Astarada qədim dövrə aid unikal memarlıq nümunəsi aşkar edilib
Astara rayonundakı Əlişa qalasında qədim dövrə aid unikal tikili aşkar edilib.
"Report"un Cənub bürosunun məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun ekpedisiyası heyəti Astara rayonunda işlərini davam etdirir.
Ekspedisiya qrupu 2025-ci il iyunun 2-dən etibarən, Alaşa kəndi ərazisində yerləşən Əlişa qalasında arxeoloji qazıntılar aparır. Ərazidə mühüm elmi əhəmiyyətə malik unikal memarlıq nümunəsi aşkarlanıb.
Ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Mikayıl Mustafayev media nümayəndələrinə bildirib ki, qazıntılar zamanı qədim dövrə aid, yoncavari (quatrefoil) formada inşa edilmiş daş hovuz kompleksi üzə çıxarılıb:
"Bu memarlıq forması Azərbaycanda ilk dəfə sənədləşdirilmiş su sistemi kimi qiymətləndirilir. Hovuz kompleksi Lotos çiçəyi formasında olub, diametri təxminən 1,5 metrdir. Kompleksə daimi su axınını təmin edən daş su arxları və döşəməsi daş plitələrlə örtülmüş əlavə tikililər də daxildir.
Əldə edilən saxsı materiallar və tikinti texnikasına əsasən, bu kompleksin eramızdan əvvəl I əsr-eramızın III əsri aralığında inşa edildiyi ehtimal olunur. Struktura bitişik divar qalıqları və ərazinin qaya relyefi bu hovuzun qala daxilində yerləşən ritual və ya ictimai təyinatlı su qurğusu olduğunu göstərir.
Bu tip hovuz forması indiyədək yalnız Yaxın Şərq, İran və Aralıq dənizi sivilizasiyalarında qeydə alınıb. Onun ilk dəfə olaraq Azərbaycan ərazisində aşkarlanması ölkənin qədim memarlıq və mədəniyyət tarixinin tədqiqi baxımından mühüm elmi yenilik hesab olunur".
Hazırda arxeoloji qazıntı işləri davam etdirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 414 Tarix: 21 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Axios": İsrail-Livan danışıqlarının növbəti raundu təxirə salınıb
Gələn həftə Romada keçirilməli olan İsrail və Livan arasında növbəti danışıqlar raundu təxirə salınıb. "Report" xəbər verir ki, bu barədə "Axios" portalının jurnalisti Barak Ravid məlumat yayıb. "İsrail və Livan arasında gələn həftə Romada planlaşdırılan növbəti danışıqlar raund
15:30 100 Diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb - FOTO
Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başa çatıb. BİG.AZ "Report"a istinadən bildirir ki, diplomatlar səfərin ikinci günündə Ağdərə rayonunun Vəngli kəndi yaxınlığında yerləşən Gəncəsər Monastır Kompleksini, daha sonr
12.09.2026 750 Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? - BƏLLİ OLDU
Elm və təhsil naziri Emin Əmrullayev deyib ki, Azərbaycanda üç adamdan ikisi oxuduğu mətni başa düşmür. Sitat: "Bu, regiona xas xüsusiyyətdir. Bəlkə də, sovet təhsil siteminin qalıqları ilə bağlıdır. Burada hələ görüləcək işlər çoxdur. Hər 3 nəfərdən ikisi Azərbaycanda minimal nəticə göstərib. Yən
12.09.2026 604 Metroda gediş haqqı artırılacaq? - RƏSMİ AÇIQLAMA
Avqustun 15-dən etibarən "Bakı Metropoliteni"nin "yaşıl" və "qırmızı" xətlərinin ayrılması ilə bağlı işlərə başlanılmasından sonra bir sıra stansiyalara gediş məhdudlaşdırılıb. İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bəzi metro stansiyalarında tətbiq edilən məhdudiyyətlə
00:24 430 Azərbaycanda YENİ QAYDA - Bu şəxslərə 300 MANAT VERİLƏCƏK
Pambıqda damcı suvarmadan istifadə edən fermerlərə əlavə dəstək veriləcək. xəbər verir ki, pambıq üzrə məhsul subsidiyası istifadə olunan suvarma texnologiyasına uyğun olaraq diferensiallaşdırılıb. Belə ki, ənənəvi suvarmada hər ton pambığa görə 200 manat, sprinkler və pivot suvarmada 215 manat, damc
00:32 498 Ötən gün axtarışda olan 114 nəfər saxlanılıb
Azərbaycanda sentyabrın 11-də axtarışda olduğuna görə ümumilikdə 114, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45
12.09.2026 362 Britaniya siyasi tarixində ianə rekordu - Sahibkardan partiyaya görünməmiş dəstək
Birləşmiş Krallığın "Reform UK" partiyası ölkənin siyasi tarixinə ən irihəcmli ianə kimi düşəcək 36 milyon funt sterlinq məbləğində maliyyə dəstəyi əldə edəcək. -ın məlumatına görə, bunu "The Telegraph" qəzeti dərc edib. Nəşrin xəbərinə əsasən, "Brexit" hərəkatının rəhbərlərində
15:10 97 Filippində baş verən yanğın zamanı ölənlərin sayı 76-ya çatıb
Filippinin Palavan əyalətində "MV June Aster" bərəsinin göyərtəsində baş verən yanğın nəticəsində ölənlərin sayı 76 nəfərə çatıb. "Report" Filippin mediasına istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizəsinin məlumatında deyilir. Məlumata görə, 13 nəfər itkin düşüb. Hadisə yerind
10:00 153 Azərbaycan əhalisi əczaçılıq xərclərini 22 %-ə yaxın artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 212,9 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 21,
13:20 130