Doğu Perinçek: "PKK-nın silahı yerə qoyması Türkiyə Silahlı Qüvvələrinin böyük uğurudur"
"PKK terror təşkilatının silahı yerə qoyması Türkiyə Silahlı Qüvvələrinin böyük uğurudur".
Bunu Oxu.Az-a Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçek PKK-nın tərkisilah olmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, PKK silahlı mübarizə sayəsində bir şey əldə edə bilməyəcəyini nəhayət anlayıb, Abdullah Öcalanın mövqeyi təşkilatın tərkisilah qərarını verməsi üçün zəmin hazırlayıb.
Perinçek hesab edir ki, PKK-nın özünü ləğv etməsi Türkiyə dövləti və milləti ilə bütövləşmə məqsədi daşıyır.
Yeni dövrün çox önəmli olduğuna diqqət çəkən partiya sədri vurğulayıb ki, başlayan bu proses regionda önəmli nəticələrə gətirib çıxaracaq.
Perinçek Türkiyə kürdlərinin vəziyyətinə də toxunub:
"Kürdlərin böyük qismi Türkiyə sərhədləri daxilində yaşayır. İraq və Suriyadakı kürdlərdən fərqli olaraq, Türkiyə kürdləri müasir, uğurlu və mütəşəkkil struktura malikdirlər. Türkiyədəki kürdlər türk inqilabından təşkilatçılıq və modernləşmə dərsləri almış modeldir. Bu model şübhəsiz ki, Suriya və İraqdakı kürdlərə də təsir göstərəcək".
İraq və Suriya kürdlərinin müstəqillik tələblərinə gəlincə, o deyib:
"İraqın şimalındakı kürdlər heç vaxt müstəqil dövlət qura bilməyəcəklər, onlar həmişə muxtar quruluşa sahib olacaqlar. Bu, Suriya üçün də keçərli ola bilər. Bərzani ailəsinin hakimiyyəti altında olan muxtar Kürdüstan bölgəsinin müstəqillik meyli yoxdur. Müstəqil kürd dövləti qurmaq xəyalları tamamilə qeyri-realdır".
O, PKK-nın daxilində fərqli meyllərin olduğunu vurğulayaraq bildirib:
"PKK-nın daxilində iki əsas qrup var: Abdullah Öcalanın tərəfdarları, yəni dövlətləşmək ilə millətlə bütövləşmə yönündə olanlar. İkinci qrup ABŞ tərəfdarlarıdır".
Perinçek PKK-nın gələcəyi məsələsinə də münasibət bildirib:
"20-30 min insan silahı yerə qoyur. Bu insanlar həyatlarını necə davam etdirəcəklər, bundan sonrakı proses necə işləyəcək? Amerika bu silahlı insanlara maaş verirdi, indi maaş ala bilməyəcəklər. Bəs dükanda satıcı, qəssab və ya müəllim olacaqlar? Yoxsa həbsə atılacaqlar?".
Onun sözlərinə görə, Türkiyə dövlətinin üzərinə böyük vəzifələr düşür:
"Vətən Partiyası olaraq dövlətlə millətin bütövləşməsinin tərəfdarıyıq. Bu yöndə bəzi hazırlıqlar gördük və ən qısa müddət ərzində ictimaiyyətlə paylaşacağıq".
Partiya sədrinin qənaətincə, amnistiya verilməlidir:
"Amnistiya həmin insanların cəmiyyətlə qaynaşması baxımından çox önəmlidir. Əlbəttə, asan proses deyil, vaxt aparacaq. Dövlətin bu insanların cəmiyyətə inteqrasiyası üçün təhsildən səhiyyəyə qədər atmalı olduğu çoxlu addımlar var".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 568 Tarix: 12 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPutin, Tramp və Si Cinpin arasında sammitin gündəliyi dəyişdirildi
Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpin arasında keçirilən görüşdən sonra əvvəlcədən razılaşdırılmış sammit gündəliyindən imtina edildiyi bildirilir. xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti məlumat yayıb. Nəşrin jurnalistlər
10:38 101 Milli media dövlətçilik ənənələrinin və Azərbaycan həqiqətlərinin qoruyucusudur
Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının 70 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin televiziya və radio işçilərinə ünvanladığı müraciət ölkəmizin informasiya tarixinin mühüm mərhələlərinə verilən yüksək qiymət olmaqla yanaşı, müasir dövrdə milli medianın qarşısında duran stratej
10:59 81 ABŞ-də "doğuş turizmi"nə qarşı tədbirlər: Minlərlə viza ləğv olundu
Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti "doğuş turizmi" adlandırılan fəaliyyətdə iştirak edən və ya bu cür səfərlərin təşkilinə kömək göstərən xarici vətəndaşların 6 mindən artıq vizasını qüvvədən salıb. xəbər verir ki, bu barədə idarənin "X" sosial şəbəkəsindəki rəsmi hesabınd
15.11.2026 230 İran BAEA ilə əməkdaşlıqda dəyişiklik gözləmir
İran Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlıqda dəyişiklik gözləmir. "Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib. "Bu vəziyyət davam etdiyi müddətdə İranla agentlik arasında əməkdaşlıqda dəyişiklik gözləyə bilmərik. Çünk
15.11.2026 262 Üç ölkə arasında nüvə sazişinin əldə olunması gözlənilmir
Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpin arasında keçiriləcək üçtərəfli görüşdən sonra nüvə silahları ilə bağlı sazişin əldə olunması ehtimalı olduqca aşağı qiymətləndirilir. xəbər verir ki, bu barədə IMEMO RAS-ın Beynəlxalq Təhlükəsizlik Mərkəzinin elm
10:42 102 Tokayev rüşvətxor məmurlardan danışdı: "Heç kimə konstitusiyanı ələ salmağa icazə verilmir"
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Samruk-Kazına" və "Qazaxıstan Dəmir Yolları" şirkətlərinin rəhbərlərinin saxlanılmasını genişmiqyaslı rüşvətxorluğun göstəricisi kimi qiymətləndirib. xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı yazıb. Təhlükəsizlik Şurasının operativ iclasınd
15.11.2026 227 "Başı ağrıyırmış, hamama gedib..." - Yataqxanada tələbənin ölümünün təfərrüatı - VİDEO
Azərbaycan Tibb Universitetinin (ATU) yataqxanasında tələbə qızın ölümü ilə bağlı bəzi detallar məlum olub. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, tələbənin meyitini onunla birlikdə yaşayan bacısı aşkarlayıb. Yataqxanada qalan tələbələrdən biri hadisə barədə danışıb:. "Bir sayl
15.11.2026 454 Prezident: "Ümummilli liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur"
"Ümummilli lider Heydər Əliyevin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur. Onun rəhbərliyi və dəstəyi ilə milli televiziya və radio yayımının maddi-texniki bazasının möhkəmləndirilməsi, yaradıcı potensialının artırılması, milli-mənəvi dəyərlərimizi
15.11.2026 243 Rəsmi Tehran: İran mövqeyindən yaxşı xəbərdar olan Rusiya və Çinlə sıx əlaqə saxlayır
"İran strateji tərəfdaşları olan və Tehranın mövqeyindən yaxşı xəbərdar olan Rusiya və Çinlə sıx əlaqə saxlayır". "Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib. "Biz həm Rusiya, həm də Çinlə sıx təmasdayıq. Çin və Rusiya bizim stratej
15.11.2026 233