə CƏRİMƏLƏNDİ - FOTO
Masallı rayonu, Qəriblər kəndi ərazisində yerləşən "Park Masallı" restoranının ərazisində ağacların kökündən çıxarılması sakinlərin narazılığına səbəb olub. -ın qaynar xəttinə daxil olan şikayətdə bildirilib ki, ağacların kəsilməsinə səbəb restoran ərazisinin genişləndirilməsidir. -ın sorğusun
12:09 244 "Pul xərcləməyən kişini yumurtlamayan toyuq kimi görürəm"
Aparıcı Vüsalə Əlizadə xəsis insanlardan xoşu gəlmədiyini etiraf edib. Axşam.az xəbər verir ki, o, bu barədə aparıcısı olduğu "İncə səhər" verilişində danışıb. Vüsalə həm qadın, həm də kişi olmasından asılı olmayaraq xəsis insanları sevmədiyini bildirib:. "Xəsis insanlar gözümün düşmənidir
14:15 307 Dünyanın ən çox qazanan bloqerləri AÇIQLANDI: İldə 300 milyon...
"Forbes" jurnalı dünyanın ən çox qazanan bloqerləri, influenserləri və kontent yaradıcılarının illik reytinqini dərc edib. xəbər verir ki, siyahıya növbəti dəfə 28 yaşlı MrBeast başçılıq edib. Məlumata görə, onun son bir ildə əldə etdiyi gəlir 300 milyon dollar təşkil edib. Reytinqin ikinc
19:45 169 Mütəxəssisdən yay xəbərdarlığı: Bu dondurmalar ciddi risk yaradır
"Yay mövsümündə dondurmaya tələbat əhəmiyyətli dərəcədə artır. Satışda olan dondurmaların ötən ildən qalıb-qalmadığını və sağlamlıq üçün risk yaradıb-yaratmadığını müəyyən etmək üçün məhsulun fiziki-orqanoleptik göstəricilərinə, etiket məlumatlarına və soyuq zəncirin qorunmasına diqqət yetirmə
14:24 256 Tramp: "Putin Ukrayna ilə danışıqların Moskvada keçirilməsini istəyir" - VİDEO
ABŞ Prezidenti Donald Tramp özü ilə Rusiya Prezidenti Vladimir Putinin Rusiya və Ukrayna liderlərinin mümkün görüşünü müzakirə etdiklərini bildirib. xəbər verir ki, bu barədə "Caliber" "Clash Report"a istinadən məlumat yayıb. Tramp görüşün gələcəkdə baş tutacağına əmin olduğunu qey
21:17 111 Kosmosda qədim Kainata açılan "pəncərə" aşkarlandı
Beynəlxalq astronomlar qrupu ən qədim kvazarlar arasından 31-ni aşkar edib və onlardan ikisi dərhal yeni rekord müəyyən edib: onlar Kainatın cəmi 670 milyon yaşı olanda işıq saçmağa başlayıblar. Bu, onları Kainatın öz müasir görkəmini almağa başladığı dövrün ən parlaq obyektlərinə çevirib, tədqiqat is
23:15 1