Səbinə Əliyeva azərbaycanlılara qarşı zorakılıqla bağlı Rusiya Ombudsmanına məktub ünvanlayıb

Səbinə Əliyeva azərbaycanlılara qarşı zorakılıqla bağlı Rusiya Ombudsmanına məktub ünvanlayıbAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilmiş zorakılıq və işgəncə nəticəsində beş nəfərin amansızlıqla qətlə yetirilməsi və müxtəlif dərəcəli xəsarət faktları ilə bağlı Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili xanım Tatyana Moskalkovaya və Sverdlovsk vilayətinin İnsan Hüquqları üzrə Müvəkkili (regional ombudsmanı) Tatyana Merzlyakovaya rəsmi məktub ünvanlayıb.

Bu barədə BiG.AZ-a qurumun məbuat xidmətindən məlumat verilib.

Məktubda qeyd olunub ki, baş vermiş bu dəhşətli hadisə insan hüquq və azadlıqlarının, xüsusilə yaşamaq və işgəncəyə məruz qalmamaq hüquqlarının (Rusiya Federasiyası Konstitusiyasının 20 və 21-ci maddələri) kobud şəkildə pozulmasıdır. Həmçinin, bu fakt Rusiya Federasiyasının qoşulduğu BMT-nin "İşgəncələrə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı" Konvensiyasına ziddir.

Ombudsman məktubda Azərbaycan və Rusiya Ombudsman institutları arasında formalaşmış əməkdaşlıq münasibətlərinə və ikitərəfli müqavilənin müddəalarına əsaslanaraq, məsələnin Rusiya Ombudsmanı tərəfindən nəzarətə götürülməsini, hadisənin hərtərəfli, obyektiv və şəffaf şəkildə araşdırılmasını, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunmasını və zərərçəkən ailələrə hüquqi və psixoloji dəstək göstərilməsini xahiş edib.

Müraciətdə, həmçinin bu kimi ağır hüquq pozuntularının qarşısının alınması məqsədilə sistemli nəzarət və profilaktik tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycan Ombudsmanı ümidvar olduğunu bildirib ki, Rusiya tərəfindən atılacaq hüquqi və institusional addımlar bu hadisəyə ədalətli hüquqi qiymətin verilməsinə və Rusiya Federasiyasında yaşayan əcnəbi vətəndaşların hüquqlarının daha etibarlı qorunmasına xidmət edəcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 468   Tarix: 28 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsrailli sehrbazın İDDİASI: "İngiltərənin Dünya çempionatında qalib gəlməsinə kömək edirəm"

İsrailli tanınmış illüzionist və şoumen Uri Qeller İngiltərə millisinin Dünya çempionatının 1/8 finalında Meksika üzərindəki (3:2) qələbəsində pay sahibi olduğunu iddia edib. xarici KİV-ə istinadla xəbər verir ki, Qeller komandanın növbəti mərhələyə yüksəlməsinin onun "ekstrasensor müdaxiləsi"

08.07.2026 211
.

"Mobil operatorlar mobil internet provayderlərinə çevrilməkdədir" - İKT üzrə ekspert Fərid Kazımovla MÜSAHİBƏ

"Mobil operatorlar hazırda mobil internet provayderlərinə çevrilməkdədir. Mən belə proqnozlaşdırıramki yaxın vaxtlarda mobil operatorlar mobil rabitə xidmətləri göstərən şirkətlər kimi qəbul olunmayacaqlar. Onlar sırf olaraq mobil internet provayderləri kimi qəbul olunacaqlar". Bu sözləri BİG.AZ-

08.07.2026 259
.

Azərbaycanda qeyri-adi təbiət hadisəsi - VİDEO

Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində güclü qum burulğanı müşahidə olunub. təbiət hadisəsinin görüntülərini təqdim edir:

08.07.2026 224
.

Sabah 35 dərəcə isti olacaq

Azərbaycanda iyulun 9-da 35 dərəcə isti olacaq. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı

08.07.2026 234
.

Təyyarədə sərnişinlərin bilmədiyi gizli otaqlar - Orada kimlər yatır?

Uzunməsafəli aviareyslərdə sərnişinlər saatlarla narahat oturacaqlarda istirahət etməyə çalışarkən, təyyarənin sərnişinlərə görünməyən hissəsində ekipaj üçün xüsusi yataq bölmələri yerləşir. Bu gizli otaqların mövcudluğundan əksər sərnişinlərin xəbəri olmur. Bu barədə britaniyalı stüardessa Kris Meyco

08.07.2026 182
.

Avropa Birliyi aviasiya agentliyi 31 avqusta qədər İran və İraq hava məkanından istifadə etməməyi tövsiyə edib

Avropa Birliyi Aviasiya Təhlükəsizliyi Agentliyi çərşənbə günü bildirib ki, davam edən gərginlik və gələcək hərbi əməliyyatlar potensialı fonunda aviaşirkətlər İran və İraqın hava məkanında fəaliyyət göstərməməlidir. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, EASA İran və İraqın hava məkanlar

08.07.2026 211
.

Maskalı vandal İsrailin Kanal 12 televiziyasına bənzər hücumdan bir neçə gün sonra Haaretz qəzetinin ofisinin girişini dağıdıb

Təhlükəsizlik görüntülərində şəxsin giriş barmaqlıqlarından keçərək şüşə qapıya iki kərpic atdığı və şüşə qapının girişdə dəlik açdığı görünür. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, qəzet təsdiqləyib ki, Haaretz-in Tel-Əviv ofisinin əsas girişi çərşənbə günü səhər maskalı vandal tərəfində

08.07.2026 202
.

Sülh prosesinə kölgə salan qərar: Regionda yeni risklər

İsrailin nüfuzlu "Ynet" nəşrində "İsrail qırmızı xətti keçdi: "Erməni soyqırımı"nı tanımasından sonra Azərbaycanla böhran daha da dərinləşdi" başlıqlı məqalənin dərc olunması regionda yeni müzakirələrə səbəb olub. Məqalədə iki ölkə arasındakı münasibətlərdən məlumatlı olduğ

08.07.2026 261
.

Xameneidən sonra İranda hakimiyyət uğrunda görünməyən mübarizə

"ABŞ və İsrailin hava zərbələri nəticəsində həlak olduğu bildirilən İranın keçmiş ali dini lideri Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimləri davam edir. Mərasimlərin İrandan sonra İraqda da keçirilməsi diqqət çəkən məqamlardan biridir. Məlumata görə, nəşi Nəcəf şəhərinə aparılıb və şiə müsəlmanlar

08.07.2026 277
.

TOP MP3