Kibercinayətkarlardan görünməmiş əməllər - DTX ifşa etdi

Kibercinayətkarlardan görünməmiş əməllər - DTX ifşa etdiBakı şəhəri Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən cinayət işi üzrə təqsirləndirilən Azərbaycan Respublikası vətəndaşı Hacıyev Nihad Əhməd oğlu barəsində həbs qətimkan tədbiri seçilib.

Qaynarinfo xəbər verir ki, "darknet" tipli internet resursunun yaradılması və idarə edilməsi, orada fərdi məlumatların, qanunla paylaşılması qadağan olunan sair məlumatların satışı ilə məşğul olan Nihad Hacıyev DTX-nin həyata keçirdiyi əməliyyat-texniki tədbirlər zamanı ifşa edilmiş kibercinayətkar qrupun üzvlərindən biri kimi həbs olunub.

Belə ki, o, əlaqəsində olan digər şəxslərlə birgə "xeberoxu.az" və digər informasiya portallarına kiberhücumlar təşkil edib, qeyd olunan saytın idarəetməsini ələ keçirərək xəbərlərin məzmununu dəyişdirmiş, "Çarxla Qazan.apk", "Paypal.apk" və s. adlı, tərkibində zərərli kodlar olan mobil tətbiqləri insanların mobil telefonlarına yükləməklə onların şəxsi məlumatlarını qanunsuz ələ keçirib.

Nihad Hacıyev, həmçinin Azərbaycan Respublikasında fəaliyyət göstərən bir sıra şirkətlərin və qurumların ("İrşad Electronics", "Baku Electronics", "Xalq Bank" və s.) rəsmi internet səhifələrinə bənzər "domen"lər əldə edib saxta saytlar yaradaraq, onları həqiqi internet səhifələri kimi sosial şəbəkələrdə təqdim edib, endirim kampaniyaları adı altında istifadəçilərin fərdi məlumatlarını kütləvi ələ keçirib.

Diqqət çəkən məqam ondan ibarətdir ki, dəstə üzvləri, həmçinin digər insanlara və şirkətlərə məxsus istənilən mobil nömrəni təqlid edərək aldadıcı zəng etmək imkanı verən "Call Spoofing" kiberhücum alətlərini istifadə etməklə zənglər edib, şirkətlərin adından insanlara saxta sms-lər göndərərək onları aldatmağa nail olub, belə onlayn xidmətlərin satışını da təşkil ediblər.

Məhkəmə Nihad Hacıyevin barəsində həbs müddətini ilkin olaraq 3 ay müddətinə müəyyən edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 623   Tarix: 14 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Crocus" terrorçularından biri öldü - Yenilənib

Rusiyada "Crocus City Hall" konsert zalında törədilmiş terror aktının iştirakçılarından biri olan Yakubjon Davlatxon Yusufzoda intihara cəhd edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə REN TV öz teleqram kanalında məlumat yayıb. "Matrosskaya tişina" istintaq təcridxanasınd

06.04.2026 508
.

Geosiyasi gərginlik neftə təsir etdi - qiymətlər rekord həddə yaxınlaşır

ABŞ Prezidenti Donald Trumpın İrana qarşı yeni təhdidləri fonunda dünya bazarında neftin qiyməti yenidən yüksəlişə keçib. xarici mediaya istinadən xəbər verir ki, Brent markalı xam neftin iyun fyuçerslərinin qiyməti artıq üçüncü gündür artım göstərir. Bu səhər etibarilə qiymət 1,31 dollar (1,19 faiz

10:54 61
.

Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb - FOTO - VİDEO

Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb. BİG.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Gürcüstanı

06.04.2026 443
.

Lukaşenko: Ermənistanın mövqeyi aydınlaşdırılmalıdır

Belarus Prezidenti Alexander Lukashenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə Ermənistan arasında əlaqələrin davam etdirilməsinin vacibliyini vurğulayıb. xəbər verir ki, bu barədə BelTA agentliyinin Telegram kanalında məlumat yayılıb. Lukaşenko bildirib ki, Ermənistanda baş verən gərgi

11:18 0
.

Tbilisidə Prezidentin şərəfinə lanç verildi - Fotolar

Aprelin 6-da Gürcüstanda dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə Tbilisidə Gürcüstanın hakim partiyasının ("Gürcü Arzusu") fəxri sədri Bidzina İvanaşvilinin adından lanç verilib. BİG.AZ xəbər verir ki, bu haqda Prezidentin Mətbuat Xidməti məlumat yayıb

06.04.2026 305
.

Rusiya Ukraynanın enerji infrastrukturuna gecə hücumları həyata keçirib

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya Silahlı Qüvvələri gecə saatlarında Çerniqov, Sumı, Xarkov və Dnepr vilayətlərində enerji obyektlərinə zərbələr endirib. BİG.AZ CBS News-a istinadən xəbər verir ki, Zelenski hadisə yerində çalışan xidmət əməkdaşlarına təşəkkürünü bildirib. Ukrayn

06.04.2026 267
.

Sürüşməyə görə 6 marşrutun hərəkət istiqaməti dəyişdirildi

Səbail rayonu, Su İdman Sarayından Bibiheybət qəsəbəsi istiqamətinə (Dənizkənarı küçə) gedən yolda nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyətlə əlaqədar 6 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib. Bu barədə -a Azərbaycan Terüstü Nəqliyyat Agentliyindən (AYNA) məluma

06.04.2026 269
.

"Papanin" hospitalında nüfuz alveri - Polkovnikə cinayət işi açıldı

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının maddi texniki təminat bölməsinin rəisi polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, polkovnik A.Paşayev nüfuz alverində ittiham olunur. Hazırda həmin vəzifədə xidmət edən A.Paşayev istintaq müddətind

06.04.2026 257
.

ABŞ və İsrail İranı bombaladı

Yaxın Şərqdə gərginlik kəskin şəkildə artıb. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, ABŞ və İsrail tərəfindən İran ərazisində bir sıra hərbi hədəflərə hava zərbələri endirilib. Məlumatlara əsasən, hücumların əsas hədəfi kimi İranın raket sistemləri və hərbi obyektləri göstərilir. Müəllif: İlkin Məmmədkərimo

06.04.2026 254
.

TOP MP3