BAMF rəsmisi: Hər il mina qurbanlarının sayının artması təhlükənin davamlı xarakter daşıdığını göstərir

BAMF rəsmisi: Hər il mina qurbanlarının sayının artması təhlükənin davamlı xarakter daşıdığını göstərirGözəgörünməz düşmən ilə mübarizəmiz hələ də davam edir.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Maarifləndirmə Departamentinin rəhbəri Heydər Rzayev Qarabağ zonasında mina təhlükəsinə qarşı mübarizə istiqamətində aparılan silsilə maarifləndirmə tədbirləriylə bağlı çıxışında deyib.

Adıçəkilən zonada mina təhlükəsizliyinin aktuallığına qeyd edən BAMF-ın rəsmisi işğaldan azad olunmuş ərazilərdə yaşayan əhalinin təhlükəsizliyi baxımından maarifləndirmə tədbirlərinə həssas və operativ yanaşmanın vacibliyini vurğulayıb:

"Mina təhlükəsi Azərbaycanın üzləşdiyi ən ciddi problemlərdən biri olaraq qalır. İlkin hesablamalara görə, Ermənistan tərəfindən Azərbaycan ərazilərinə basdırılmış minaların sayı təxminən 1,5 milyondan çoxdur və bu, ölkəmizi dünyada mina çirklənməsinə görə ilk sıralarda qərarlaşdırır. 2020-ci ildən bəri 399 mina hadisəsinin qeydə alınması və hər il mina qurbanlarının sayının artması və xəsarətlərlə nəticələnən insidentlər bu təhlükənin davamlı xarakter daşıdığını göstərir".

"Bu mənzərə fonunda mina maarifləndirməsi tədbirləri xüsusi əhəmiyyət daşıyır. Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) olaraq biz artıq 20 ildən çoxdur ki, mina aksiyası proqramında çalışan bir təşkilat kimi hər zaman mina və partlamamış hərbi sursatlarla bağlı maarifləndirməni (PSTM) davamlı və institusional fəaliyyət kimi həyata keçiririk. Fondumuzun mina risklərinin azaldılması sahəsində gördüyü maarifləndirmə proqramları ölkə miqyasında, xüsusilə də mina təhlükəsinin yüksək olduğu bölgələrdə – işğaldan azad olunmuş ərazilərdə geniş şəkildə icra olunmaqdadır. Bu fəaliyyətlər həm fərdi təhlükəsizlik biliklərinin aşılanması, həm də cəmiyyətin mina təhdidinə qarşı dayanıqlı davranış modellərinin formalaşdırılması baxımından həyati əhəmiyyət daşıyır", - BAMF-nin nümayəndəsi vurğulayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 484   Tarix: 05 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda qeyri-adi təbiət hadisəsi - VİDEO

Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində güclü qum burulğanı müşahidə olunub. təbiət hadisəsinin görüntülərini təqdim edir:

08.07.2026 224
.

Çində güclü zəlzələlər oldu

Çin seysmoloqları ölkənin cənub-qərbində yerləşən Sıçuan əyalətində 5 maqnitudalı zəlzələ qeydə alıblar. -a istinadən xəbər verir ki, bu barədə Çin Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentri İbin şəhər dairəsinin Qao qəzasında, ocağı isə 8 kilometr dərinlikdə yerləşib. Əhalisini

08.07.2026 164
.

ABŞ-ın PUA hücumu nəticəsində SEPAH-ın əməkdaşı həlak olub

SEPAH-ın bir əməkdaşı Mahşəhrdə ABŞ-ın PUA hücumu zamanı qəlpə yarasından həlak olub. -ın məlumatına görə, İranın cənubunda yerləşən Bəndər-Mahşəhr şəhərindəki SEPAH-ın 3-cü Dəniz Bölgəsinin İctimaiyyətlə Əlaqələr İdarəsi bu barədə məlumat yayıb. Məlumatda bildirilib ki, hadisə bu gün səhər saatlarınd

08.07.2026 163
.

400 qızıl sikkənin sirri 30 ildən sonra açıldı

30 il əvvəl İngiltərə sahillərində aşkar edilən xəzinənin hansı gəmiyə məxsus olduğu müəyyənləşdirilib. xəbər verir ki, bu barədə Popular Mechanics nəşri məlumat yayıb. Məlumata görə, 1995-ci ildə dalğıclar İngiltərə sahillərində, 18 metr dərinlikdə təxminən 400 qızıl sikkə aşkar ediblər. Dəniz dibind

08.07.2026 215
.

Şuşadakı abidələrin korlanması - Qadağan edildi

"Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" Qanuna dəyişiklik təsdiqlənib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. Qanuna əsasən, Şuşa şəhərinin ərazisində yerləşən abidələrin korlanması və ya məhv edilməsi, müvafiq icra hakimiyyət

08.07.2026 281
.

"Mobil operatorlar mobil internet provayderlərinə çevrilməkdədir" - İKT üzrə ekspert Fərid Kazımovla MÜSAHİBƏ

"Mobil operatorlar hazırda mobil internet provayderlərinə çevrilməkdədir. Mən belə proqnozlaşdırıramki yaxın vaxtlarda mobil operatorlar mobil rabitə xidmətləri göstərən şirkətlər kimi qəbul olunmayacaqlar. Onlar sırf olaraq mobil internet provayderləri kimi qəbul olunacaqlar". Bu sözləri BİG.AZ-

08.07.2026 259
.

Maskalı vandal İsrailin Kanal 12 televiziyasına bənzər hücumdan bir neçə gün sonra Haaretz qəzetinin ofisinin girişini dağıdıb

Təhlükəsizlik görüntülərində şəxsin giriş barmaqlıqlarından keçərək şüşə qapıya iki kərpic atdığı və şüşə qapının girişdə dəlik açdığı görünür. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, qəzet təsdiqləyib ki, Haaretz-in Tel-Əviv ofisinin əsas girişi çərşənbə günü səhər maskalı vandal tərəfində

08.07.2026 202
.

Topa başla vurmaq beyində dəyişiklik yaradır

Futbol zamanı topa başla zərbə vurmaq beyində Altsheymer xəstəliyi ilə əlaqəli olan tau zülalının səviyyəsini qısamüddətli də olsa yüksəldir. Axşam.az xəbər verir ki, Amsterdam Universiteti Tibb Mərkəzinin alimləri 400-ə yaxın həvəskar futbolçu üzərində araşdırma aparıb. Oyunçulardan matçdan əvvəl v

08.07.2026 237
.

"Reuters": Tramp NATO liderləri ilə qapalı görüşlərdə ABŞ-ı ittifaqda saxlamaq istədiyini deyib

ABŞ prezidenti Donald Tramp Ankarada NATO ölkələrinin liderləri ilə görüşdə onlara ABŞ-ı hərbi blokda saxlamaq niyyətində olduğunu deyib. Bu barədə görüşlərdən məlumatlı mənbə "Reuters"ə danışıb. Mənbənin sözlərinə görə, Tramp qapalı görüşlərdə ABŞ-ın NATO-ya silah satmağa davam etməyə hazı

08.07.2026 152
.

TOP MP3