Əbu-Dabi görüşü: Azərbaycan və Ermənistan XİN-ləri "nəticəyönümlü dialoq" mesajı verdi
Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın Əbu-Dabidə keçirilən görüşünü "nəticəyönümlü dialoq" kimi qiymətləndirib.
Qeyd edək ki, hələ mart ayında sülh sazişinin mətninin razılaşdırıldığı bildirilsə də, bu dəfəki görüşdə sənədin imzalanma tarixi barədə XİN-lərin açıqlamasında heç bir məlumat yer almayıb.
Görüşdə sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və sülh müqaviləsinin paraflanması məsələləri müzakirə olunub.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında keçirilən görüş regional və beynəlxalq səviyyədə mühüm əhəmiyyət daşıyır:
"Azərbaycan növbəti dəfə sübut etdi ki, hər hansı vasitəçi ölkənin iştirakı olmadan da birbaşa ikitərəfli müzakirələr aparmaq gücünə malikdir. Bu tip görüşlər artıq müəyyən fasilələrlə davam etdirilir və tərəflər gündəlik məsələləri birbaşa öz aralarında müzakirə edərək müəyyən razılıqlara gəlirlər. ABŞ, Fransa və Rusiya anlamalıdır ki, Azərbaycan və Ermənistan istənilən məsələnin müzakirəsində öz aralarında nəticəyə gələ bilərlər."
Politoloqun sözlərinə görə, Paşinyan hökuməti sülh sazişinin mümkün qədər tez imzalanmasında maraqlıdır:
"Yekun sənədin mətni artıq razılaşdırılıb və imzalanmağa hazırdır. Lakin rəsmi Bakının bu sənədlə bağlı iki mühüm şərti qalmaqdadır. Birinci şərt – Ermənistan konstitusiyasında Azərbaycana qarşı irəli sürülən ərazi iddialarının ləğvi; ikinci şərt isə – ATƏT-in Minsk Qrupunun tamamilə ləğv edilməsi üçün rəsmi müraciət olunmasıdır. Hər iki şərt yerinə yetirildikdən sonra sülh sazişi imzalanacaq və tərəflər bu mərasimi harada keçirəcəklərinə birgə qərar verəcəklər."
Xalidbəylinin fikrincə, hazırda Cənubi Qafqazda mürəkkəb və həssas siyasi vəziyyət hökm sürür. Bu səbəbdən də Azərbaycan və Ermənistan liderlərinin birbaşa dialoqu mövqelərin dəqiqləşməsi baxımından önəmli məqam sayılır.
"Bütün bu faktlar onu göstərir ki, region üçün taleyüklü bir mərhələyə qədəm qoymuşuq. Bu mərhələdə liderlər həm iki ölkənin, həm də ümumilikdə Cənubi Qafqazın gələcəyi baxımından vacib məqamları müzakirə etməyə ehtiyac duyurlar."
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 653 Tarix: 11 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşWSJ: Kanada Aİ-nin assosiativ üzvü olmaq imkanını nəzərdən keçirir
Kanadanın Baş naziri Mark Karni ölkənin Avropa İttifaqının (Aİ) assosiativ üzvü statusunu əldə etməsi imkanını nəzərdən keçirir. Belə bir format Ottavaya ittifaqa tam üzv olmadan Aİ ilə iqtisadi və siyasi əməkdaşlığı genişləndirməyə imkan verə bilər. "Report"un verdiyi məlumata görə, bu barəd
13.09.2026 127 Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin 2-ci günü ilə bağlı icmal video
Sentyabrın 11-12-də Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfəri baş tutub. Səfərin ikinci gün
13.09.2026 175 İstanbulda Pərakəndə Şousu, Ərzurumda Dolanışıq Mübarizəsi! İstanbulda Pərakəndə Zirvəsi Var, Ərzurumda Dolanışıq Dərdi!
İstanbulda pərakəndə satışın gələcəyi müzakirə edilərkən Ərzurumda və Şərqi Anadoluda istehsalçı, sahibkar və istehlakçı eyni sualı verir: Bu zirvənin bizə nə faydası var?. BİG.AZ xəbər verir ki, İstanbulda yenə böyük bir zirvə keçirildi. Pərakəndə sektorunun nümayəndələri bir araya gəldi. İqtisadiyyatda
13.09.2026 182 Bəşər Əsədin qohumu Livanda saxlanılıb: Dəməşq onun ekstradisiyasını istəyir
Suriya rəhbərliyi Livandakı məhkəmə orqanlarına müraciət edərək, sabiq prezident Bəşər Əsədin əmisi oğlunun övladı, hazırda həbsdə olan Süleyman Hilal Əsədin ekstradisiyasını tələb edib. -ın "L'Orient-Le Jour" nəşrinə istinadən verdiyi məlumatına görə, o, sentyabrın 11-də Bekaa vadisind
13.09.2026 172 NYT: Alimlər süni intellektlə bağlı narahatlıqları "həddindən artıq şişirdilmiş" hesab edirlər
Dünyanın bir sıra alimləri hesab edirlər ki, süni intellekt texnologiyasının gələcəkdə bəşəriyyəti məhv edəcəyi ilə bağlı narahatlıqlar "həddindən artıq şişirdilib". "Report" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti yazıb. Nəşr qeyd edib ki, texnologiy
13.09.2026 167 Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb
Türkiyədə 2027-2029-cu illər dövrü Dövlət İnvestisiya Proqramının hazırlanmasına dair sirkulyar (rəsmi məktub) dərc olunub. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə yayımlanan sənəddə makroiqtisadi sabitliyin qorunması, inflyasiyanı
13.09.2026 160 Hakan Fidan: Bölgədə sülh və sabitlik yaranarsa, iqtisadi inkişaf sürətlənəcək
Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriya ilə İraqda sülh və siyasi sabitliyin təmin olunmasının regionda iqtisadi inkişafı sürətləndirəcəyini bildirib. "Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. H. Fidan Suriyanın və İraqın bütün ərazilərində sabitliyi
13.09.2026 162 Ərdoğan: "Terrorsuz Türkiyə" prosesi ilə bağlı tarixi addım atdıq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Terrorsuz Türkiyə" prosesi çərçivəsində tarixi addım atdıqlarını bildirib. "Report" "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə lideri Ədalət və İnkişaf Partiyasının (AK Parti) Rizədə keçirilən toplantısındakı çıxışınd
13.09.2026 154 Tramp Çin avtomobillərinin ABŞ-də istehsalına münasibət bildirib
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Çin müəssisələrinin ölkə ərazisində avtomobil istehsalı zavodları inşa etməsinə qarşı olmadığını vurğulayıb. xəbər verir ki, bu barədə dövlət başçısı "Fox News" televiziyasına verdiyi müsahibə zamanı danışıb. "Əgər Çin bura gələrə
13.09.2026 171