Veysəloğlu Şirkətlər Qrupunun elan etdiyi "Qida Təhlükəsizliyi Ayı"na yekun vuruldu

Veysəloğlu Şirkətlər Qrupunun elan etdiyi "Qida Təhlükəsizliyi Ayı"na yekun vurulduVeysəloğlu Şirkətlər Qrupu tərəfindən elan olunmuş "Qida Təhlükəsizliyi Ayı" çərçivəsində həyata keçirilən silsilə tədbirlərə 10 iyul tarixində təşkil olunmuş təntənəli bağlanış ilə yekun vurulub.

Tədbirdə qida təhlükəsizliyinin gücləndirilməsi istiqamətində beynəlxalq standartları uğurla tətbiq edən tərəfdaş müəssisələrin rəhbərləri, Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlıq etdiyi ali təhsil müəssisələrinin professor-müəllim heyəti, "Qida Təhlükəsizliyi Ayı" çərçivəsində yaxından əməkdaşlıq edilən assosiasiyaların rəhbərləri, şirkət əməkdaşları və digər qonaqlar iştirak ediblər.

Bildirilib ki, bir ay ərzində keçirilmiş genişmiqyaslı tədbirlər vasitəsilə qida təhlükəsizliyi mədəniyyətinin daha da gücləndirilməsi və bu sahədə cəmiyyətə açıq mesaj verilməsi əsas məqsəd kimi müəyyənləşdirilib.

Tədbirdə qeyd olunub ki, "Qida Təhlükəsizliyi Ayı" ərzində təşkil olunmuş fəaliyyətlər çərçivəsində praktiki təlimlər, maarifləndirmə kampaniyaları, partnyorlarla birgə təşəbbüslər, eləcə də korporativ və ictimai kommunikasiyalar həyata keçirilib. Hər mərhələdə qida təhlükəsizliyinə sistemli və uzunmüddətli yanaşmanın tətbiq olunduğu vurğulanıb.

Qida Təhlükəsizliyi Ayının yekunlarına həsr olunmuş tədbirdə yayımlanan videoçarx vasitəsilə görülən işlər ictimaiyyətə təqdim olunub. Videoçarxda həm əməkdaşların iştirakı, həm tərəfdaş şirkətlərin dəstəyi, həm də qida təhlükəsizliyinə verilən strateji önəm əksini tapıb.

Tədbirin rəsmi hissəsində çıxış edən Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru cənab Aydın Talıbov layihəni yüksək qiymətləndirərək vurğulayıb ki, qida təhlükəsizliyi təkcə texniki məsələ deyil – bu, şirkətin strateji prioriteti və eyni zamanda dərin etik dəyəridir. "Bu məsuliyyət həm də bizim vicdani öhdəliyimizdir," – deyə o qeyd edib.

Tədbirin yekununda qida təhlükəsizliyi sahəsində göstərdiyi nümunəvi fəaliyyətə görə fərqlənmiş əməkdaşlar və tərəfdaş təşkilatlar təltif olunublar. Bildirilib ki, onların fəallığı və məsuliyyətli yanaşması bu təşəbbüsün uğurlu icrasına əhəmiyyətli töhfə verib.

Veysəloğlu Şirkətlər Qrupu olaraq inanırıq ki, belə təşəbbüslər gələcəkdə daha genişmiqyaslı proqramların əsasını qoyacaq və cəmiyyətin rifahına xidmət edən yanaşmalarla davam etdiriləcək.

Veysəloğlu Şirkətlər Qrupunun elan etdiyi "Qida Təhlükəsizliyi Ayı"na yekun vurulduVeysəloğlu Şirkətlər Qrupunun elan etdiyi "Qida Təhlükəsizliyi Ayı"na yekun vurulduVeysəloğlu Şirkətlər Qrupunun elan etdiyi "Qida Təhlükəsizliyi Ayı"na yekun vurulduVeysəloğlu Şirkətlər Qrupunun elan etdiyi "Qida Təhlükəsizliyi Ayı"na yekun vurulduVeysəloğlu Şirkətlər Qrupunun elan etdiyi "Qida Təhlükəsizliyi Ayı"na yekun vurulduVeysəloğlu Şirkətlər Qrupunun elan etdiyi "Qida Təhlükəsizliyi Ayı"na yekun vurulduVeysəloğlu Şirkətlər Qrupunun elan etdiyi "Qida Təhlükəsizliyi Ayı"na yekun vurulduVeysəloğlu Şirkətlər Qrupunun elan etdiyi "Qida Təhlükəsizliyi Ayı"na yekun vuruldu


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 686   Tarix: 11 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

WSJ: Kanada Aİ-nin assosiativ üzvü olmaq imkanını nəzərdən keçirir

Kanadanın Baş naziri Mark Karni ölkənin Avropa İttifaqının (Aİ) assosiativ üzvü statusunu əldə etməsi imkanını nəzərdən keçirir. Belə bir format Ottavaya ittifaqa tam üzv olmadan Aİ ilə iqtisadi və siyasi əməkdaşlığı genişləndirməyə imkan verə bilər. "Report"un verdiyi məlumata görə, bu barəd

13.09.2026 127
.

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin 2-ci günü ilə bağlı icmal video

Sentyabrın 11-12-də Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfəri baş tutub. Səfərin ikinci gün

13.09.2026 175
.

İstanbulda Pərakəndə Şousu, Ərzurumda Dolanışıq Mübarizəsi! İstanbulda Pərakəndə Zirvəsi Var, Ərzurumda Dolanışıq Dərdi!

İstanbulda pərakəndə satışın gələcəyi müzakirə edilərkən Ərzurumda və Şərqi Anadoluda istehsalçı, sahibkar və istehlakçı eyni sualı verir: Bu zirvənin bizə nə faydası var?. BİG.AZ xəbər verir ki, İstanbulda yenə böyük bir zirvə keçirildi. Pərakəndə sektorunun nümayəndələri bir araya gəldi. İqtisadiyyatda

13.09.2026 182
.

Bəşər Əsədin qohumu Livanda saxlanılıb: Dəməşq onun ekstradisiyasını istəyir

Suriya rəhbərliyi Livandakı məhkəmə orqanlarına müraciət edərək, sabiq prezident Bəşər Əsədin əmisi oğlunun övladı, hazırda həbsdə olan Süleyman Hilal Əsədin ekstradisiyasını tələb edib. -ın "L'Orient-Le Jour" nəşrinə istinadən verdiyi məlumatına görə, o, sentyabrın 11-də Bekaa vadisind

13.09.2026 172
.

NYT: Alimlər süni intellektlə bağlı narahatlıqları "həddindən artıq şişirdilmiş" hesab edirlər

Dünyanın bir sıra alimləri hesab edirlər ki, süni intellekt texnologiyasının gələcəkdə bəşəriyyəti məhv edəcəyi ilə bağlı narahatlıqlar "həddindən artıq şişirdilib". "Report" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti yazıb. Nəşr qeyd edib ki, texnologiy

13.09.2026 167
.

Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb

Türkiyədə 2027-2029-cu illər dövrü Dövlət İnvestisiya Proqramının hazırlanmasına dair sirkulyar (rəsmi məktub) dərc olunub. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə yayımlanan sənəddə makroiqtisadi sabitliyin qorunması, inflyasiyanı

13.09.2026 160
.

Hakan Fidan: Bölgədə sülh və sabitlik yaranarsa, iqtisadi inkişaf sürətlənəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriya ilə İraqda sülh və siyasi sabitliyin təmin olunmasının regionda iqtisadi inkişafı sürətləndirəcəyini bildirib. "Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. H. Fidan Suriyanın və İraqın bütün ərazilərində sabitliyi

13.09.2026 162
.

Ərdoğan: "Terrorsuz Türkiyə" prosesi ilə bağlı tarixi addım atdıq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Terrorsuz Türkiyə" prosesi çərçivəsində tarixi addım atdıqlarını bildirib. "Report" "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə lideri Ədalət və İnkişaf Partiyasının (AK Parti) Rizədə keçirilən toplantısındakı çıxışınd

13.09.2026 154
.

Tramp Çin avtomobillərinin ABŞ-də istehsalına münasibət bildirib

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Çin müəssisələrinin ölkə ərazisində avtomobil istehsalı zavodları inşa etməsinə qarşı olmadığını vurğulayıb. xəbər verir ki, bu barədə dövlət başçısı "Fox News" televiziyasına verdiyi müsahibə zamanı danışıb. "Əgər Çin bura gələrə

13.09.2026 171
.