Deputat: "Ukrayna müharibəsinin sosial gərginlikləri Rusiyada antimiqrant ritorikasını gücləndirir"

Deputat: "Ukrayna müharibəsinin sosial gərginlikləri Rusiyada antimiqrant ritorikasını gücləndirir""Son dövrlər Rusiyada baş verən hadisələr, xüsusən miqrantlara və qeyri-rus xalqlara qarşı yönələn təzyiqlər, təhqiramiz ritorika və zorakı aksiyalar bir neçə paralel məqsədə xidmət edir".

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli bildirib.

Deputat deyib ki, Rusiyanın siyasi dairələri iqtisadi çətinliklər, beynəlxalq təcrid, Ukrayna müharibəsinin yaratdığı sosial gərginliklər fonunda yaranan yarıgizli narazılığı ənənəvi qaydada fərqli istiqamətlərə yönləndirməyə çalışır:

"Tarixən də Rusiyada siyasi və iqtisadi böhran dövrlərində daxili düşmən obrazı yaratmaq ənənəsi olub. Antimiqrant ritorikası da bu kontekstdə klassik "günah keçisi" strategiyasıdır".

E.Mirzəbəylinin fikrincə, Rusiya dövlətçiliyinin təməl elementlərindən biri olan "rus xalqının aparıcı rolu" ideologiyası şovinist meyilləri daha da gücləndirib:

"Şovinist mövqelər, "Rusiya ruslar üçündür" tipli çağırışlar multietnik federativ modelin de-fakto tənəzzülə uğradığını göstərir. Bu isə daxildə sərt mərkəzləşməni legitimləşdirməyə xidmət edir. Sosial təbəqələrarası ixtilafların aləti kimi miqrantlar, əsasən, ən azödənişli, ağır işlərdə çalışırlar. Bu səbəbdən yoxsul rus təbəqələri ilə miqrantlar arasında rəqabət və qısqanclıq yaranır. Hakimiyyət bunu bilərəkdən şişirdir, sosial-iqtisadi problemləri əcnəbilərin üzərinə yıxır".

Deputat əlavə edib ki, bu strategiya qısamüddətli siyasi dividendlər qazandırsa da, uzunmüddətli perspektivdə Rusiyanın daxili sabitliyini daha da zəiflədə, etnik və dini zəmində qarşıdurmaları dərinləşdirə bilər:

"Müasir dünyada etnik və dini müxtəlifliyin düşmən obrazına çevrilməsi yalnız cəmiyyətdə parçalanmanı artırır".

E.Mirzəbəyli qeyd edib ki, mövcud vəziyyətdən həm də öz maraqları üçün yararlanan Solovyov, Skabeyeva kimi şəxslər öz auditoriyasına "daxili düşmən və xarici təhlükə" konsepsiyası satmaqda davam edirlər:

"Azərbaycanlı miqrantları, ümumən türkdilli xalqları təhlükə kimi təqdim etmək asan üsuldur, çünki Rusiyada tarixi stereotiplər yetərincə güclüdür. Bu ritorika həm islamofobiya, həm də türkofobiyadan qidalanır. Eyni zamanda Rusiya ultramillətçi əhvali-ruhiyyəni gücləndirərək "bizə tabe olmayan qonşu pis qonşudur" mesajını verir. Solovyov, Skabeyeva kimi təşviqatçılar miqrantlardan düşmən obrazı yaradaraq reytinq və reklam gəliri qazanırlar. Onların efirində Azərbaycan mövzusu həm Ermənistan auditoriyasını, həm Rusiya ultramillətçi kəsimini cəlb edir. Bu baxımdan Azərbaycanı hədəfə almaq həm onların siyasi sifariş, həm də korporativ marağından qaynaqlanır".

Deputat hesab edir ki, bu proseslər təsadüfi deyil:

"Azərbaycanın öz milli maraqları əsasında yürütdüyü müstəqil siyasət və regiondakı güclənən mövqeyi Rusiya mediasını və siyasi çevrələrini narahat edir. Ona görə də ritorika sərtləşir. Lakin bu qısamüddətli təzyiqdir və faktiki reallığı dəyişmir. Əksinə, Azərbaycana qarşı bu cür hücumlar ictimaiyyətimizdə milli həmrəylik və soyuqqanlı diplomatik mövqe ətrafında daha çox birləşmə tendensiyasını gücləndirir".

Xatırladaq ki, iyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində 50 azərbaycanlı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Hadisə nəticəsində Ziyəddin və Hüseyn Səfərov qardaşları, həmçinin onların əmisi oğulları Kamal Qədiməli oğlu Səfərov, Ayaz Möhbalı oğlu Səfərov və onun qardaşı Məzahir Möhbalı oğlu Səfərov öldürülüblər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 559   Tarix: 28 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiya ordusu Ukraynada bir kəndə nəzarəti təmin edib

Rusiya ordusu Ukraynada bir yaşayış məntəqəsini nəzarətə götürüb. -ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilib. Məlumata görə, Rusiya hərbiçiləri Donetsk vilayətinin Veseloye yaşayış məntəqəsinə tam nəzarəti təmin ediblər

11:00 173
.

Azərbaycan əhalisi əczaçılıq xərclərini 22 %-ə yaxın artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 212,9 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 21,

13:20 147
.

Vuçiç: Seçki siyahısında bir saatdan az vaxtda on minlərlə imza toplanıb

Serbiyada oktyabrın 25-nə təyin olunmuş növbədənkənar parlament seçkiləri üçün hakim koalisiyanın irəli sürdüyü "Aleksandar Vuçiç - Birləşmiş Serbiya" seçki siyahısına dəstək məqsədilə bir saatdan az müddətdə on minlərlə şəxs imza atıb. "Report"un Balkan bürosu xəbər verir ki, b

19:20 65
.

"Reform UK"ə rekord məbləğdə ianə edilib

Sağ populist Böyük Britaniya partiyası "Reform UK", BitMEX kriptovalyuta platformasının həmtəsisçisi Ben Delodan 36 milyon funt (təxminən 48,7 milyon dollar) məbləğində ianə alıb. "Report" Britaniya mediasına istinadən xəbər verir ki, bu, Birləşmiş Krallığın siyasi partiyasına edilə

15:20 144
.

"Çox güman ki, bunu onlar ediblər" - Trampdan İrana qarşı ittiham

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Səudiyyə Ərəbistanında yerləşən "Şərq-Qərb" neft kəmərinə edilən hücumda İranın əli ola bilər. xəbər verir ki, dövlət başçısı bu fikirləri media nümayəndələrinin suallarını cavablandırarkən səsləndirib. "Məncə, bu, onlardır. Çox güman ki, bun

19:00 99
.

Səudiyyə Ərəbistanına dron hücumuna görə İraqda hərbi komandir işdən çıxarılıb

İraq ərazisindən Səudiyyə Ərəbistanındakı obyektlərə edilən hücumlardan sonra İraqın Meysan əyalətindəki əməliyyatlar komandanı vəzifəsindən kənarlaşdırılıb. "Report" xəbər verir ki, bu barədə İraq Baş nazirinin Əli əl-Zaidinin ofisi məlumat yayıb. Qərar yuxarıda qeyd olunan insidentdən sonr

16:20 135
.

ABŞ İranın blokadası başlayandan bəri 100 gəminin marşrutunu dəyişdirib

ABŞ hərbçiləri İranın dəniz blokadası başlayandan bəri 100 ticarət gəmisinin marşrutunu dəyişdirib. "Report"un xəbərinə görə, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bu barədə "X" sosial şəbəkəsində məlumat yayıb. "ABŞ-nin İranın blokadasını yenidən tətbiq etməsində

12:30 156
.

"İttiham yox, sübut tələb olunur!" - David Seliverstov bu saytlarla bağlı məhkəməyə müraciət edir

Son günlər mənimlə bağlı müxtəlif media resurslarında yayılan məlumatlar və səsləndirilən fikirlərlə əlaqədar olaraq mövqeyimi ictimaiyyətin diqqətinə çatdırmağı zəruri hesab edirəm.Mən Azərbaycan Respublikasının övladıyam və yəhudiyəm. Mənim dünyagörüşümün formalaşmasında həm Azərbaycan dəyərlərinin

10:46 175
.

"Fars": ABŞ səhranın dərinliklərinə geri çəkilməyə məcbur qalıb

İran ordusu ABŞ və İsrailə qarşı 40 günlük müharibə zamanı Birləşmiş Ştatların regiondakı bazalarını atəşə tutub və nəticədə Amerika səhranın dərinliklərinə geri çəkilməyə məcbur olub. "Report" xəbər verir ki, bu barədə "Fars" agentliyində dərc olunan hesabatda bildirilib. "İranı

13:30 152
.