Hikmət Babaoğlu: "Rusiyada azərbaycanlılara qarşı hücumlar təsadüfi deyil"
"Rusiyada azərbaycanlılara qarşı baş verən son hadisələrdə açıq şəkildə cinayət tərkibinin olması istisna deyil".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
"Mümkün deyil ki, bir evdə yaşayan ailədə və ya hər hansı bir cinayət hadisəsində iştirak edənlərin hamısı təsadüfən azərbaycanlı olsun. Hətta belə bir hal baş versə belə, bir cinayətin kollektiv şəkildə törədilməsi mümkün deyil. Burada Rusiyanın müxtəlif dövlət qurumlarının və güc strukturlarının məqsədli fəaliyyəti açıq şəkildə görünür. Baş verən zorakılıq hadisəsi Rusiyanın müəyyən güc strukturlarında çalışan vəzifəli şəxslər tərəfindən xüsusi məqsədlə törədilir", - deyə deputat vurğulayıb.
O qeyd edib ki, 25 il əvvəl baş vermiş hər hansı bir cinayət hadisəsi ilə bağlı indi əməliyyat aparılması və hüquqazidd addımların atılması ciddi suallar doğurur:
"Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məsələ ilə bağlı verdiyi açıqlama və Rusiyanın müvəqqəti işlər vəkilinin XİN-ə çağırılaraq xəbərdar edilməsi mühüm addımdır və bunun nəticə verəcəyinə inanıram. Əgər bu zorakılığı törədənlər Rusiyanın siyasi iradəsindən kənar hərəkət ediblərsə, onlar mütləq cəzalandırılmalıdır. Əgər cəzalandırılmayacaqlarsa, bu, artıq siyasi qərar kimi dəyərləndirilməlidir. Bu baxımdan, baş verənləri hələlik Rusiya-Azərbaycan münasibətləri kontekstində qiymətləndirmək tezdir. Lakin azərbaycanlılara qarşı törədilən bu kütləvi zorakılıq cəzasız qalarsa, bu zaman hadisənin arxasında siyasi səbəblər axtarmağa məcbur qalacağıq".
Deputat əlavə edib ki, istənilən halda baş verən hadisələr qəbuledilməzdir:
"Heç bir halda hər hansı bir cinayəti törətmiş şəxs polis zorakılığına məruz qalmamalı və ya öldürülməməlidir. Hər bir cinayətkara cəzanı yalnız məhkəmə verə bilər. Bu, həm Rusiyada, həm də bütün dünyada belədir. Hadisə qətiyyətlə pislənməli və Azərbaycan tərəfi Rusiyanın müvafiq qurumlarından aydın və əsaslandırılmış cavab gözləməlidir".
Xatırladaq ki, iyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində 50 azərbaycanlı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Hadisə nəticəsində Ziyəddin və Hüseyn Səfərov qardaşları, həmçinin onların əmisi oğulları Kamal Qədiməli oğlu Səfərov, Ayaz Möhbalı oğlu Səfərov və onun qardaşı Məzahir Möhbalı oğlu Səfərov öldürülüblər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 494 Tarix: 28 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiya ordusu Ukraynada bir kəndə nəzarəti təmin edib
Rusiya ordusu Ukraynada bir yaşayış məntəqəsini nəzarətə götürüb. -ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilib. Məlumata görə, Rusiya hərbiçiləri Donetsk vilayətinin Veseloye yaşayış məntəqəsinə tam nəzarəti təmin ediblər
11:00 173 Azərbaycan əhalisi əczaçılıq xərclərini 22 %-ə yaxın artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 212,9 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 21,
13:20 147 Vuçiç: Seçki siyahısında bir saatdan az vaxtda on minlərlə imza toplanıb
Serbiyada oktyabrın 25-nə təyin olunmuş növbədənkənar parlament seçkiləri üçün hakim koalisiyanın irəli sürdüyü "Aleksandar Vuçiç - Birləşmiş Serbiya" seçki siyahısına dəstək məqsədilə bir saatdan az müddətdə on minlərlə şəxs imza atıb. "Report"un Balkan bürosu xəbər verir ki, b
19:20 65 "Reform UK"ə rekord məbləğdə ianə edilib
Sağ populist Böyük Britaniya partiyası "Reform UK", BitMEX kriptovalyuta platformasının həmtəsisçisi Ben Delodan 36 milyon funt (təxminən 48,7 milyon dollar) məbləğində ianə alıb. "Report" Britaniya mediasına istinadən xəbər verir ki, bu, Birləşmiş Krallığın siyasi partiyasına edilə
15:20 144 "Çox güman ki, bunu onlar ediblər" - Trampdan İrana qarşı ittiham
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Səudiyyə Ərəbistanında yerləşən "Şərq-Qərb" neft kəmərinə edilən hücumda İranın əli ola bilər. xəbər verir ki, dövlət başçısı bu fikirləri media nümayəndələrinin suallarını cavablandırarkən səsləndirib. "Məncə, bu, onlardır. Çox güman ki, bun
19:00 99 Səudiyyə Ərəbistanına dron hücumuna görə İraqda hərbi komandir işdən çıxarılıb
İraq ərazisindən Səudiyyə Ərəbistanındakı obyektlərə edilən hücumlardan sonra İraqın Meysan əyalətindəki əməliyyatlar komandanı vəzifəsindən kənarlaşdırılıb. "Report" xəbər verir ki, bu barədə İraq Baş nazirinin Əli əl-Zaidinin ofisi məlumat yayıb. Qərar yuxarıda qeyd olunan insidentdən sonr
16:20 135 ABŞ İranın blokadası başlayandan bəri 100 gəminin marşrutunu dəyişdirib
ABŞ hərbçiləri İranın dəniz blokadası başlayandan bəri 100 ticarət gəmisinin marşrutunu dəyişdirib. "Report"un xəbərinə görə, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bu barədə "X" sosial şəbəkəsində məlumat yayıb. "ABŞ-nin İranın blokadasını yenidən tətbiq etməsində
12:30 156 "İttiham yox, sübut tələb olunur!" - David Seliverstov bu saytlarla bağlı məhkəməyə müraciət edir
Son günlər mənimlə bağlı müxtəlif media resurslarında yayılan məlumatlar və səsləndirilən fikirlərlə əlaqədar olaraq mövqeyimi ictimaiyyətin diqqətinə çatdırmağı zəruri hesab edirəm.Mən Azərbaycan Respublikasının övladıyam və yəhudiyəm. Mənim dünyagörüşümün formalaşmasında həm Azərbaycan dəyərlərinin
10:46 175 "Fars": ABŞ səhranın dərinliklərinə geri çəkilməyə məcbur qalıb
İran ordusu ABŞ və İsrailə qarşı 40 günlük müharibə zamanı Birləşmiş Ştatların regiondakı bazalarını atəşə tutub və nəticədə Amerika səhranın dərinliklərinə geri çəkilməyə məcbur olub. "Report" xəbər verir ki, bu barədə "Fars" agentliyində dərc olunan hesabatda bildirilib. "İranı
13:30 152