Mətbuat Şurasından Albinanın ölümü haqda xəbərə - Reaksiya

Mətbuat Şurasından Albinanın ölümü haqda xəbərə - ReaksiyaXəbər verdiyimiz kimi, iyulun 5-də azərbaycanlı müğənni Albina Pyakşevanın ABŞ-Meksika sərhədində öldürüldüyü haqda məlumat yayılıb.

Axşam.az-ın məlumatına görə, bununla bağlı Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva paylaşım edib və hadisənin necə baş verdiyini yazıb. L.Əfəndiyeva eyni zamanda APA-ya açıqlamasında da məlumatı təsdiqləyib:

"Dünən axşam bu barədə məlumat aldım. Kimin tərəfindən öldürüldüyünü bilmirəm. Bildiyim odur ki, sərhəddə öldürülüb".

Amma direktor bir neçə dəqiqə sonra Albinanın sağ olduğunu elan edərək əvvəlki paylaşımını silib. Bu gün isə L.Əfəndiyeva rus dilində Kütləvi İnformasiya Vasitələrini qınayan status yazıb və əslində xəbərin mənbəyinin özü olmadığını iddia edib.

Məsələyə Azərbaycan Mətbuat Şurası reaksiya verib. Qurumun sədri Rəşad Məcid qeyd edib ki, caz festivalının icraçı direktoru, "Caz dünyası" jurnalının baş redaktoru Leyla Əfəndiyevanın jurnalistlərə etdiyi müraciətini oxuyub və bu barədə bir neçə söz deməyi özünə borc bilib:

"Məsələ bu günlərdə Leyla Əfəndiyevanın sosial şəbəkədə azərbaycanlı müğənni, "I am Jazzman" yarışmasının finalçısı Albina Pyakşevanın Meksika-ABŞ sərhəddini keçərkən faciəvi şəkildə dünyasını dəyişməsi barədə sonradan təsdiqini tapmayan başsağlığı tipli xəbər yaymasından sonra başlayıb. Leyla xanımın sosial şəbəkədəki bu paylaşımını görəndə gənc müğənninin faciəli ölümündən mən də dərin kədər hissi keçirmiş, bərk təəssüflənmişdim. Xəbər yayılar-yayılmaz bir sıra fəal sosial şəbəkə istifadəçisi tez-tələsik öz hiddət və qəzəbini bildirən status yazmışdı. Eyni zamanda bir sıra tanınmış media subyekti də Leyla Əfəndiyevanın bu xəbərini yaymış, məsələyə münasibət bildirmişdi. Lakin çox keçmədən aydın oldu ki, yayılan xəbər təsdiqini tapmır. Bundan sonra Leyla Əfəndiyeva da bu feyk xəbərin yayılmasından ciddi narahatlığını bildirdi, məyusluq içərisində öz təəssüfünü ifadə etdi.

Leyla Əfəndiyeva tanınmış şəxsdir, bir media subyektinə rəhbərlik edir, jurnalistlərlə mütəmadi təmasda olur. Onun müraciətindəki narahatçılığı təbii ki, tamamilə anlayışla qarşılayırıq. Amma eyni zamanda bir məqamı da vurğulamaq lazım gəlir - baş verən bu hadisə bir daha göstərir ki, müəyyən ictimai öhdəlikləri olan tanınmış şəxsindən tutmuş ən sıravi vətəndaşına qədər hər bir fərd sosial şəbəkədə öz məsuliyyət hissini həmişə gözləməlidir".

R.Məcid qeyd edib ki, Leyla Əfəndiyevanın yazdıqlarının doğruluğuna, dəqiqliyinə təbii ki, bizim jurnalistlər də, media subyektləri də inanıblar və daşıdığı ictimai status media təmsilçilərində onun yaydığı xəbərin səhihliyinə əminlik yaradıb:

"İndi Leyla Əfəndiyeva feyk olduğu ortaya çıxandan sonra media subyektlərini bu xəbəri silmədikərinə, onu öz səhifələrində saxlamaqla o ailəyə dərin kədər bəxş etməkdə davam etdiklərinə görə qınayır. Leyla xanım qınağında onu da vurğulayır ki, media subyektləri nəyə görə mədəniyyətlə bağlı paylaşımlara diqqət ayırmırlar, amma belə bir bəd xəbəri yaymaqda fəallıq göstərirlər? Qeyd edim ki, bu məqam neçə illərdir bizim medianın ən ciddi problemlərindən biri olaraq qalır. Hələ 2013-cü ildə cənab Prezidentin Azərbaycanın media rəhbərləri ilə görüşü zamanı çıxış edərkən mən də bu məsələyə toxunmuş, bizim saytlardan birinin bir şairin ölümü barədə yazdığı yalan xəbəri xatırlatmış, o yalan xəbərin yayılmasının üstündən iki il vaxt keçdiyini, amma o şairin hələ də həyatda olduğunu söyləmiş, həmkarlarıma bəd xəbərlər yaymağa tələsməməyi tövsiyə etmişdim. O vaxt dediklərim mediaya ünvanlanmış səmimi, təəssübkeş bir çağırış idi.

Artıq sosial media istifadəçilərinin də xəbər yayıcılarına çevrildiyi indiki vaxtda isə hər kəsin, xüsusən də cəmiyyətdə tanınan, ictimai məsuliyyətli şəxslərin hər hansı bir xəbər, məlumat paylaşarkən daha çox diqqətli olması çox vacibdir. Niyə məhz bu tipli xəbərlərin daha tez yayılmasına gəlincə, qeyd etməliyik ki, bu gün jurnalistikada, xüsusən də sosial mediada xəbər yayarkən o xəbərin daşıdığı ictimai yükdən əvvəl, onun yarada biləcəyi hay-küyə, sensasiyaya, qışqırtıya daha çox önəm verilir. İstəsək də-istəməsək də, media diqqəti cəlb etmək üçün belə hay-küylü, belə "qeyri-adi" xəbərlər yaymaqda həmişə maraqlı olub. Bu mənada həm indi baş verən hadisənin yaratdığı narahatlıq, həm də Leyla xanımın bu narahatlıqdan doğan müraciəti saxta xəbərlərin çoxaldığı indiki dövrdə hər kəsi dediyi hər kəlmənin, yazdığı hər sözün məsuliyyətini maksimum dərəcədə anlamağa vadar edir".

"Xatırlatmaq istərdim ki, "Media haqqında Azərbaycan Respublikasının Qanunun"da ilk dəfə anlayış verilmiş media savadlılığı kütləvi informasiyanın məzmunu, onun ötürülməsi və istehlakı üzrə biliyə sahib olmanı, tənqidi dəyərləndirməni özündə ifadə edir. Hər yayılan xəbərin doğruluğuna inanmamaq media savadlığının tələbidir. Bu anlayış bütün tanınmış şəxslərdən, sosial şəbəkə istifadəçilərindən də böyük məsuliyyət tələb edir.

Bütün bunları xatırladaraq baş verən bu son hadisəyə görə dərin təəssüfümüzü bildirir, ilk növbədə medianın belə məsələlərdə daha həssas olmasını arzulayırıq. Eyni zamanda, Leyla xanım Əfəndiyevanın şəxsində bütün sosial şəbəkə istifadəçilərini, o cümlədən ictimaiyyətin tanıdığı, sözünə inam bəslədiyi kəsimi belə xəbərlər yayarkən tələsməməyə və təmkinli olmağa dəvət edirik", - paylaşımda deyilir.


BiG.Az
Telegramda izləyin
  Baxılıb: 779   Tarix: 07 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Macarıstan Orbanın qalmaqallı qadağasını dəyişir

Macarıstan hökuməti Viktor Orbanın hökuməti tərəfindən 2020-ci ildə qəbul edilmiş və homoseksual şəxslərin övladlığa uşaq götürməsini faktiki olaraq qadağan edən qanunvericiliyə dəyişiklik edəcək. "Reuters"ə istinadən xəbər verir ki, bunu Baş nazir Peter Madyar bildirib. Avropa İttifaqını

13.09.2026 111
.

"Yanında ola bilməsəm də, ürəyim həmişə səninlədir"

Türkiyədə yaşayan aktrisa Məlahət Abbasova qızı Sude ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, aktrisa övladının fotosunu yayımlayaraq bunları yazıb:. "Canım qızım, dünən konsertdə yanında ola bilmədim. Uzaqda olsaq da, ürəyim həmişə səninlədir. Həmçinin Almaniya mətbuatında yer almağı

13.09.2026 226
.

Tramp ABŞ-də Çin avtomobil zavodlarının açılmasına icazə verilə biləcəyini bildirib

Ağ Ev lideri Donald Tramp Çinin avtomobil zavodlarının ABŞ ərazisində fəaliyyət göstərə biləcəyini istisna etməyib. "Report"un verdiyi məlumata görə, Tramp bu barədə "Fox News" telekanalına müsahibəsində bildirib. O bildirib ki, belə müəssisələrin amerikalılar üçün iş yerləri yaradacağ

13.09.2026 150
.

"Avtovağzal"dan bütün stansiyalara getmək MÜMKÜN OLACAQ - Metroda YENİLİK

Bakı metropolitenində dörd keçid stansiyası olacaq. Bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, bu proses 2030-cu ildən etibarən mümkün olacaq:. "Bakı metropoliteninin "bənövşəyi", "yaşıl"

13.09.2026 480
.

"İttiham yox, sübut tələb olunur!" - David Seliverstov bu saytlarla bağlı məhkəməyə müraciət edir

Son günlər mənimlə bağlı müxtəlif media resurslarında yayılan məlumatlar və səsləndirilən fikirlərlə əlaqədar olaraq mövqeyimi ictimaiyyətin diqqətinə çatdırmağı zəruri hesab edirəm.Mən Azərbaycan Respublikasının övladıyam və yəhudiyəm. Mənim dünyagörüşümün formalaşmasında həm Azərbaycan dəyərlərinin

13.09.2026 191
.

Rusiya ordusu Ukraynada bir kəndə nəzarəti təmin edib

Rusiya ordusu Ukraynada bir yaşayış məntəqəsini nəzarətə götürüb. -ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilib. Məlumata görə, Rusiya hərbiçiləri Donetsk vilayətinin Veseloye yaşayış məntəqəsinə tam nəzarəti təmin ediblər

13.09.2026 189
.

Sakit okeanda onlarla insanın olduğu bərə batıb

Vanuatu sahillərində bərənin batması nəticəsində 30-dan çox insan itkin düşüb. bildirir ki, bu barədə "Reuters" agentliyi Sakit okeandakı ada dövlətinin baş naziri Cotam Napatın ofisinə istinadən məlumat verib. Gəminin göyərtəsində ümumilikdə 40-dan çox sərnişin və heyət üzvü olub. Məlumat

13.09.2026 150
.

Filippində baş verən yanğın zamanı ölənlərin sayı 76-ya çatıb

Filippinin Palavan əyalətində "MV June Aster" bərəsinin göyərtəsində baş verən yanğın nəticəsində ölənlərin sayı 76 nəfərə çatıb. "Report" Filippin mediasına istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizəsinin məlumatında deyilir. Məlumata görə, 13 nəfər itkin düşüb. Hadisə yerind

13.09.2026 175
.

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin 2-ci günü ilə bağlı icmal video

Sentyabrın 11-12-də Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfəri baş tutub. Səfərin ikinci gün

13.09.2026 175
.