Bakıda lükə düşməsi deyilən gəncin dostu danışdı: "Bir-iki dəqiqə səsi gəlib, kömək istəyib"
İyunun 26-da Binəqədi rayonu, "Baksol yolu" adlanan ərazidə kanalizasiya quyusuna düşən 27 yaşlı Cümşüd Cümşüdlünün axtarışları davam etdirilir.
Oxu.Az-ın məlumatına görə, hadisə ilə bağlı gəncin yaxınları jurnalistlərə açıqlama veriblər. "Cavan insan idi. Hadisə şahidlərindən eşitdiyimizə görə, quyuya düşəndən sonra bir-iki dəqiqə səsi gəlib, kömək istəyib, sonra isə səs kəsilib. Neçə gündür ki, axtarışlar davam edir. Ötən hər saat bizi ümidsizliyə aparsa da, tapılacağına inanırıq", − deyə C.Cümşüdlünün dostu söyləyib.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş









