"Elə bilirdim ağ günə çıxacağam" - Dələduzluqda təqsirləndirilən

"Elə bilirdim ağ günə çıxacağam" - Dələduzluqda təqsirləndirilənRüşvət almaqda, dələduzluq və digər ağır cinayətlərdə ittiham olunan Eyvaz Orucalı oğlu Niftalıyev və Ramis Mürsəl oğlu Hümmətovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə verib.

Təqsirləndirilən Ramis Hümmətov məhkəmədəki ifadəsində bildirib ki, onun bu işlə heç bir əlaqəsi yoxdur. "Mənim öz şəxsi işlərim və problemlərim kifayət qədərdir. Səhərlər uşaqları məktəbə aparıram, ev alqı-satqısı ilə məşğul olmamışam" – deyə o, bildirib.

Təqsirləndirilən Niftaliyev Eyvaz da ifadə verib. Eyvaz ifadəsində bildirib ki, "Tiktokda canlı açıb, məlumat verirdim .Mənim pula ehtiyacım var idi. Amma alınmadı, mənim məqsədim ancaq kredit götürmək idi. Ramis məni aldatdı. Kredit vermədi. Batmışdım. Onun vədinə inanıb Bakıya gəldim. İnsanları aldatdım. Mən elə bilirdim ağ günə çıxacağam, ağır cinayətlərə düşdüm."

Növbəti proses 17 iyula təxirə salınıb.

Qeyd edək ki, Ramis Hümmətov Müdafiə Sənayesi Nazirliyinin təbii ehtiyatlarla iş üzrə idarəsinin böyük elmi işçisi olub.

Eyvaz Niftəliyev isə Şamaxı rayonunda müəllim işləyib, əvvəllər dələduzluq cinayətinə görə məhkum olunub.

İstintaq orqanı tərəfindən Eyvaz Niftəliyevin barədə Cinayət Məcəlləsinin 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 178.2.2 (təkrar dələduzluq törətmək), 178.2.3 (dələduzluq - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 195.2 (qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə - eyni əməllər külli miqdarda ziyan vurduqda), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3-cü (külli miqdarda rüşvət alma və 313 (vəzifə saxtakarlığı) maddələri ilə, Ramis Hümmətov isə həmin məcəllənin 178.2.1, 178.2.2, 32.4, 178.2.3, 32.5, 178.2.4, 32.4, 29, 195.2, 32.5, 29, 195.2, 32.4, 308.2, 32.4, 313, 32.5, 313, 32.4, 311.3.3 ve 32.5, 311.3.3-cü maddələri ilə ittiham irəli sürülüb.

Cinayət işi üzrə zərərçəkmiş qismində Azər Aslanov, Nuranə Şərafətova, Azər Məmmədov və Dövlət Sosial Müdafiə Fondu tanınıb.

Eyvaz Niftaliyev barəsində həbs qətimkan, Ramis Hümmətovun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Eyvaz Niftaliyev su vulkanlarının tədqiqatın aparılması ilə bağlı şəxslərə əmək müqaviləsi bağlayıb və bəzi işlər görmək istəyib. Amma sonradan zərərçəkmiş şəxslərdən aldığı pulları ələ keçirib.

Fidan Fərmanlı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 747   Tarix: 04 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ermənistanda yeni Konstitusiya layihəsi gələn həftə açıqlanacaq

Ermənistan hakimiyyəti yeni Konstitusiya layihəsini gələn həftə ictimaiyyətə təqdim etməyi planlaşdırır. Bundan sonra sənədlə bağlı ictimai müzakirələr və dinləmələr təşkil olunacaq. xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" "Joxovurd" qəzetinə istinadən məlumat yayıb. Nəşri

10:29 143
.

Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur

Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Aidiyyəti qurumlar tərəfindən hücumların qarşısının alınması və araşdırılması istiqamətində müvafiq tədbirlə

15.11.2026 280
.

Böyük Qələbə tarixi ədaləti bərpa etdi

1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal etmişdir. İşğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayonlardan biri sayılırdı. Ermənistan Silahlı Qüvvələri 2020-ci il sentyabrın 27-də yenidən Azərbaycana qarş

11:50 43
.

Ağdam ən müasir şəhərə çevrilir

Altı il əvvəl noyabrın 20-də Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı. 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri ərazisi 1 094 kv.km olan və Qarabağın mərkəzində yerləşən Ağdam şəhərini və rayonunun 77,4 faiz ərazisin

11:30 87
.

Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər

Oktyabrda Azərbaycanın avtomobil bazarında median qiymət 3.7 faiz artaraq 19 500 manata çatıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) -a bildirilib ki, bu yüksəliş real bahalaşma ilə deyil, satışa çıxarılan nəqliyyat vasitələrinin tərkibinin dəyişməsi ilə bağlıdır. Palatanın hesablamaların

15.11.2026 235
.

"Empire State Building"ə qalxan cütlüyün işi ağırlaşdı

ABŞ prokurorluğu Nyu-Yorkdakı "Empire State Building" göydələninə dırmaşan rusiyalı ruferlər İvan Kuznetsov və Ancelina Nikolau ilə bağlı ittiham razılaşmasından imtina edib. Axşam.az xəbər verir ki, bu barədə onların vəkili Noem Biel TASS-a açıqlamasında bildirib. Vəkilin sözlərinə görə, prokurorlu

15.11.2026 263
.

Qara dənizdə üç gəmi vuruldu, iki "F-16" havaya qaldırıldı

Noyabrın 13-ü və 14-də Rumıniyanın Qara dəniz sahilləri yaxınlığında üç ticarət gəmisi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. "Digi24"ə istinadən xəbər verir ki, nəticədə Ukraynaya doğru hərəkət edən yük gəmisinə ziyan dəyib, digər iki gəmidə isə yanğın baş verib. Rumıniyanı

15.11.2026 258
.

Prezidentin 1 həftəsi... - Video

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. "Qafqazinfo" icmalı təqdim edir:

15.11.2026 286
.

Bayraktar: "Akkuyu" AES-in ilk reaktoru yaxın zamanda istifadəyə veriləcək

"Akkuyu" atom elektrik stansiyasının (AES) ilk reaktoru yaxın zamanda işə başlayacaq. "Report" xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar "X" sosial şəbəkə hesabında bildirib. "Uğurla irəliləyən "Akkuyu" AES-i

15.11.2026 209
.