"Prezident-xalq-ordu birliyi, həmrəyliyi Böyük Qələbənin qazanılmasında müstəsna rol oynadı" - Ramin Şərifov

"Prezident-xalq-ordu birliyi, həmrəyliyi Böyük Qələbənin qazanılmasında müstəsna rol oynadı" - Ramin Şərifov"107-ci ildönümünü böyük qürur hissi ilə qeyd etdiyimiz Silahlı Qüvvələrimiz 44 günlük Vətən müharibəsində tək ərzi bütövlüyümüzü bərpa etmədi, həm də dünyaya əsil müharibə mədəniyyətini nümayiş etdirdi".

Bunu Sonxeber.az-a danışan Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) İdarə Heyətinin sədri Ramin Şərifov bildirib.

Ramin Şərifov qeyd edib ki, təməli 1918-ci il iyunun 26-da qoyulmuş Azərbaycanın Silahlı Qüvvələrinin formalaşdırılmasında və inkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub:

.
"Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra da dövlətçiliyin əsas sütunlarından biri kimi güclü və peşəkar ordu quruculuğunu qarşıya başlıca məqsəd kimi qoymuş və buna nail olub. Hələ ondan öncə bilirsiniz ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Azərbaycanda hərbi kadrlar hazırlayan və görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi lisey yaradılıb. Bundan başqa ümumilli lider Heydər Əliyev o dövrdə milli zabit kadrların hazırlanması üçün SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmaları üçün də bir çox işlər görüb. Heç kəsə sirr deyil ki, Azərbaycan Silahlı Qüvvələrin formalaşmasında Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetişdirdiyi milli zabit kadrlarımızın müstəsna rolu var.

Müstəqilliyimizin bərpasının ilk illərində nizamlı ordudan danışmaq mümkün deyildi. Müxtəlif hərbi dəstələr ayrı-ayrı qüvvələr tərəfindən idarə olunurdu. Bundan istifadə edən düşmənin torpaqlarımıza təcavüzü getdikcə daha geniş miqyas alırdı. Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir ağır vaxtda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev digər sahələrdə olduğu kimi, ordu quruculuğunda da mühüm addımları ilə yeni mərhələnin əsasını qoydu. 1994-cü il mayın 12-də atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir".

Ramin Şərifov söyləyib ki, Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən cənab prezident İlham Əliyevin ordu quruculuğu sahəsində atdığı addımlar və uzaqgörən siyasəti nəticəsində 44 günlük Vətən müharibəsindən Azərbaycan öz gücünə ərazi bütövlüyümüzü bərpa edərək dövlətimizin gücünü bütün dünyaya sübut etdi:

"Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində və bir günlük antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzü, suverenliyimizin tam bərpa etdi. Əlbəttə ki, Prezident-xalq-ordu birliyi, həmrəyliyi Böyük Qələbənin qazanılmasında müstəsna rol oynadı. Vətən müharibəsinin rəmzinə çevrilən "Dəmir yumruq" həm gücümüzün, həm də birliyimizin təcəssümüdür.

Bu gün Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda müasir hərbi-sənaye kompleksi də yaradılıb.Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Bu gün Azərbaycanın Şanlı Ordusu regionun və dünyanın ən güclü orduları sırasında özünə yer alıb. Ölkəmizin son illərdə dinamik inkişafı Silahlı Qüvvələrə ayrılan büdcə vəsaitinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması Prezident İlham Əliyevin ordu quruculuğu istiqamətində atdığı addımların tərkib hissəsidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 613   Tarix: 26 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiya ordusu Ukraynada bir kəndə nəzarəti təmin edib

Rusiya ordusu Ukraynada bir yaşayış məntəqəsini nəzarətə götürüb. -ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilib. Məlumata görə, Rusiya hərbiçiləri Donetsk vilayətinin Veseloye yaşayış məntəqəsinə tam nəzarəti təmin ediblər

11:00 173
.

Azərbaycan əhalisi əczaçılıq xərclərini 22 %-ə yaxın artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 212,9 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 21,

13:20 147
.

Vuçiç: Seçki siyahısında bir saatdan az vaxtda on minlərlə imza toplanıb

Serbiyada oktyabrın 25-nə təyin olunmuş növbədənkənar parlament seçkiləri üçün hakim koalisiyanın irəli sürdüyü "Aleksandar Vuçiç - Birləşmiş Serbiya" seçki siyahısına dəstək məqsədilə bir saatdan az müddətdə on minlərlə şəxs imza atıb. "Report"un Balkan bürosu xəbər verir ki, b

19:20 65
.

"Reform UK"ə rekord məbləğdə ianə edilib

Sağ populist Böyük Britaniya partiyası "Reform UK", BitMEX kriptovalyuta platformasının həmtəsisçisi Ben Delodan 36 milyon funt (təxminən 48,7 milyon dollar) məbləğində ianə alıb. "Report" Britaniya mediasına istinadən xəbər verir ki, bu, Birləşmiş Krallığın siyasi partiyasına edilə

15:20 144
.

"Çox güman ki, bunu onlar ediblər" - Trampdan İrana qarşı ittiham

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Səudiyyə Ərəbistanında yerləşən "Şərq-Qərb" neft kəmərinə edilən hücumda İranın əli ola bilər. xəbər verir ki, dövlət başçısı bu fikirləri media nümayəndələrinin suallarını cavablandırarkən səsləndirib. "Məncə, bu, onlardır. Çox güman ki, bun

19:00 99
.

Səudiyyə Ərəbistanına dron hücumuna görə İraqda hərbi komandir işdən çıxarılıb

İraq ərazisindən Səudiyyə Ərəbistanındakı obyektlərə edilən hücumlardan sonra İraqın Meysan əyalətindəki əməliyyatlar komandanı vəzifəsindən kənarlaşdırılıb. "Report" xəbər verir ki, bu barədə İraq Baş nazirinin Əli əl-Zaidinin ofisi məlumat yayıb. Qərar yuxarıda qeyd olunan insidentdən sonr

16:20 135
.

ABŞ İranın blokadası başlayandan bəri 100 gəminin marşrutunu dəyişdirib

ABŞ hərbçiləri İranın dəniz blokadası başlayandan bəri 100 ticarət gəmisinin marşrutunu dəyişdirib. "Report"un xəbərinə görə, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bu barədə "X" sosial şəbəkəsində məlumat yayıb. "ABŞ-nin İranın blokadasını yenidən tətbiq etməsində

12:30 156
.

"İttiham yox, sübut tələb olunur!" - David Seliverstov bu saytlarla bağlı məhkəməyə müraciət edir

Son günlər mənimlə bağlı müxtəlif media resurslarında yayılan məlumatlar və səsləndirilən fikirlərlə əlaqədar olaraq mövqeyimi ictimaiyyətin diqqətinə çatdırmağı zəruri hesab edirəm.Mən Azərbaycan Respublikasının övladıyam və yəhudiyəm. Mənim dünyagörüşümün formalaşmasında həm Azərbaycan dəyərlərinin

10:46 175
.

"Fars": ABŞ səhranın dərinliklərinə geri çəkilməyə məcbur qalıb

İran ordusu ABŞ və İsrailə qarşı 40 günlük müharibə zamanı Birləşmiş Ştatların regiondakı bazalarını atəşə tutub və nəticədə Amerika səhranın dərinliklərinə geri çəkilməyə məcbur olub. "Report" xəbər verir ki, bu barədə "Fars" agentliyində dərc olunan hesabatda bildirilib. "İranı

13:30 152
.