Əmək müqaviləsi olmadan işçilərin çalışdırılmasına ağır cəzalar nəzərdə tutulub
Əmək müqaviləsi ilə işləyən işçi həyat və sağlamlığının, əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmağı, bu şəraitin yaradılmasını tələb etmək hüququna malikdir. Müqavilə işçiyə qanunvericiliklə müəyyən edilmiş iş vaxtı müddətində işləmək, minimum əmək haqqından aşağı olmayan əmək haqqı almaq, iş vaxtından artıq işə cəlb olunduqda isə əlavə əmək haqqı almaq və ya onu tələb etmək hüququ verir. Eyni zamanda işçi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işlərdən imtina edə və belə işləri gördükdə əlavə əmək haqqı tələb edə bilər. Bundan əlavə, əmək müqaviləsi əsasında çalışan işçi peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq hüququ əldə edir.
Araşdırmalar göstərir ki, qeyri-rəsmi, əmək müqaviləsi olmadan işləyən şəxslər istirahət və məzuniyyət günlərindən məhrum edilərək fasiləsiz işlədilirlər. Əmək müqaviləsi ilə çalışan işçilər isə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş həftəlik istirahət günləri, minimum müddətdən az olmayan ödənişli əsas və əlavə məzuniyyətlər, sosial, ödənişli yaradıcılıq və təhsil, eləcə də ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən vəkil Rəşad Əliyev bildirib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işə cəlb edilməsi İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən inzibati məsuliyyət yaradır. Bu halda fiziki şəxslər 1000 manatdan 2000 manatadək, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək, hüquqi şəxslər isə 20 000 manatdan 25 000 manatadək cərimə edilirlər:
"Əmək müqaviləsi olmadan 10 və daha çox işçinin işə cəlb edilməsi artıq cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 162-1-ci maddəsinə əsasən, belə hallar 7000 manatdan 10 000 manatadək cərimə, iki ilədək islah işləri, iki ilədək azadlığın məhdudlaşdırılması və ya iki ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Bu əməl təkrar törədildikdə isə 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur".
Vəkil qeyd edib ki, əgər vergi ödəyicisi eyni əməlləri təkrar törədərsə, eyni qaydada cəzalandırma tətbiq olunur. Bununla yanaşı, Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsinə əsasən, şəxs əmək müqaviləsini bağladıqda, habelə ödənilməmiş vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını tam ödədikdə bir dəfəlik cinayət məsuliyyətindən azad edilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1303 Tarix: 23 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZelenski G20 sammitində Putinlə görüşməyi təklif edir
Ukrayna Prezidenti Volodimir Zelenski dekabrda Mayamidə keçirilməsi planlaşdırılan "Böyük İyirmilik" (G20) liderlərinin sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşməyi təklif edir. "Report" xəbər verir ki, bu barədə Prezident Zelenski DW-yə müsahibəsində bildirib
12.09.2026 370 Bəşər Əsədin qohumu Livanda saxlanılıb: Dəməşq onun ekstradisiyasını istəyir
Suriya rəhbərliyi Livandakı məhkəmə orqanlarına müraciət edərək, sabiq prezident Bəşər Əsədin əmisi oğlunun övladı, hazırda həbsdə olan Süleyman Hilal Əsədin ekstradisiyasını tələb edib. -ın "L'Orient-Le Jour" nəşrinə istinadən verdiyi məlumatına görə, o, sentyabrın 11-də Bekaa vadisind
17:10 0 Azərbaycanın kürü istehsalı təcrübəsi Türkiyədə öyrənilir
Azərbaycanın kürü istehsalı təcrübəsi Türkiyədə öyrənilir. Bu barədə "Report"un Türkiyə bürosuna ölkənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nəzdindəki Kənd Təsərrüfatı Tədqiqatları və Siyasətləri Baş İdarəsinin (TAGEM) Trabzon şəhərində yerləşən Mərkəzi Balıqçılıq Tədqiqat İnstitutunu
12.09.2026 343 Maaş, pensiya və sosial ödənişlərlə bağlı YENİ XƏBƏR
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. -a danışan iqtisadçı Xalid Kərimli deyib ki, büdcəyə yenidən baxılması ilə bağlı hər hansı qadağa yoxdur:. "Hökumə
00:07 429 Rektor Hacımüftüoğlu Qlazqoda Atatürk Universitetinin qlobal vizyonunu gücləndirdi
Atatürk Universitetinin rektoru Prof. Dr. Ahmet Hacımüftüoğlu Qlazqoda keçirilən EAIE Konfransında universitetin beynəlmiləlləşmə vizyonunu dünyaya çatdırdı. BİG.AZ xəbər verir ki, Atatürk Universiteti Ərzurumdan dünyaya uzanan akademik yolçuluğunu beynəlxalq platformalarda gücləndirməyə davam edir
12.09.2026 580 Azərbaycanda YENİ QAYDA - Bu şəxslərə 300 MANAT VERİLƏCƏK
Pambıqda damcı suvarmadan istifadə edən fermerlərə əlavə dəstək veriləcək. xəbər verir ki, pambıq üzrə məhsul subsidiyası istifadə olunan suvarma texnologiyasına uyğun olaraq diferensiallaşdırılıb. Belə ki, ənənəvi suvarmada hər ton pambığa görə 200 manat, sprinkler və pivot suvarmada 215 manat, damc
00:32 498 "Fars": ABŞ səhranın dərinliklərinə geri çəkilməyə məcbur qalıb
İran ordusu ABŞ və İsrailə qarşı 40 günlük müharibə zamanı Birləşmiş Ştatların regiondakı bazalarını atəşə tutub və nəticədə Amerika səhranın dərinliklərinə geri çəkilməyə məcbur olub. "Report" xəbər verir ki, bu barədə "Fars" agentliyində dərc olunan hesabatda bildirilib. "İranı
13:30 132 Əlaqələrin qurulmasından bir il sonra: Pakistan Ermənistana səfir göndərdi
Diplomatik əlaqələrin yaranmasından bir il keçdikdən sonra Pakistan Ermənistana özünün ilk səfirini təyin edib. -ın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, diplomatik nümayəndəliyin rəhbəri Şövkət Əli Xan prezident Vaaqn Xaçaturyan tərəfindən qəbul edilib və səfir etimadnaməsini dövlə
12.09.2026 364 Tramp Çin avtomobillərinin ABŞ-də istehsalına münasibət bildirib
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Çin müəssisələrinin ölkə ərazisində avtomobil istehsalı zavodları inşa etməsinə qarşı olmadığını vurğulayıb. xəbər verir ki, bu barədə dövlət başçısı "Fox News" televiziyasına verdiyi müsahibə zamanı danışıb. "Əgər Çin bura gələrə
16:10 71