"PKK Türkiyənin damarlarına sızıb və qan əvəzinə axır" - Turan Rzayev
Keçmiş PKK terror qruplaşmasının həbsdə olan lideri Abdullah Öcalan videomüraciət edib.A.Öcalan deyib ki, PKK dövlət qurmaq məqsədindən və əsas müharibə strategiyasından əl çəkərək mövcudluğunu bitirib. Silahların buraxılması istiqamətində daha praktik və konkret, qətiyyətli addımlara keçmək üçün səylər davam etdirilir.
Politoloq Turan Rzayev BiG.AZ-a bildirib ki, Türkiyə hərbi baxımdan PKK-ya qələbə qazandı. Amma PKK bu gün Türkiyənin damarlarına sızıb və qan əvəzinə axır. Bu daha ciddi təhlükədir.PKk amalına xidmət edən şəxslər bu gün Türkiyənin siyasətində, mədəniyyətində, şou-biznesində, iqtisadiyyatında, finans dairələrində, təhsil və elm sahəsindədirlər:
"PKK terror təşkilatının de-fakto rəhbəri Abdullah Öcalanın əvvəl tərki-silah çağırışı etməsi, PKK-nın fəaliyyətini dayandırdığını elan etməsi ciddi hadisədir. Hətta bu, Türkiyə tarixində mühim qələbədir. PKK elə də bəsit təşkilat deyildi. 30 ildən artıqdır ki, Türkiyə üçün başağrısına çevrilmişdi. Hətta Türkiyəni parçalamaq, kürd dövləti yaratmaq planı olan radikal sol meylli təşkilat idi. Amma bu, yekun qələbə deyil. PKK məğlubiyyətini etiraf edərkən transformasiyaya uğrayıb, yəni bir dəyişimə gedib. Bu günə qədər PKK-nı dağlarda əlində Kalaşnikov tutub gerillo savaşı edən terror təşkilatı kimi görürdüksə, 30 illik perioddda PKK-nın gəlib çatdığı nöqtə ciddi təhlükə halını alıb. Düşmənin ən zəif halı bəlkə də ən güclü olduğu haldır. PKK bu misala tam uyğundur. Mənə görə PKK bu gün mübarizə üsulunu dəyişir. Artıq silahlı mübarizədən siyasi mübarizəyə keçir. Türkiyədə HDP partiyası var idi. Paralelində yeni kürd partiyaları da var. Partiyalar içərisində kürd milliyyətçisi olan siyasilər var. Əslində PKk amalına xidmət edən şəxslər bu gün Türkiyənin siyasətində, mədəniyyətində, şou-biznesində, iqtisadiyyatında, finans dairələrində, təhsil və elm sahəsindədir. PKK bu gün Türkiyənin damarlarına sızıb və qan əvəzinə axır. Bu daha ciddi təhlükədir. Bəli, Türkiyə hərbi baxımdan PKK-ya qələbə qazandı. Onsuz da Türkiyəni hərbi baxımdan məğlub etmək çətindir. Ağacı qurd içindən yeyər. PKK Türkiyənin içinə sızıb və onu təmizləmək 30 ildən də çox vaxt çəkəcək. Mövcud siyasi konnektura göstərir ki, Türkiyə bunun üçün ciddi nəsə etmir. Öcalan deyir ki, İraqda da silah yerə qoyulmalıdır. Paralelində görürük ki, Suriyada YPG qurulan yeni hökumətin içərisindədir. iqtisadiyyat nazirləri kürd idi. Suriyada da bu gün Türkiyədəki prosesləri müşahidə edirik. Bu ölkələrdə kürdlərin açıq siyasi partiyaları fəaliyyət göstərirsə, PKK yeni bir dövlət qurmaq əvəzinə mövcud dövlətin içinə sızmasını müşahidə edirik. Bu, PKK baxımından ciddi uğurdur. Bunun qarşısı alınmasa, Türkiyəni ciddi problemlər gözləyəcək".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 948 Tarix: 09 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb
Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 45 nəfər ötən gün saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Poli
13.09.2026 164 Rusiya ordusu Ukraynada bir kəndə nəzarəti təmin edib
Rusiya ordusu Ukraynada bir yaşayış məntəqəsini nəzarətə götürüb. -ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilib. Məlumata görə, Rusiya hərbiçiləri Donetsk vilayətinin Veseloye yaşayış məntəqəsinə tam nəzarəti təmin ediblər
13.09.2026 189 "Avtovağzal"dan bütün stansiyalara getmək MÜMKÜN OLACAQ - Metroda YENİLİK
Bakı metropolitenində dörd keçid stansiyası olacaq. Bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, bu proses 2030-cu ildən etibarən mümkün olacaq:. "Bakı metropoliteninin "bənövşəyi", "yaşıl"
13.09.2026 480 Bakıda skuter problemi: "Getdikcə daha təhlükəli olarsa, qadağan edilməsi gündəmə gələcək"
Son vaxtlar skuterlərin iştirakı ilə baş verən qəzaların artması təhlükəsizlik məsələsini yenidən gündəmə gətirir. Sirr deyil ki, skuterdən istifadə edənlər arasında yeniyetmə və gənclər kifayət qədər çoxdur. Yeni tədris ilinin başlaması ilə skuterlərdən istifadənin də artacağı ehtimal olunur. Bəs arta
13.09.2026 181 WSJ: Kanada Aİ-nin assosiativ üzvü olmaq imkanını nəzərdən keçirir
Kanadanın Baş naziri Mark Karni ölkənin Avropa İttifaqının (Aİ) assosiativ üzvü statusunu əldə etməsi imkanını nəzərdən keçirir. Belə bir format Ottavaya ittifaqa tam üzv olmadan Aİ ilə iqtisadi və siyasi əməkdaşlığı genişləndirməyə imkan verə bilər. "Report"un verdiyi məlumata görə, bu barəd
13.09.2026 127 Filippində baş verən yanğın zamanı ölənlərin sayı 76-ya çatıb
Filippinin Palavan əyalətində "MV June Aster" bərəsinin göyərtəsində baş verən yanğın nəticəsində ölənlərin sayı 76 nəfərə çatıb. "Report" Filippin mediasına istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizəsinin məlumatında deyilir. Məlumata görə, 13 nəfər itkin düşüb. Hadisə yerind
13.09.2026 175 İstanbulda Pərakəndə Şousu, Ərzurumda Dolanışıq Mübarizəsi! İstanbulda Pərakəndə Zirvəsi Var, Ərzurumda Dolanışıq Dərdi!
İstanbulda pərakəndə satışın gələcəyi müzakirə edilərkən Ərzurumda və Şərqi Anadoluda istehsalçı, sahibkar və istehlakçı eyni sualı verir: Bu zirvənin bizə nə faydası var?. BİG.AZ xəbər verir ki, İstanbulda yenə böyük bir zirvə keçirildi. Pərakəndə sektorunun nümayəndələri bir araya gəldi. İqtisadiyyatda
13.09.2026 182 "Tənha, kimsəsiz insanlar da var, övladları olanlar da" - Azərbaycanda ahıllar üçün mərkəzlər necə işləyir?
Azərbaycanda qocalar evlərinə yerləşdirilən yaşlıların sayında azalma müşahidə olunur. Halbuki son illərin sosial-iqtisadi çətinlikləri - pandemiya, müharibələr və ümumilikdə cəmiyyətdə baş verən dəyişikliklər fonunda ailəsindən ayrı düşən, övladları tərəfindən tərk edilən yaşlıların sayının artacağ
13.09.2026 161 33 dərəcə isti, yağış, külək... - Sabahın havası
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir, cənub küləyi əsəcək. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd edilib ki, havanın temperaturu gecə 18-21 isti, gündüz 26-31 isti olacaq. Atmosfer təzyiq
13.09.2026 215