108 yaşlı qadın hər gün yeməkdən əvvəl içdiyi alkoqollu içkini açıqladı

108 yaşlı qadın hər gün yeməkdən əvvəl içdiyi alkoqollu içkini açıqladı108 yaşlı qadın uzun ömrünün sirlərini açıqlayıb. O, xüsusilə hər gün yeməkdən əvvəl içdiyi içki barədə danışıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Esperansa Kortinyas adlı qadın dünyada 100 yaşını keçən 0.01 faizdən az insanın sırasına daxildir. Onun həyat tərzi isə hələ də olduqca fəaldır: Esperansa rəqs edir, avtobusla şəhərə gedir və sosial həyatda aktiv iştirak edir.

Kimdir Esperansa Kortinyas?

Esperansa hazırda 76 yaşlı qızı Mari Karmen ilə birlikdə İspaniyanın şimalında, Orense şəhərində yaşayır. Müsahibəsində uzun ömür yaşamağın əsas sirrini belə izah edib:

"İşləmək, aktiv qalmaq, yaxşı qidalanmaq, şən və pozitiv olmaq əsas budur".

Qadın bildirir ki, uşaqlıqdan inəklərə qulluq etməsi ona güclü bədən və sağlamlıq qazandırıb. O, sağlam qidalanmanı sevdiyini və xüsusilə meyvə-tərəvəzə üstünlük verdiyini vurğulasa da, "hər şeyi yeyə bilərəm" deyərək qadağasız qidalandığını əlavə edib.

Gizli "şot" və gündəlik ritualları

Esperansanın gündəlik menyusundan heç vaxt əskik olmayan bir içki var: bu, "licor café" – yəni Galisiya bölgəsinə xas olan qəhvə likörüdür.

Qadın adətən saat 11:00-da oyanır, və yeməkdən əvvəl öz "şot"unu içir. Qızı Mari yeməyi hazırlayır və adətən saat 13:00-da birlikdə nahar edirlər. Qidalanmada əsasən yerli məhsullara üstünlük verirlər.

Nahar və istirahətdən sonra Esperansa heç vaxt yatmır, əvəzində avtobusa minib şəhər mərkəzinə gedir. Orada o, pensiya evinə baş çəkir və rəfiqələri ilə kart oyunları oynayır.

"Çoxlu dostum var və vaxtımızı çox gözəl keçiririk", – Esperansa deyir.

O, bazar ertəsindən şənbəyə qədər gündüzlər kart oynayır, bazar günü isə rəqs edir. Esperansa qeyd edir ki, həyatında çox rəqs edib və bu fəaliyyət ona həmişə xoşbəxtlik bəxş edib.

Sosial əlaqələr və aktiv həyat tərzi – uzunömürlülüyün əsas sirri

Esperansa vurğulayır ki, ailəsi və dostları ilə daimi ünsiyyətdə olmaq onun uzun yaşamasına böyük təsir göstərib. Onun qızı Mari isə anası ilə hər gün birlikdə olmağın sevincindən danışır və bildirir ki, "sanki məşhur biri kimi, insanlar onu küçədə tez-tez tanıyıb yaxınlaşırlar".

Esperansa uzaq səfərlərdən də qorxmur – bir neçə həftə əvvəl Alicantəyə qatarla 5 saatlıq səyahət edib ki, orada yaşayan digər qızını ziyarət etsin. O, həmçinin gözəl görünüşə də böyük önəm verir: müxtəlif rəngdə paltarları var, saçlarını həmişə darayır və dodaq boyası çəkir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 687   Tarix: 04 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.