Azərbaycan-Ermənistan dialoqu vasitəçisiz formatda yeni mərhələyə keçdi-POLİTOLOQDAN AÇIQLAMA
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə görüş keçirilib. Bu görüş Ermənistan–Azərbaycan sülh gündəliyinin irəliləməsi baxımından əhəmiyyətli mərhələ hesab olunur.
Görüşdə heç bir vasitəçi və ya xarici aktorun iştirakı olmayıb. Tərəflər həm təkbətək, həm də geniş tərkibdə danışıqlar aparıb. Bu format danışıqların keyfiyyətinə və dərinliyinə müsbət təsir göstərib. Təxminən beş saat davam edən müzakirələrdən sonra Azərbaycan və Ermənistan XİN-lərinin verdiyi pozitiv açıqlamalar danışıqların konstruktiv atmosferdə keçdiyini təsdiqləyib. Bu isə bir daha göstərir ki, tərəflər arasında birbaşa təmaslar vasitəçilərsiz formatda daha məhsuldar və nəticəyönümlü ola bilər.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Brüssel, Moskva və Vaşinqton platformalarında keçirilən görüşlərdə müşahidə edilən kənar təsirlərin olmaması Əbu-Dabi görüşünü siyasi baxımdan daha rasional və kompromisə açıq edib:
"Azərbaycan uzun müddətdir bildirirdi ki, yalnız ikitərəfli formatda aparılan danışıqlar real nəticə verə bilər. Əbu-Dabi görüşü də bu yanaşmanın praktiki təsdiqi oldu. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, iki ölkə liderinin birbaşa dialoqu səmərəli və konstruktiv qərarların əldə olunmasına daha çox şərait yaradır. Əvvəllər keçirilən üçtərəfli görüşlərdə bəzi xarici aktorların prosesə selektiv müdaxiləsi və təzyiqləri danışıqları süni şəkildə gərginləşdirirdi."
Politoloqun sözlərinə görə, Əbu-Dabi görüşü, həmçinin Azərbaycanın danışıqların yalnız formatını deyil, gündəliyini də regional reallıqlar əsasında müəyyənləşdirdiyini göstərdi. Müzakirələrin əsas mövzuları sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiya xətlərinin açılması, qarşılıqlı suverenliyin tanınması və gələcək münasibətlərin hüquqi çərçivəyə salınması olub.
"Danışıqlar nəticəsində hər hansı sənədin imzalanmaması neqativ məqam kimi görünsə də, əslində razılaşdırılmış mexanizmlərin və qarşılıqlı anlayışın mövcudluğu özü müsbət siqnaldır. Bu cür yüksək səviyyəli dialoqlarda əsas məqsəd hər addımı sənədə çevirmək yox, qarşılıqlı etimadın formalaşdırılmasıdır."
Rzayev qeyd edib ki, Əbu-Dabi danışıqları bir daha ATƏT-in Minsk Qrupunun tarixi olaraq artıq öz funksiyasını itirdiyini nümayiş etdirdi. Tərəflər yaxın zamanda bu qrupun hüquqi olaraq tam ləğv edilməsi ilə bağlı razılığa gələ bilərlər. Bu da postmünaqişə dövründə yeni regional hüquqi arxitekturanın formalaşmasına təkan verə bilər.
"Azərbaycanın mövqeyi aydındır: Bakı həm diplomatik təşəbbüsləri ələ alır, həm də prosesin institusional əsaslarla irəliləməsinə çalışır. Azərbaycanın yanaşması budur ki, regionda davamlı sülh yalnız beynəlxalq vasitəçilər deyil, birbaşa tərəflərin siyasi iradəsi ilə təmin oluna bilər."
Sonda politoloq vurğulayıb ki, prosesin gələcək dinamikası Ermənistanın daxili siyasi sabitliyindən və beynəlxalq güc mərkəzlərinin mövqeyindən də asılı olacaq:
"Ən önəmlisi odur ki, Əbu-Dabi görüşü Cənubi Qafqazda sülhün mümkün olduğunu göstərdi. Yetər ki, prosesə müdaxilə olunmasın və qərarları tərəflər özləri versin. Yaxın zamanlarda bu formatda növbəti görüşlərin keçirilməsi də istisna olunmur".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 858 Tarix: 11 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşWSJ: Kanada Aİ-nin assosiativ üzvü olmaq imkanını nəzərdən keçirir
Kanadanın Baş naziri Mark Karni ölkənin Avropa İttifaqının (Aİ) assosiativ üzvü statusunu əldə etməsi imkanını nəzərdən keçirir. Belə bir format Ottavaya ittifaqa tam üzv olmadan Aİ ilə iqtisadi və siyasi əməkdaşlığı genişləndirməyə imkan verə bilər. "Report"un verdiyi məlumata görə, bu barəd
13.09.2026 127 Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin 2-ci günü ilə bağlı icmal video
Sentyabrın 11-12-də Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfəri baş tutub. Səfərin ikinci gün
13.09.2026 175 İstanbulda Pərakəndə Şousu, Ərzurumda Dolanışıq Mübarizəsi! İstanbulda Pərakəndə Zirvəsi Var, Ərzurumda Dolanışıq Dərdi!
İstanbulda pərakəndə satışın gələcəyi müzakirə edilərkən Ərzurumda və Şərqi Anadoluda istehsalçı, sahibkar və istehlakçı eyni sualı verir: Bu zirvənin bizə nə faydası var?. BİG.AZ xəbər verir ki, İstanbulda yenə böyük bir zirvə keçirildi. Pərakəndə sektorunun nümayəndələri bir araya gəldi. İqtisadiyyatda
13.09.2026 182 Bəşər Əsədin qohumu Livanda saxlanılıb: Dəməşq onun ekstradisiyasını istəyir
Suriya rəhbərliyi Livandakı məhkəmə orqanlarına müraciət edərək, sabiq prezident Bəşər Əsədin əmisi oğlunun övladı, hazırda həbsdə olan Süleyman Hilal Əsədin ekstradisiyasını tələb edib. -ın "L'Orient-Le Jour" nəşrinə istinadən verdiyi məlumatına görə, o, sentyabrın 11-də Bekaa vadisind
13.09.2026 172 NYT: Alimlər süni intellektlə bağlı narahatlıqları "həddindən artıq şişirdilmiş" hesab edirlər
Dünyanın bir sıra alimləri hesab edirlər ki, süni intellekt texnologiyasının gələcəkdə bəşəriyyəti məhv edəcəyi ilə bağlı narahatlıqlar "həddindən artıq şişirdilib". "Report" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti yazıb. Nəşr qeyd edib ki, texnologiy
13.09.2026 167 Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb
Türkiyədə 2027-2029-cu illər dövrü Dövlət İnvestisiya Proqramının hazırlanmasına dair sirkulyar (rəsmi məktub) dərc olunub. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə yayımlanan sənəddə makroiqtisadi sabitliyin qorunması, inflyasiyanı
13.09.2026 160 Hakan Fidan: Bölgədə sülh və sabitlik yaranarsa, iqtisadi inkişaf sürətlənəcək
Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriya ilə İraqda sülh və siyasi sabitliyin təmin olunmasının regionda iqtisadi inkişafı sürətləndirəcəyini bildirib. "Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. H. Fidan Suriyanın və İraqın bütün ərazilərində sabitliyi
13.09.2026 162 Ərdoğan: "Terrorsuz Türkiyə" prosesi ilə bağlı tarixi addım atdıq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Terrorsuz Türkiyə" prosesi çərçivəsində tarixi addım atdıqlarını bildirib. "Report" "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə lideri Ədalət və İnkişaf Partiyasının (AK Parti) Rizədə keçirilən toplantısındakı çıxışınd
13.09.2026 154 Tramp Çin avtomobillərinin ABŞ-də istehsalına münasibət bildirib
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Çin müəssisələrinin ölkə ərazisində avtomobil istehsalı zavodları inşa etməsinə qarşı olmadığını vurğulayıb. xəbər verir ki, bu barədə dövlət başçısı "Fox News" televiziyasına verdiyi müsahibə zamanı danışıb. "Əgər Çin bura gələrə
13.09.2026 171