Partlayışda tikili dağılıb, kinostudiyanın inzibati binası və yaxın yaşayış binasına ziyan dəyib - RƏSMİ
Kinostudiyanın ərazisində baş verən partlayışla bağlı Baş Prokurorluqda araşdırma aparılır.
Bu barədə BiG.AZ-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
.
Bildirilib ki, iyunun 26-da, saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 1 ünvanında yerləşən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası ərazisində yanğınla müşayiət olunan partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
Məlumat əsasında Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsi əməkdaşları tərəfindən Fövqəladə Hallar Nazirliyinin və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin mütəxəssislərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi məqsədilə ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri prosessual hərəkətlər icra olunub.
İlkin araşdırma zamanı müəyyən edilib ki, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası ərazisində yerləşən, film istehsalı zamanı partlayış, yanğın, atəş və tüstü effektlərinin icrası üçün nəzərdə tutulan pirotexniki vasitələrin saxlanc anbarında yanğınla müşayiət olunan partlayış hadisəsinin baş verməsi nəticəsində sözügedən birmərtəbəli tikili dağılıb, kinostudiyasının inzibati binası və yaxınlıqda yerləşən yaşayış binasının müəyyən mənzillərinin pəncərələrinə isə ziyan dəyib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Hazırda faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 979 Tarix: 27 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSabah 35 dərəcə isti olacaq
Azərbaycanda iyulun 9-da 35 dərəcə isti olacaq. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı
08.07.2026 234 Kallas: Bazar ertəsi Aİ və körfəz ölkələri XİN başçılarının görüşü olacaq
ABŞ və İran arasında atışmalar onsuz da gərgin olan müharibənin dayandırılması üzrə danışıqları daha da çətinləşdirir. APA xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas "X" səhifəsində bildirib. İranın Bəhreyn və Küveyt
08.07.2026 156 NATO 2026-cı ildə Ukraynaya 70 milyard avro ayıracağını bəyan edib
NATO bu il Ukraynaya 70 milyard avro ayıracaq. APA-nın Ankaraya ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə NATO-nun 36-cı Sammitinin yekunlarına dair "Ankara Bəyannaməsi"ndə qeyd olunub. NATO liderləri Ukraynaya dəstəyin davam etdiriləcəyini vurğulayaraq, 2026-cı ildə hərbi texnika, yardı
08.07.2026 142 Kosmosda qədim Kainata açılan "pəncərə" aşkarlandı
Beynəlxalq astronomlar qrupu ən qədim kvazarlar arasından 31-ni aşkar edib və onlardan ikisi dərhal yeni rekord müəyyən edib: onlar Kainatın cəmi 670 milyon yaşı olanda işıq saçmağa başlayıblar. Bu, onları Kainatın öz müasir görkəmini almağa başladığı dövrün ən parlaq obyektlərinə çevirib, tədqiqat is
08.07.2026 137 İsrailli sehrbazın İDDİASI: "İngiltərənin Dünya çempionatında qalib gəlməsinə kömək edirəm"
İsrailli tanınmış illüzionist və şoumen Uri Qeller İngiltərə millisinin Dünya çempionatının 1/8 finalında Meksika üzərindəki (3:2) qələbəsində pay sahibi olduğunu iddia edib. xarici KİV-ə istinadla xəbər verir ki, Qeller komandanın növbəti mərhələyə yüksəlməsinin onun "ekstrasensor müdaxiləsi"
08.07.2026 211 400 qızıl sikkənin sirri 30 ildən sonra açıldı
30 il əvvəl İngiltərə sahillərində aşkar edilən xəzinənin hansı gəmiyə məxsus olduğu müəyyənləşdirilib. xəbər verir ki, bu barədə Popular Mechanics nəşri məlumat yayıb. Məlumata görə, 1995-ci ildə dalğıclar İngiltərə sahillərində, 18 metr dərinlikdə təxminən 400 qızıl sikkə aşkar ediblər. Dəniz dibind
08.07.2026 215 "Tərəflər danışıqlardan tam imtina etməsələr də, hər biri masaya daha güclü mövqedən oturmağa çalışır" - BƏHRUZ QULİYEV
"ABŞ ilə İran arasında son günlər baş verən qarşılıqlı hərbi əməliyyatlar göstərir ki, region yenidən təhlükəli mərhələyə qədəm qoyur. Bir tərəfdən diplomatik danışıqların davam etdirilməsi ilə bağlı mesajlar verilir, digər tərəfdən isə raket zərbələri, hərbi bazalara hücumlar və qarşılıqlı ultimatumla
08.07.2026 219 Azərbaycanda qeyri-adi təbiət hadisəsi - VİDEO
Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində güclü qum burulğanı müşahidə olunub. təbiət hadisəsinin görüntülərini təqdim edir:
08.07.2026 224 Finlandiya prezidenti Danimarkaya dəstəyini bir daha təsdiqlədi
Finlandiya Prezidenti Aleksandr Stubb Qrenlandiya ilə bağlı məsələlərin "yalnız Danimarka Krallığının əlində olduğunu" bir daha təsdiqləyib. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, o, NATO-nun bütöv qalmasının vacib olduğunu bildirib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]
08.07.2026 208