Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şaranın Bakıya səfəri yeni əməkdaşlıq mərhələsinin başlanğıcı ola bilər

Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şaranın Bakıya səfəri yeni əməkdaşlıq mərhələsinin başlanğıcı ola bilərSuriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şaranın Azərbaycan Respublikasına işgüzar səfəri baş tutub. Səfər bir sıra məqamlarla diqqət çəkib.

Səfər çərçivəsində Prezident Əhməd əş-Şara Azərbaycan Prezidenti İlham Əliyevlə əvvəlcə geniş tərkibdə, daha sonra isə ikitərəfli görüş keçirib. Görüşlər zamanı bir çox mühüm məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şaranın Bakıya səfəri yeni əməkdaşlıq mərhələsinin başlanğıcı ola bilərMövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Əhməd əş-Şaranın Bakıya səfəri gözlənilən idi. Xatırladaq ki, Prezident İlham Əliyev bir müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Antalyada keçirilən 4-cü Diplomatik Forumda iştirak edərkən Əhməd əş-Şara ilə görüşmüş və onu Azərbaycana rəsmi səfərə dəvət etmişdi.

Politoloqun sözlərinə görə, bu səfər Suriyanın keçid dövrü rəhbərliyi üçün həm siyasi, həm də iqtisadi baxımdan mühüm nəticələr vəd edir:

"Suriya yenidən beynəlxalq arenaya inteqrasiya olunmaq yolundadır və bu prosesi aparan əsas aktorlardan biri məhz Azərbaycandır. Enerji bazarında strateji oyunçuya çevrilmiş Azərbaycan, Suriyanın enerji sektorunun bərpasında real və effektiv tərəfdaş kimi çıxış edə bilər".

T.Rzayev əlavə edib ki, Prezidentlərin Antalyadakı görüşü zamanı səsləndirilmiş fikirlər artıq konkret addımlara çevrilməkdədir. Məsələn, Prezident İlham Əliyev həmin vaxt demişdi ki, "Azərbaycan Suriyanın bərpasında iştirak etməyə hazırdır". İyulun 12-də keçirilmiş səfər çərçivəsində bu istiqamətdə praktiki addım atılıb – SOCAR ilə Suriya Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb.

Ekspert bildirir ki, Azərbaycanın neft-qaz sektorundakı təcrübəsi, yüksək texnologiyaları və SOCAR kimi beynəlxalq miqyasda tanınan şirkətlərin varlığı Dəməşq üçün olduqca cəlbedici əməkdaşlıq modeli yaradır:

"Azərbaycan bu məsələyə yalnız iqtisadi deyil, həm də strateji baxımdan yanaşır. Regionda sülh, sabitlik və iqtisadi inteqrasiya üçün Suriyanın enerji infrastrukturunun bərpası vacibdir və Bakı bu prosesin əsas oyunçularından birinə çevrilə bilər".

Digər mühüm məqamlardan biri də bu əməkdaşlığın Suriyanın uzun illərdir davam edən izoliyasını aradan qaldırmaq potensialıdır. Turan Rzayevin fikrincə, bu əlaqələr Dəməşqə həm iqtisadi, həm də diplomatik baxımdan yeni nəfəs verə bilər.

"Bu səfər simvolik olaraq göstərir ki, Suriya artıq əvvəlki kimi riskli və xaotik bir məkan deyil. Əksinə, regionda etibarlı tərəfdaş kimi qəbul olunur".

Politoloq həmçinin qeyd edir ki, bir müddət öncə Əhməd əş-Şaranın Suriyada türkmən mənşəli II Korpus komandiri Fehim İsanı müdafiə nazirinin müavini və şimal regionlarının komandanı təyin etməsi SOCAR-ın potensial fəaliyyəti üçün təhlükəsizlik zəmanətinin mövcud olduğunu göstərir. Bu addım daxili balansın qorunması və azlıqlara mesaj verilməsi baxımından da önəmlidir.

İsrail faktoru da analitiklərin diqqətindən yayınmır. İsrailin Azərbaycanla yaxın strateji münasibətləri fonunda, Bakı ilə Təl-Əviv arasında Suriyanın enerji sektoruna dair mümkün koordinasiya perspektivləri ortaya çıxır.

"Gələcəkdə Suriya ərazisindən keçəcək enerji marşrutlarının İsrailə qədər uzanması real görünür. Hətta Bakı bu iki dövlət arasında vasitəçi rolunu belə oynaya bilər", – deyə Rzayev əlavə edib.

Sonda ekspert vurğulayıb ki, bu səfər təkcə diplomatik ziyarət deyil, eyni zamanda Cənubi Qafqazla Şərqi Aralıq dənizi arasında yeni əməkdaşlıq arxitekturasının başlanğıcıdır. Qarşılıqlı hörmət və ortaq maraqlar üzərində qurulan bu əlaqələr, gələcəkdə regionda balans və sabitliyin möhkəmlənməsində əhəmiyyətli rol oynaya bilər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 896   Tarix: 14 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Cevdet Yılmaz Cənubi Qafqazdakı sülh prosesində Türkiyənin rolunu qabardıb

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz ölkənin inkişaf hədəflərinə mane olan terror problemini daimi şəkildə gündəmdən çıxarmaq istədiklərini bildirib. "Report" "Anadolu Ajansı"na istinadən xəbər verir ki, vitse-prezident bu barədə Ədalət və İnkişaf Partiyasının (AK Parti) toplantısındak

13.09.2026 167
.

"Reform UK"ə rekord məbləğdə ianə edilib

Sağ populist Böyük Britaniya partiyası "Reform UK", BitMEX kriptovalyuta platformasının həmtəsisçisi Ben Delodan 36 milyon funt (təxminən 48,7 milyon dollar) məbləğində ianə alıb. "Report" Britaniya mediasına istinadən xəbər verir ki, bu, Birləşmiş Krallığın siyasi partiyasına edilə

13.09.2026 166
.

Tramp Çin avtomobillərinin ABŞ-də istehsalına münasibət bildirib

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Çin müəssisələrinin ölkə ərazisində avtomobil istehsalı zavodları inşa etməsinə qarşı olmadığını vurğulayıb. xəbər verir ki, bu barədə dövlət başçısı "Fox News" televiziyasına verdiyi müsahibə zamanı danışıb. "Əgər Çin bura gələrə

13.09.2026 171
.

Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb

Türkiyədə 2027-2029-cu illər dövrü Dövlət İnvestisiya Proqramının hazırlanmasına dair sirkulyar (rəsmi məktub) dərc olunub. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə yayımlanan sənəddə makroiqtisadi sabitliyin qorunması, inflyasiyanı

13.09.2026 160
.

Yumurtanı səhər, yoxsa axşam yemək daha faydalıdır?

Yumurta zülal mənbələrindən biri hesab olunur. Buna görə də ondan səhər yeməyində, arıqlama pəhrizlərində və məşqdən sonra tez-tez istifadə edilir. Lakin yumurtanın hansı vaxtda yeyilməsi insanın qarşısına qoyduğu məqsəddən asılı olaraq fərqli nəticə verə bilər. xarici mediaya istinadən xəbər verir ki

13.09.2026 185
.

Bəzi mağazalar niyə QR-kodla ödənişdən imtina edir? "Biz "m10"la ödəniş götürmürük" - VİDEO

Bakıda bəzi mağaza və ticarət obyektlərində "m10" tətbiqi üzərindən QR-kod vasitəsilə ödənişlərin qəbul edilmədiyi bildirilir. Baku TV məsələni yerində araşdırmaq üçün paytaxtdakı iri ticarət mərkəzlərindən birində müşahidə aparıb. Təxminən səkkiz geyim mağazasına müraciət edilərək "m10"

13.09.2026 189
.

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 7 mini ötüb

Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasına yoluxma hallarının təsdiqlənmiş sayı 7 022-yə çatıb. "Report"un xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bu barədə KDR hakimiyyəti məlumat yayıb. Qeyd olunur ki, mayın ortalarında "Bundibugyo" virusunun nadir ştammını

13.09.2026 162
.

Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir

ABŞ administrasiyası İran xalqının təslim olmasını istəyir. "Report" "Fars" agentliyinə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib. "Amerika zor gücü ilə İran xalqını təslim olmağa məcbur edə bilmədiyi üçün elə etmək istəyir ki, xalq dolanışıq və imkanları

13.09.2026 165
.

Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün yenilik

Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün yeni layihənin icrasına başlanacaq. Bu barədə -a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov bildirib. O qeyd edib ki, metro stansiyalarında platformalarda mühafiz

13.09.2026 170
.