Bakının altında ölüm "şəhəri": Hər an böyük faciə baş verə bilər – XƏBƏRDARLIQ
Bakıda yolların çökməsi ilə bağlı artan hallar ictimaiyyətdə narahatlıq doğurur. Bir müddət əvvəl gənc oğlanın asfaltın çökməsi nəticəsində kanalizasiya xəttinə düşməsi bu təhlükənin real olduğunu bir daha göstərdi. Ekspertlər xəbərdarlıq edirlər ki, paytaxtın alt infrastrukturu illərdir sistemsiz şəkildə formalaşdırılıb və ciddi problemlərlə üz-üzədir. Bu isə həm sürücülər, həm də piyadalar üçün birbaşa həyat təhlükəsi yaradır.
Bəs problemin səbəbi nədir, qarşısı necə alınmalıdır?
Nəqliyyat eksperti Elməddin Muradlı Bakıda yol infrastrukturunun dağılmasının əsas səbəbi kimi keyfiyyətsiz və sistemsiz tikinti işlərini göstərib.
Onun sözlərinə görə, zamanında görülməyən profilaktik tədbirlər, düzgün planlaşdırılmayan su-kanalizasiya xətləri və yeraltı axınların nəzarətsiz qalması nəticəsində yollar və səkilər çökür, insanlar üçün təhlükə yaranır:
"Əgər sistemlər vaxtında və düzgün qurulsaydı, bu qədər ağır nəticələrlə üzləşməzdik. Vaxtilə çox ciddi səhvlərə yol verilib. Bu gün isə yollar, hətta səkilər artıq təhlükə mənbəyinə çevrilib. Bakının altı sanki görünməyən bir "dənizdir". Yağış, kanalizasiya, qrunt suları və yeraltı axınlar düzgün tənzimlənmədiyindən çökmə hallarına səbəb olur. İnsanlar artıq qorxur ki, yolda gedərkən asfalt çökəcək".
E.Muradlı bu vəziyyətin aradan qaldırılması üçün təcili şəkildə geoloji tədqiqatların aparılmasını və infrastrukturun təhlükəli sahələrinin müəyyənləşdirilərək yenidən qurulmasını zəruri sayır:
"Bu şəhərin altında nə baş verdiyini bilmədən, problemi həll etmək mümkün deyil. Əgər hardasa təhlükə varsa, onun qarşısı əvvəlcədən alınmalıdır. Əks halda, biz sadəcə fəsadların baş verməsini gözləyirik – bu isə düzgün yanaşma deyil".
Ekspert vurğulayıb ki, xüsusilə son qar yağışlarından sonra yolların vəziyyəti daha da pisləşib:
"Qar və yağış yolları sıradan çıxarır. Artıq mən özüm də qorxu ilə küçədə hərəkət edirəm. Küçədə gedərkən yol hər an çökə bilər. Amma heç bir rəsmi qurum çıxıb vəziyyətlə bağlı açıqlama vermir. Demirlər ki, təhlükə var, ya da yoxdur. Bu məsələlərin üstündən susqunluqla keçilir.
Əslində bu, çox ciddi və köklü problem olduğu üçün onu qısa zamanda həll etmək də mümkün deyil. Milyardlarla vəsait tələb edən məsələlərdir və bu sahədə yeni qurumları da ittiham etmək düzgün olmaz. Amma risk getdikcə artır və insanlar real təhlükə ilə üz-üzədir".(globalinfo.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1093 Tarix: 05 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşErmənistanda yeni Konstitusiya layihəsi gələn həftə açıqlanacaq
Ermənistan hakimiyyəti yeni Konstitusiya layihəsini gələn həftə ictimaiyyətə təqdim etməyi planlaşdırır. Bundan sonra sənədlə bağlı ictimai müzakirələr və dinləmələr təşkil olunacaq. xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" "Joxovurd" qəzetinə istinadən məlumat yayıb. Nəşri
10:29 143 Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Aidiyyəti qurumlar tərəfindən hücumların qarşısının alınması və araşdırılması istiqamətində müvafiq tədbirlə
15.11.2026 280 Böyük Qələbə tarixi ədaləti bərpa etdi
1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal etmişdir. İşğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayonlardan biri sayılırdı. Ermənistan Silahlı Qüvvələri 2020-ci il sentyabrın 27-də yenidən Azərbaycana qarş
11:50 43 Ağdam ən müasir şəhərə çevrilir
Altı il əvvəl noyabrın 20-də Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı. 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri ərazisi 1 094 kv.km olan və Qarabağın mərkəzində yerləşən Ağdam şəhərini və rayonunun 77,4 faiz ərazisin
11:30 87 Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
Oktyabrda Azərbaycanın avtomobil bazarında median qiymət 3.7 faiz artaraq 19 500 manata çatıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) -a bildirilib ki, bu yüksəliş real bahalaşma ilə deyil, satışa çıxarılan nəqliyyat vasitələrinin tərkibinin dəyişməsi ilə bağlıdır. Palatanın hesablamaların
15.11.2026 235 "Empire State Building"ə qalxan cütlüyün işi ağırlaşdı
ABŞ prokurorluğu Nyu-Yorkdakı "Empire State Building" göydələninə dırmaşan rusiyalı ruferlər İvan Kuznetsov və Ancelina Nikolau ilə bağlı ittiham razılaşmasından imtina edib. Axşam.az xəbər verir ki, bu barədə onların vəkili Noem Biel TASS-a açıqlamasında bildirib. Vəkilin sözlərinə görə, prokurorlu
15.11.2026 263 Qara dənizdə üç gəmi vuruldu, iki "F-16" havaya qaldırıldı
Noyabrın 13-ü və 14-də Rumıniyanın Qara dəniz sahilləri yaxınlığında üç ticarət gəmisi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. "Digi24"ə istinadən xəbər verir ki, nəticədə Ukraynaya doğru hərəkət edən yük gəmisinə ziyan dəyib, digər iki gəmidə isə yanğın baş verib. Rumıniyanı
15.11.2026 258 Prezidentin 1 həftəsi... - Video
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. "Qafqazinfo" icmalı təqdim edir:
15.11.2026 286 Bayraktar: "Akkuyu" AES-in ilk reaktoru yaxın zamanda istifadəyə veriləcək
"Akkuyu" atom elektrik stansiyasının (AES) ilk reaktoru yaxın zamanda işə başlayacaq. "Report" xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar "X" sosial şəbəkə hesabında bildirib. "Uğurla irəliləyən "Akkuyu" AES-i
15.11.2026 209