Marsda yaşamaq, həbsxana həyatından çox da fərqli olmayacaq

Marsda yaşamaq, həbsxana həyatından çox da fərqli olmayacaqMarsda qurulacaq koloniyalarda astronavtlar həm fiziki, həm də psixoloji baxımdan həbsxana şəraitində qarşılaşılan çətinliklərlə üz-üzə qala bilərlər. Bəs bu oxşarlıqlar necə bir həyat təcrübəsi yaradacaq?

BiG.AZ Qaynarinfo-ya istinadən xəbər verir ki, Marsda insan məskunlaşması, Günəş sistemindəki ən çətin mühitlərdən birinə daxil olmaq deməkdir. Lakin Qırmızı planetdəki həyat şərtlərini başa düşmək üçün çox da uzaqlara baxmağa ehtiyac yoxdur. Məşhur bir kosmos alimi Marsda yaradılacaq koloniyanın şərtlərinin həbsxana həyatı ilə çoxsaylı oxşarlıqlar daşıyacağını iddia edir.

Bristol Universitetindən kosmik sistemlər mühəndisi professor Lusi Berthud, həm məhkumların, həm də astronavtların qarşılaşdığı çətinliklərin bir-birinə bənzər olduğunu bildirir. Bu çətinliklər arasında "şəxsi məkanın azlığı, həddindən artıq sıxlıq, zəif qidalanma, lazımsız risklər, sərt rejimlər və məhdud gündəlik fəaliyyətlər" yer alır.

Astronavtlar, Yerdən 225 milyon kilometr uzaqlıqda, Marsda tamamilə təcrid olunmuş vəziyyətdə, həbsxanalarda cəza çəkən məhkumlardan daha dərin bir tənhalıq hissi yaşaya bilərlər. Ən əsas fərq isə, astronavtların bu missiyaya könüllü olaraq qatılmaları, məhkumların isə azadlıqlarının cəza olaraq məhdudlaşdırılmasıdır.

Marsda astronavtlar, resursların olduqca məhdud olduğu bir mühitdə, yaşamaq üçün dar və təhlükəli məkanlarda kiçik bir insan qrupu ilə birlikdə yaşamalı olacaqlar. Avropa standartlarına görə bir həbsxana kamerasında adambaşına düşən sahə təxminən 4 kvadratmetr olsa da, həddindən artıq sıxlıq səbəbindən bu sahə bir çox ölkədə daha da azalır. Marsdakı şərtlər isə daha da çətin ola bilər. NASA-nın "Apollo" missiyalarında, Ay səfərləri zamanı üç nəfərlik heyət üçün cəmi 6,2 kubmetrlik yaşayış sahəsi ayrılmışdı. Bu cür sıx mühitlər stresin artmasına və qarşıdurma risklərinin yüksəlməsinə səbəb ola bilər.

Təhlükələr və psixoloji çətinliklər

Marsda astronavtların qarşılaşacağı təhlükələr, həbsxanadakılarla psixoloji baxımdan bənzər təsirlər yarada bilər. Professor Berthud deyir:

"Yüksək riskli bir mühitdə yaşamaq, daimi bir təhdid hissini aktiv saxlayır və bu, uzun müddətdə psixoloji və fiziki təsirlərə səbəb ola bilər".

Astronavtlar fövqəladə vəziyyətlərlə başa çıxmaq üçün xüsusi seçilsələr də, uzunmüddətli missiyalar bu üstünlüyü aradan qaldıra bilər.

Gündəlik həyatın nizamı da bir-birinə bənzəyir. Həbsxanada məhkumlar yemək, yuxu, iş və istirahət kimi bütün fəaliyyətləri dəqiq şəkildə planlamalıdır. Eyni vəziyyət Marsdakı astronavtlar üçün də keçərlidir. Beynəlxalq Kosmik Stansiyada çalışan astronavtlar gündə 15 saat işləməli, 2 saat məcburi idmanla məşğul olmalı və yalnız 1 saat şəxsi vaxta sahib olmalıdırlar. Professor Berthud bu cür sərt proqramın astronavtlarda gərginlik yaradacağını və NASA-nın təlimatlarına qarşı çıxmalarına səbəb ola biləcəyini qeyd edir.

Qidalanma və yemək çətinlikləri

Qidalanma sahəsində də bənzər çətinliklər mövcuddur. Həbsxanalarda məhkumların rasionları məhdud büdcə ilə tənzimlənərkən, Marsdakı astronavtlar da təzə ərzaq çatışmazlığı və məhdud qida müxtəlifliyi ilə üzləşəcəklər. NASA Beynəlxalq Kosmik Stansiyada astronavtların yeməklərini dadlı hala gətirmək üçün çalışsa da, Marsdakı şəraitdə təzə məhsulların olmaması səbəbindən qidalanma daim narahatlıq doğura bilər.

Ən bariz oxşarlıqlardan biri isə izolasiya hissidir. Həbsxanadakı məhkumlar necə ki, xarici dünyadan tamamilə təcrid olunurlarsa, Marsdakı astronavtlar da eyni şəkildə cəmiyyətdən təcrid ediləcək və yalnız məhdud formada ünsiyyət qura biləcəklər. Professor Berthud Marsdakı izolasiya şəraitinin "sevdiklərindən çox uzaqda olma hissi" yaradacağını bildirir. Yerə ən qısa dönüşün belə altı ay çəkməsi bu tənhalıq hissini daha da dərinləşdirə bilər.

Həyat sahələrinin dizaynı fərqli ola bilər

Marsda həyat həbsxana təcrübəsinə bənzər bir reallıq təqdim etsə də, yaşayış məkanlarının dizaynında önəmli fərqliliklər mövcud olacaq. Mars bazaları, şəxsi məxfiliyi və müstəqilliyi maksimum səviyyədə qoruyaraq, monotonluğu pozacaq mənalı fəaliyyətlər təqdim edəcək şəkildə planlaşdırılmalıdır. Bu çətinliklərin öhdəsindən gəlmək yalnız Marsdakı həyat üçün deyil, eyni zamanda Yer üzündəki həbsxanaları daha yaşanabilir etmək üçün də bir model yarada bilər. Professor Berthud belə deyir: "Daha çox məkan, daha çox müstəqillik, daha çox fərdiləşdirmə və daha çox məqsəd hissi, stresli vəziyyətlərlə başa çıxmaqda hər kəsə kömək edə bilər."

Marsda insan həyatının gələcəyi təkcə texnologiya ilə deyil, psixoloji və sosial amillər nəzərə alınaraq formalaşacaq. Bu baxımdan, Marsda həyata dair araşdırmalar, Yer üzündəki həbsxanaların daha insani hala gətirilməsi üçün də əhəmiyyətli bir bələdçi ola bilər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 894   Tarix: 25 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ağdamın quruculuq, bərpa və inkişaf dövrü başlayıb

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, artıq üçüncü ildir ki, Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd edilir. Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Azərbaycanın Vətən müharibəsind

10:53 143
.

"Başı ağrıyırmış, hamama gedib..." - Yataqxanada tələbənin ölümünün təfərrüatı - VİDEO

Azərbaycan Tibb Universitetinin (ATU) yataqxanasında tələbə qızın ölümü ilə bağlı bəzi detallar məlum olub. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, tələbənin meyitini onunla birlikdə yaşayan bacısı aşkarlayıb. Yataqxanada qalan tələbələrdən biri hadisə barədə danışıb:. "Bir sayl

15.11.2026 478
.

Prezident İlham Əliyevin müraciəti milli medianın qarşısında duran strateji vəzifələri bir daha müəyyənləşdirir

Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının 70 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin televiziya və radio işçilərinə ünvanladığı müraciət milli informasiya məkanının keçdiyi inkişaf yoluna verilən yüksək qiymət olmaqla yanaşı, müasir dövrdə medianın dövlətçilik, milli kimlik v

11:20 127
.

Rəsmi Tehran: İran mövqeyindən yaxşı xəbərdar olan Rusiya və Çinlə sıx əlaqə saxlayır

"İran strateji tərəfdaşları olan və Tehranın mövqeyindən yaxşı xəbərdar olan Rusiya və Çinlə sıx əlaqə saxlayır". "Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib. "Biz həm Rusiya, həm də Çinlə sıx təmasdayıq. Çin və Rusiya bizim stratej

15.11.2026 236
.

Mənzillərin qiyməti ucuzlaşır

Çində daşınmaz əmlaka investisiyaların azalması fonunda mənzillərin qiyməti ucuzlaşıb. Bunu xarici mediaya istinadən bildirib. Çin Milli Statistika Bürosunun açıqladığı mənzil qiymətləri indeksinə əsasən, oktyabr ayında ölkənin iri və orta ölçülü 70 şəhərinin əksəriyyətində yeni və ikinci əl mənzilləri

12:37 54
.

Hökumət üzvləri parlamentdədir

Milli Məclisin növbəti plenar iclası keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, parlamentdə növbəti ilin büdcə zərfi müzakirə ediləcək. İclasda Baş nazir Əli Əsədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Sahil Babayev və hökumət üzvləri iştirak edirlər

10:59 149
.

Qədəşovun kürəkəninə 11 il həbs - "Atland" müsadirə edildi

"Təbriz" MTK-nın xüsusilə külli miqdarda dələduzluqda və başqa cinayətlərdə ittiham olunan rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsind

12:17 92
.

YAP Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır

Yeni Azərbaycan Partiyası hazırda ölkəmizdə olan bir çox partiyalar arasında istər siyasi fəaliyyəti baxımdan, istərsə də üzvlərinin sayına görə xüsusi ilə seçilir. Partiyanın yaranması 90-cı illərə təsadüf edir. Həmin dövr ölkəmizin siyasi-iqtisadi həyatında çətin vəziyyətlə yaddaşlarda qalıb. Bütü

12:49 0
.

Prezident: "Ümummilli liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur"

"Ümummilli lider Heydər Əliyevin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur. Onun rəhbərliyi və dəstəyi ilə milli televiziya və radio yayımının maddi-texniki bazasının möhkəmləndirilməsi, yaradıcı potensialının artırılması, milli-mənəvi dəyərlərimizi

15.11.2026 249
.