Ginekoloq Aygün Məmmədovadan Avstriyada uğurlu çıxış - Fotolar
Ginekoloq Aygün Məmmədova 29 iyun - 5 iyul tarixlərində Avstriyanın Zalsburq şəhərində keçirilən "Weill Cornell Seminar in Obstetrics and Gynecology" adlı beynəlxalq elmi tədbirdə iştirak edib.
"Qafqazinfo" xəbər verir ki, 28 ölkədən 37 iştirakçının qatıldığı nüfuzlu seminar çərçivəsində Aygün Məmmədovanın təqdim etdiyi "Abdominal hamiləlik" adlı klinik hadisə mövzusu yüksək dəyərləndirilərək "Ən yaxşı təqdimat" sertifikatı ilə təltif olunub.
Seminar "Open Medical Institute" (OMI), "Weill Cornell Medicine" və Vyana Tibb Universiteti tərəfindən birgə təşkil edilib. Hamiləlik və ginekologiya sahəsində son elmi yeniliklərin, nadir klinik hadisələrin və müasir müalicə metodlarının müzakirə olunduğu bu platforma dünya üzrə tanınmış mütəxəssisləri bir araya gətirib.
Azərbaycanlı mütəxəssis Aygün Məmmədovanın təqdimatı iştirakçılar və ekspert heyəti tərəfindən peşəkar yanaşması, elmi əsaslara söykənməsi və təqdimat bacarığı ilə seçilərək seminarda ən yüksək qiymət alıb. "Abdominal hamiləlik" kimi nadir rast gəlinən bir halın ətraflı klinik analizi, diaqnostika çətinlikləri və müalicə yanaşmaları seminar iştirakçılarının marağına səbəb olub.
Təqdimat mərasimi zamanı Həkimlərə mədəni mənsubiyyəti əks etdirən milli geyimdə iştirak etmələri tövsiyə olunub. Həkim Aygün Məmmədova da milli kimliyimizi və Azərbaycanın zəngin mədəniyyətini əks etdirən geyimdə səhnəyə çıxıb. Bu, həm tibb sahəsindəki peşəkarlığın, həm də milli dəyərlərə bağlılığın uğurlu sintezi kimi qələmə verilib.



BiG.Az
Telegramda izləyin
Baxılıb: 711 Tarix: 07 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMacarıstan Orbanın qalmaqallı qadağasını dəyişir
Macarıstan hökuməti Viktor Orbanın hökuməti tərəfindən 2020-ci ildə qəbul edilmiş və homoseksual şəxslərin övladlığa uşaq götürməsini faktiki olaraq qadağan edən qanunvericiliyə dəyişiklik edəcək. "Reuters"ə istinadən xəbər verir ki, bunu Baş nazir Peter Madyar bildirib. Avropa İttifaqını
13.09.2026 111 "Yanında ola bilməsəm də, ürəyim həmişə səninlədir"
Türkiyədə yaşayan aktrisa Məlahət Abbasova qızı Sude ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, aktrisa övladının fotosunu yayımlayaraq bunları yazıb:. "Canım qızım, dünən konsertdə yanında ola bilmədim. Uzaqda olsaq da, ürəyim həmişə səninlədir. Həmçinin Almaniya mətbuatında yer almağı
13.09.2026 226 Tramp ABŞ-də Çin avtomobil zavodlarının açılmasına icazə verilə biləcəyini bildirib
Ağ Ev lideri Donald Tramp Çinin avtomobil zavodlarının ABŞ ərazisində fəaliyyət göstərə biləcəyini istisna etməyib. "Report"un verdiyi məlumata görə, Tramp bu barədə "Fox News" telekanalına müsahibəsində bildirib. O bildirib ki, belə müəssisələrin amerikalılar üçün iş yerləri yaradacağ
13.09.2026 150 "Avtovağzal"dan bütün stansiyalara getmək MÜMKÜN OLACAQ - Metroda YENİLİK
Bakı metropolitenində dörd keçid stansiyası olacaq. Bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, bu proses 2030-cu ildən etibarən mümkün olacaq:. "Bakı metropoliteninin "bənövşəyi", "yaşıl"
13.09.2026 480 "İttiham yox, sübut tələb olunur!" - David Seliverstov bu saytlarla bağlı məhkəməyə müraciət edir
Son günlər mənimlə bağlı müxtəlif media resurslarında yayılan məlumatlar və səsləndirilən fikirlərlə əlaqədar olaraq mövqeyimi ictimaiyyətin diqqətinə çatdırmağı zəruri hesab edirəm.Mən Azərbaycan Respublikasının övladıyam və yəhudiyəm. Mənim dünyagörüşümün formalaşmasında həm Azərbaycan dəyərlərinin
13.09.2026 191 Rusiya ordusu Ukraynada bir kəndə nəzarəti təmin edib
Rusiya ordusu Ukraynada bir yaşayış məntəqəsini nəzarətə götürüb. -ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilib. Məlumata görə, Rusiya hərbiçiləri Donetsk vilayətinin Veseloye yaşayış məntəqəsinə tam nəzarəti təmin ediblər
13.09.2026 189 Sakit okeanda onlarla insanın olduğu bərə batıb
Vanuatu sahillərində bərənin batması nəticəsində 30-dan çox insan itkin düşüb. bildirir ki, bu barədə "Reuters" agentliyi Sakit okeandakı ada dövlətinin baş naziri Cotam Napatın ofisinə istinadən məlumat verib. Gəminin göyərtəsində ümumilikdə 40-dan çox sərnişin və heyət üzvü olub. Məlumat
13.09.2026 150 Filippində baş verən yanğın zamanı ölənlərin sayı 76-ya çatıb
Filippinin Palavan əyalətində "MV June Aster" bərəsinin göyərtəsində baş verən yanğın nəticəsində ölənlərin sayı 76 nəfərə çatıb. "Report" Filippin mediasına istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizəsinin məlumatında deyilir. Məlumata görə, 13 nəfər itkin düşüb. Hadisə yerind
13.09.2026 175 Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin 2-ci günü ilə bağlı icmal video
Sentyabrın 11-12-də Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfəri baş tutub. Səfərin ikinci gün
13.09.2026 175