SOS: Qız uşaqlarının sayı kəskin azalıb - Bir rəqəmin arxasındakı gerçək

SOS: Qız uşaqlarının sayı kəskin azalıb - Bir rəqəmin arxasındakı gerçəkSosioloq selektiv abortların geniş yayılmasını cəmiyyətin kişi mərkəzli təbiəti ilə əlaqələndirir
2025-ci ilin yanvar-iyun ayları ərzində 46 437 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunub və ödəniş edilib. Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Müavinət ödənişləri 21 765 nəfər qız, 24 672 nəfər oğlan uşağına görə aparılıb.

Rəqəmlərdən görünür ki, yeni doğulan qız uşaqlarının sayında kəskin azalma var. Sosioloqlar bildirir ki, cəmiyyətdə kişilərin sayının bu artımla davam etməsi ölkənin acınacaqlı nəticələrlə üz-üzə qalması halına gətirib çıxara bilər. Bura gender bərabərsizliyi, zorakılıq, erkən nikah, insan alveri və kriminal səviyyənin artması da aiddir.

Sosioloqlar isə düşünür ki, adətən qız uşaqlarına olan istəksizlik inkişaf etməmiş, partriarxal cəmiyyətlərdə özünü göstərir. Buna səbəb isə ailələrin qızları zəif hesab etməsidir. Belə ki, bu sayaq cəmiyyətlərdə qadınların hüquqları daha çox pozulur. Qız uşaqları qəbul edilmədiyi və tək uşaq istəyi səbəbindən tez-tez götürülür.

Azərbaycanda selektiv abort geniş yayılıb. Doğrudur, qanunvericilikdə cinsi mənsubiyyətinə görə ayrı-seçkilik yolverilməzdir. Bununla belə, Azərbaycan selektiv abortların ümumi mənzərəsinə görə dünyada liderdir. Bir çox ailələrdə qadınların reproduktiv sağlamlıq hüquqları qorunmur, ailə üzvlərinin istəyinə əsasən qadın hamiləliyi süni şəkildə dayandırmağa məcbur edilir. Bəzən də qadın yalnız qız uşaqları dünyaya gətirdiyi üçün tərk edilir.

Amma bəzi mütəxəssislərə görə, ölkəmizdə oğlan uşaqlarının sayının çox olmasının müsbət tərəfləri çoxdur. Birinci növbədə ordumuz üçün vacibdir. Həmçinin güc strukturlarında və müxtəlif ağır işlərdə kişilərin sayının çox olması şərtdir. Bu məsələnin mənfi tərəfi odur ki, bəzi analar öz övladlarını dünyaya gətirmədən tələf edirlər. Yəni selektiv abortla bağlı problemlər də var. Bu isə birbaşa mənəviyyat məsələsidir. Yəni valideyn öz övladının qətlinə razı olur. Bu baxımdan həmin valideynlərin özlərində də psixoloji dəyişikliklər olur və cəmiyyətə neqativ enerji ötürürlər. Ümumiləşdirsək, təbii yolla oğlan uşaqlarının sayının artımı müsbət haldır, azalması təhlükədir.

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev "Yeni Müsavat"a danışıb. Sosioloq selektiv abortların Azərbaycanda geniş yayılmasını cəmiyyətin kişi mərkəzli təbiəti ilə əlaqələndirib. O, bildirib ki, bu sahədə Azərbaycan dünyada lider ölkələrdən biridir: "Selektiv abort statistikasına görə biz dünya üzrə, hətta ən çox əhalisi olan Çin Xalq Respublikasını belə üstələyirik. Hətta Çin selektiv abortlara görə Azərbaycandan geri qalır.

Selektiv abortlar Azərbaycan cəmiyyəti üçün spesifikdir. Çünki Azərbaycan ənənəvi, kişi mərkəzli cəmiyyətdir. Burada patriarxal düşüncə mövcuddur və belə bir cəmiyyətdə oğlan uşaqlarına daha çox üstünlük verilir. Bu, qeyd etdiyim kimi, cəmiyyətimizin kişi mərkəzli təbiətindən irəli gəlir. Ona görə də selektiv abortlar, təəssüf ki, bu gün aktualdır".

Sosioloq qeyd edib ki, oğlan uşaqlarına yönəlik bu üstünlük qədim zamanlardan bəri formalaşan arxetipik düşüncələrin nəticəsidir:

"Selektiv abort cəmiyyətimizdə arxetip yanaşmalarla bağlıdır. Yəni məlum olduğu kimi, cəmiyyətimizdə hər zaman oğlanlara "düşmən çəpəri" kimi yanaşıblar. Bu, orta əsr düşüncəsindən irəli gəlir. Hətta orta əsr və daha əvvəlki dövrlərdə də bu var idi. Bizim "Dədə Qorqud" eposunda da buna rast gəlirik. Məsələn, qız uşağı olanları qara çadra, oğlan uşağı olanları isə ağ çadra göndərirdilər. Yəni zaman-zaman bu arxetip yanaşma nəsildən-nəslə ötürülərək yaşayıb.

Bu gün də görürük ki, statistikaya əsasən, əhali arasında 25-30 yaşa qədər oğlanlar üstünlük təşkil edir. Lakin 30-35 yaşdan sonra artıq qadınların sayı yavaş-yavaş artmağa başlayır. Eləcə də ahıllar arasında qadınlar üstünlük təşkil edir.

Ümumiyyətlə, məlum olduğu kimi, qızlar doğularkən daha güclü immunitetə malik olur, oğlan uşaqlarının isə həyatda qalma ehtimalı daha az olur. Müharibələr zamanı, nəqliyyat qəzalarında da daha çox kişilər həlak olur. Çünki nəqliyyatdan istifadə daha çox kişilərin payına düşür.

Eyni zamanda kişilər arasında ölümlə nəticələnən dava-dalaş halları da daha çox müşahidə olunur. Beləliklə də, 30 yaşdan sonra kişilər və qadınlar arasında say nisbəti qadınların xeyrinə dəyişir".

Üzeyir Şəfiyev abortlarla bağlı qanunvericiliyə də toxunaraq bildirib ki, mövcud qanunlar daha çox qadın hüquqlarını mərkəzə alır:

"Abortların qadağan olunması ilə bağlı bəzi qanunlar var, amma bu qanunların özü də qadın mərkəzlidir. Məsələn, abortla bağlı qanunlara diqqət yetirdikdə, həm Nazirlər Kabinetinin qərarına, həm də digər normativ sənədlərə baxanda görürük ki, bu qanunlar daha çox qadınlar üçündür. Dölün abort edilməsi ilə bağlı yalnız ananın hüququ tanınır. 12 həftədən 22 həftəyə qədər yalnız sosial və tibbi əsaslarla aborta icazə verilir. Yəni görürük ki, bu məsələ ilə bağlı qanun və qadağalar uşaq mərkəzli deyil, qadın mərkəzlidir. Bu baxımdan hesab edirəm ki, selektiv abortlarla bağlı daha uşaq mərkəzli qərarlar verilməlidir.

Doğrudur, Nazirlər Kabinetinin qərarı var ki, uşağın doğulmasına qədər cinsiyyətinin müəyyən edilməsi ilə bağlı qadağa qoyulub. Ancaq hesab edirəm ki, bu qərarların icrası üzərində nəzarət mexanizmi gücləndirilməlidir".

Sosioloq təklif edir ki, Cinayət Məcəlləsinə də bu istiqamətdə dəyişiklik edilə bilər:

"Bəlkə də abortlarla bağlı Cinayət Məcəlləsində dəyişiklik etmək olar ki, ana bətnində dölün bəlli bir müddətdən sonra öldürülməsi insan qəsdi kimi dəyərləndirilsin. Bu, daha çəkindirici ola bilər.

Daha bir məsələ: çox yaxşı olardı ki, maarifləndirmə işləri də genişləndirilsin. Doğrudur, bir sosioloq kimi deyə bilərəm ki, orta perspektivdə Azərbaycanda bu problem olmayacaq. Çünki ailə planlaşdırılmasında artıq çoxuşaqlı ailələrə üstünlük verilmir. Uzağı bir və ya iki uşaq planlaşdırılır. Birinci uşağın abort edilməsi ehtimalı çox aşağıdır. Çünki birinci uşağı abort etdirmək çox risklidir. İkinci və üçüncü uşaqlarda isə artıq selektiv abort ehtimalı artır. Hesab edirəm ki, bununla bağlı bir qədər qərar və qanunlarda da təkmilləşdirmə aparmaq mümkündür.

Elə qızlar var ki, oğlanlardan daha bacarıqlıdır, valideynə qarşı daha qayğıkeş və diqqətlidir. Hesab edirəm ki, bu fikir ətrafında maarifləndirmə işləri aparmaq lazımdır.

Beləliklə, hazırda qızların sayının az olmasını sosial siqnal kimi qarşılamıram. Çünki qeyd etdiyim kimi, qızların azlığı əsasən 30 yaşa qədər müşahidə olunur. 30 yaşdan sonra isə statistikada qızlar, yəni qadınlar üstünlük təşkil etməyə başlayır."


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 483   Tarix: 05 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Restoran müdirinin Niyama hədiyyə etdiyi ev saxta çıxdı

Müğənni Niyam Salami maraqlı etirafı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə Xəzər TV-yə açıqlamasında danışıb. O bildirib ki, ona ev hədiyyə edilsə də, sonradan bunun həqiqətə uyğun olmadığı üzə çıxıb:. "Bir adam mənə hədiyyə olaraq ev verdi. Sənədlərə də qol çəkdirdilər. Sonr

08.07.2026 362
.

ABŞ-ın PUA hücumu nəticəsində SEPAH-ın əməkdaşı həlak olub

SEPAH-ın bir əməkdaşı Mahşəhrdə ABŞ-ın PUA hücumu zamanı qəlpə yarasından həlak olub. -ın məlumatına görə, İranın cənubunda yerləşən Bəndər-Mahşəhr şəhərindəki SEPAH-ın 3-cü Dəniz Bölgəsinin İctimaiyyətlə Əlaqələr İdarəsi bu barədə məlumat yayıb. Məlumatda bildirilib ki, hadisə bu gün səhər saatlarınd

08.07.2026 163
.

Bəzi rayonlarda leysandır

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Axşam.az-a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində arabir şimşək çaxır, yağış yağır. Yağıntılar ayrı-ayrı yerlərdə leysan xarakterlidir. Balakən-Şəki zonasının bəzi yerlərində isə yağıntılar güclüdür

08.07.2026 263
.

Kosmosda qədim Kainata açılan "pəncərə" aşkarlandı

Beynəlxalq astronomlar qrupu ən qədim kvazarlar arasından 31-ni aşkar edib və onlardan ikisi dərhal yeni rekord müəyyən edib: onlar Kainatın cəmi 670 milyon yaşı olanda işıq saçmağa başlayıblar. Bu, onları Kainatın öz müasir görkəmini almağa başladığı dövrün ən parlaq obyektlərinə çevirib, tədqiqat is

08.07.2026 137
.

Naxçıvan MR-nın Baş naziri Xameneinin vida protokolunda niyə olmayıb? - AÇIQLADI

Bir neçə gün əvvəl Azərbaycanın nümayəndə heyəti Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə İranın ali dini lideri Əli Xameneinin vida mərasimində iştirak etmək üçün İrana səfər edib. Səfərdə nümayəndə heyətinin tərkibində Baş nazirin müavini Şahin Mustafayev, Milli Məclisin sədr müavin

08.07.2026 239
.

"Reuters": Tramp NATO liderləri ilə qapalı görüşlərdə ABŞ-ı ittifaqda saxlamaq istədiyini deyib

ABŞ prezidenti Donald Tramp Ankarada NATO ölkələrinin liderləri ilə görüşdə onlara ABŞ-ı hərbi blokda saxlamaq niyyətində olduğunu deyib. Bu barədə görüşlərdən məlumatlı mənbə "Reuters"ə danışıb. Mənbənin sözlərinə görə, Tramp qapalı görüşlərdə ABŞ-ın NATO-ya silah satmağa davam etməyə hazı

08.07.2026 152
.

Peruda indiyədək məlum olmayan kakao növləri aşkar edilib

Peru kakaosu ilə bağlı yeni araşdırma dünyada ən sevilən şirniyyatlardan biri olan şokoladın mənşəyi haqqında təsəvvürləri dəyişdirib. Tədqiqat zamanı alimlər əvvəllər məlum olmayan dörd yeni kakao növü aşkar ediblər. Onlardan ikisinin gələcəkdə yüksəkkeyfiyyətli şokolad istehsalı üçün xüsusilə perspektivl

08.07.2026 147
.

NATO 2026-cı ildə Ukraynaya 70 milyard avro ayıracağını bəyan edib

NATO bu il Ukraynaya 70 milyard avro ayıracaq. APA-nın Ankaraya ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə NATO-nun 36-cı Sammitinin yekunlarına dair "Ankara Bəyannaməsi"ndə qeyd olunub. NATO liderləri Ukraynaya dəstəyin davam etdiriləcəyini vurğulayaraq, 2026-cı ildə hərbi texnika, yardı

08.07.2026 142
.

Balakən sakinini sel apardı

Balakəndə 43 yaşlı kişini sel aparıb. "Qafqazinfo" xəbər verir ki, rayonun Katex kənd sakini 1983-cü il təvəllüdlü Aslan Ramazanoviç Rzayev Katex çayında sel sularının gətirdiyi odun parçalarını yığmaq istəyərkən ehtiyatsızlıqdan suya yıxılıb. Hazırda onun axtarışları davam etdirilir

08.07.2026 300
.

TOP MP3