Cümşüdün ölümünə görə cavabdeh kimdir?

Cümşüdün ölümünə görə cavabdeh kimdir?Bakıda tez-tez yollar çökür. Nəticədə insan ölümü ilə müşayiət olunan bədbəxt hadisələr qeydə alınır. Mütəxəssislərin fikrincə, bunun səbəbi ömrünü başa kanalizasiya xətləridir. Lakin həmin xətləri tam olaraq dəyişmək mümkün deyil.

İyunun 26-da 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlünün "Baksol" yolu adlanan ərazidə yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşməsi nəticəsində faciəli ölümü şok effekti yaratdı.

Xatırladaq ki, həmin ərazidə yer səthinin çökməsi ilk dəfə deyil. 2020-ci ildə də ərazidə asfalt çökmüş, bir maşın çuxura düşməkdən son anda xilas olmuşdu. Mütəmadi olaraq Bakının müxtəlif yerlərində yolların çökməsi haqqında məlumatlara da rast gəlirik. Yaxın keçmişdə 8 Noyabr, Heydər Əliyev prospektlərində də belə çökmələr yaşanıb. Bəs, görəsən, Bakıda belə hadisələr niyə tez-tez baş verir? Bu kimi bədbəxt hadisələrdən necə qoruna bilərik?

Cümşüdün ölümünə görə cavabdeh kimdir?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Hadisə ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Bakı şəhərində yolun hərəkət hissəsindən kənarda yerləşən ərazilər, o cümlədən piyadalar üçün nəzərdə tutulmuş sahələr Agentliyin balansında deyil və qurumun xidmət göstərdiyi sahələrə aid olunmur: "Belə halların baş verməsinin əsas səbəbi yolun altından keçən kommunikasiya xətlərində yaranan texniki nasazlıqlardır".

Hadisənin baş verdiyi ərazi Dövlət Su Ehtiyatları Agentliyinin "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" Publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır və həmin idarə tərəfindən istismar olunur. Qurumun mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, həmin ərazidə yolboyu sağ və sol hissələrdə tikinti materialları bazarı fəaliyyət göstərir. Kanalizasiya quyuları həmin mağazaların altında qalıb, xəttin mühafizə zonası ağır çəkili tikinti materialları ilə yüklənib. Belə vəziyyət görülən işlərə mane olmaqla yanaşı, kollektorun üzərindəki yol örtüyünün çökməsi ilə nəticələnib.

"Səhlənkarlığı olanlar məsuliyyətə cəlb edilməlidir"

Milli Məclisin deputatı Hikmət Babaoğlunun sözlərinə görə, Bakı şəhərinin su, kanalizasiya və drenaj sisteminin yenidən qurulmasına ehtiyac var. Çünki bu sistem köhnəlib:

"Şəhərin alt sistemi dediyimiz bu avadanlıqları bir dəfəyə dəyişmək mümkün deyil. Bunun üçün müəyyən vaxt və maliyyə lazımdır. Müvafiq qurumlar hansı hissənin daha çox bərpaya ehtiyacı olduğunu müəyyənləşdirib, infrastruktur yenilənmələrinə başlamalıdırlar ki, belə hadisələr baş verməsin. Əgər hansısa qurumun səhlənkarlığı olubsa, mütləq qaydada məsuliyyətə cəlb olunmalıdır. Çünki həmin qurumlar vətəndaşlar qarşısında məsuliyyət daşıyırlar".

"Əsas səbəb xətlərdəki sızmalardır"

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mühəndis kommunikasiya sistem və qurğularının tikintisi kafedrasının dosenti Aqşin Kərimov bildirdi ki, Bakıda yolların çökməsinin əsas səbəbi torpağın altından keçən kanalizasiya və drenaj sistemləridir: "Bakıdakı kanalizasiya sistemləri 1960-80-ci illərdə tikilib. Onlar ömrünü başa vurub və mütləq yenilənməlidir. Amma bu yenilənmə hələ də aparılmır. Həmin kanalizasiya xətlərinin üzərindən asfalt çəkiblər. Yerin altında bu borularda sızmalar baş verə bilər. Bu zaman torpaq yumşalır, asfaltın çökməsi ilə nəticələnir. Yeraltı su səviyyəsinin yüksək olmasını da nəzərə almalıyıq. Bu zaman da torpağın yumşalması mümkündür. Bakıda ağır texnikalar, avtomobillər hərəkət edir. Yeni binalar tikilən zaman bu kimi ağır maşınlar ərazilərə daxil olur. Bu da torpağa təsir edir. Amma əsas səbəb yerin altından keçən xətlərdəki sızmalardır".

"Bu problem həmişə bizimlə olacaq"

A.Kərimovun fikrincə, kanalizasiya sistemlərimiz köhnə olduğundan, bu kimi çökmələr hər an hər yerdə baş verə bilər: "Bu problem həmişə bizimlə olacaq. Kanalizasiya xətlərinin ətrafı bərkidilməlidir. Asfaltda çat olduğunu görəndə vətəndaşlar ehtiyatlı olmalıdırlar. Bu xətləri söküb yenidən bərpa etmək mümkün deyil. Çünki elə xətlər var ki, binaların altından keçir. Yalnız sızma olan ərazini nəzarətə götürə bilərlər. Sızmanı da təmizlənmə məntəqələrində öyrənirlər. Suyun həcmində azalma olduqda bilirlər ki, haradasa sızma var. Cavabdeh qurumlar birlikdə işləməlidirlər. Koordinasiyanın olmaması nəticəsində bu kimi hadisələr baş verir".

"Yol çəkilərkən ərazi araşdırılmalıdır"

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Geoloji kəşfiyyat fakültəsinin müəllimi, geoloq Allahverdi Tağıyevin sözlərinə görə, yerin altı öyrənilmədən üstündə iş aparanda belə bədbəxt hadisələr qaçılmazdır: "Yol çəkilərkən ərazinin mühəndislik geologiyası öyrənilməlidir. Bir neçə istiqamətdə quyular qazılır və analizlər aparılır ki, yerin kəsilişi nədən ibarətdir. Asfalt hansı süxurların üzərində olacaq. Bu, çox önəmlidir. Yumşaq süxurların yerinə bərk süxurlar doldurulmalıdır. Qrunt suyu səviyyəsi, toplanması, axını öyrənilir. Kanalizasiya sistemlərinin izolyasiyasına, kənarlarının bağlı olmasına, yola yaxın olub-olmamasına da baxılmalıdır. Ərazinin yükgötürmə qabiliyyəti də araşdırılmalıdır. Bunun üçün də qurumlar birlikdə işləməlidir".

A.Tağıyev bildirir ki, əgər ərazi çökməyə meyllidirsə, oradan qrunt suları, kanalizasiya xətləri, suvarma kanalları keçirsə, bunu təcrid etməyin yolları var: "Amma suyun kəsilməsi də tam həll deyil. Çünki yuyulma, boşalma olubsa, su kəsilsə belə ağırlıq zamanı yenidən çökmə ola bilər. Bu səbəbdən bünövrə möhkəmləndirilməlidir".

"Məhəllələr, küçələr, ara yollar təhlükədədir"

Geoloqun fikrincə, belə hadisələrin qarşısını almaq üçün komissiya yaradılmalı və təhlükəli ərazilərə nəzarət gücləndirilməlidir: "Mərkəzi yollarda belə hadisələrin baş verməsi çox nadir hallarda olur. Amma məhəllələr, küçələr, ara yollarda heç bir araşdırma işləri aparılmadan asfalt vurulur. Yolun altında hansı proseslərin getdiyini bilmədiklərindən də bədbəxt hadisələr baş verir. Gözdən kənar yollara nəzarət gücləndirilməlidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 668   Tarix: 05 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hakan Fidan: Bölgədə sülh və sabitlik yaranarsa, iqtisadi inkişaf sürətlənəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriya ilə İraqda sülh və siyasi sabitliyin təmin olunmasının regionda iqtisadi inkişafı sürətləndirəcəyini bildirib. "Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. H. Fidan Suriyanın və İraqın bütün ərazilərində sabitliyi

13.09.2026 162
.

"Əhdi" və tanışı HƏBS OLUNDU: Cinayət işi açılıb

Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev polis əməkdaşları tərəfindən saxlanılıblar. APA nın əldə etdiyi məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hər iki şəxs cinayə

13.09.2026 434
.

Husilər Trampa mesaj göndərdilər: "ABŞ ilə vuruşmaq istəmirik"

Yəməndə fəaliyyət göstərən qiyamçı "Ənsar Allah" hərəkatının (husilər) nümayəndələri Amerika Birləşmiş Ştatları ilə silahlı toqquşma istəmədikləri barədə Vaşinqtonu əmin ediblər. xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Dublində İrlandiyanın Baş naziri Mixol Martinlə görüşü zamanı mətbua

13.09.2026 177
.

"Tənha, kimsəsiz insanlar da var, övladları olanlar da" - Azərbaycanda ahıllar üçün mərkəzlər necə işləyir?

Azərbaycanda qocalar evlərinə yerləşdirilən yaşlıların sayında azalma müşahidə olunur. Halbuki son illərin sosial-iqtisadi çətinlikləri - pandemiya, müharibələr və ümumilikdə cəmiyyətdə baş verən dəyişikliklər fonunda ailəsindən ayrı düşən, övladları tərəfindən tərk edilən yaşlıların sayının artacağ

13.09.2026 161
.

"Avtovağzal"dan bütün stansiyalara getmək MÜMKÜN OLACAQ - Metroda YENİLİK

Bakı metropolitenində dörd keçid stansiyası olacaq. Bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, bu proses 2030-cu ildən etibarən mümkün olacaq:. "Bakı metropoliteninin "bənövşəyi", "yaşıl"

13.09.2026 480
.

"Reform UK"ə rekord məbləğdə ianə edilib

Sağ populist Böyük Britaniya partiyası "Reform UK", BitMEX kriptovalyuta platformasının həmtəsisçisi Ben Delodan 36 milyon funt (təxminən 48,7 milyon dollar) məbləğində ianə alıb. "Report" Britaniya mediasına istinadən xəbər verir ki, bu, Birləşmiş Krallığın siyasi partiyasına edilə

13.09.2026 166
.

Suriyada məhkumlar həbsxananı yandırdılar: Ölənlər var

Suriyanın Hələb əyalətinin Ayn əl-Ərəb həbsxanasında iğtişaşlar baş verib və nəticədə yeddi məhkum həyatını itirib. Bununla yanaşı, onlarla şəxs yanıq xəsarətləri alıb və tüstüdən zəhərlənib. -ın .il saytına istinadən verdiyi xəbərə əsasən, yayılan məlumatlarda məhbusların cəzaçəkmə müəssisəsinin binasın

13.09.2026 177
.

Rusiyada sabiq nazir axtarışa verildi

Rusiya Daxili İşlər Nazirliyi (DİN) ölkənin sabiq rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforovu axtarışa verib. xəbər verir ki, bu məlumatı "RIA Novosti" agentliyi nazirliyə istinadən yayıb. Daha əvvəl verilən xəbərlərdə Nikiforova qarşı cinayət işinin açıldığı bildirilirdi

13.09.2026 172
.

NYT: Alimlər süni intellektlə bağlı narahatlıqları "həddindən artıq şişirdilmiş" hesab edirlər

Dünyanın bir sıra alimləri hesab edirlər ki, süni intellekt texnologiyasının gələcəkdə bəşəriyyəti məhv edəcəyi ilə bağlı narahatlıqlar "həddindən artıq şişirdilib". "Report" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti yazıb. Nəşr qeyd edib ki, texnologiy

13.09.2026 167
.