Azərbaycanda imtahan nəticələrini dəyişdirmək mümkündür?

Azərbaycanda imtahan nəticələrini dəyişdirmək mümkündür?"Sosial şəbəkələrdə abituriyentlərə və imtahan verən tələbələrə "pul qarşılığında balınızı artırarıq" kimi vədlərlə edilən müraciətlər cəmiyyətin təhsil sisteminə olan etibarına birbaşa zərbə vurur. Bu cür çağırışlar və saxta vədlər ilk növbədə iki məsələni gündəmə gətirir: birincisi, ictimaiyyət arasında imtahan sisteminin güvənliyinə dair formalaşmış şübhə, ikincisi isə imtahan nəticələrinin manipulyasiya oluna bilməsi ilə bağlı texniki və ya institusional zəiflik ehtimalları".

Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.

O, qeyd edib ki, Dövlət İmtahan Mərkəzinin fəaliyyəti qanunvericiliklə ciddi şəkildə tənzimlənir və bu qurum "Təhsil haqqında" və "Dövlət qulluğu haqqında" qanunların 22-ci maddələrinə əsasən, mərkəzləşdirilmiş, şəffaf və obyektiv qiymətləndirmə aparmaqla məsuldur. DİM-in texniki bazası — optik oxuyucular, şifrələnmiş cavab kartları, avtomatlaşdırılmış nəticə sistemləri və xüsusi təhlükəsizlik protokolları ilə təchiz olunmuşdur. Bütün bu mexanizmlər texniki müdaxiləyə qarşı ciddi mühafizə sistemləri ilə qorunur və rəsmi statistikaya əsasən, son 5 ildə imtahan nəticələrinin saxtalaşdırılması və ya qeyri-qanuni dəyişdirilməsi ilə bağlı fakt qeydə alınmayıb:

"Buna baxmayaraq, bu tip saxta vədlərin sosial şəbəkələrdə yayılması göstərir ki, ictimai narahatlıq və texnoloji savadsızlıq bu fırıldaqçılara fürsət verir. Bu hallar daha çox insanların məlumatsızlığı, imtahan sisteminə dair psixoloji narahatlığı və uğursuzluq qorxusu üzərindən manipulyasiya olunur. DİM-in sisteminə kənardan müdaxilə etmək, və ya "bal artırmaq" real texniki baxımdan mümkün deyil — çünki nəticələr avtomatik sistemdə, kodlaşdırılmış şəkildə oxunur, serverlərə giriş yalnız səlahiyyətli şəxslərə məxsusdur və loqlar daim izlənilir.
Azərbaycanda imtahan nəticələrini dəyişdirmək mümkündür?Məsələnin daha dərinə getməsi üçün onu da qeyd etmək lazımdır ki, imtahan ballarının dəyişdirilməsi yalnız texniki baxımdan deyil, hüquqi baxımdan da ciddi cinayət məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələrinə əsasən, rəsmi sənədlərin saxtalaşdırılması və ya bu yolla hüquqların əldə olunması halları cinayət tərkibli əməl sayılır və azadlıqdan məhrumetmə ilə nəticələnə bilər. Bu səbəbdən belə vədlərə aldanan abituriyent və ailələr yalnız pullarını itirmir, həm də hüquqi məsuliyyətə cəlb olunma riski ilə üz-üzə qala bilərlər.

Müsbət tərəf ondan ibarətdir ki, DİM belə hallarla mübarizə üçün ictimai maarifləndirmə aparır, hər il imtahan öncəsi və sonrası sosial şəbəkələrdə saxta elanlara qarşı xəbərdarlıqlar yayır. DİM-in rəsmi kanalları, imtahan nəticələrinin şəffaf şəkildə elan olunması, apellyasiya mexanizmlərinin mövcudluğu və ictimai müşahidəçilərin iştirakı sistemi daha güvənli edir. Həmçinin, nəticələr yalnız rəsmi portalda və şəxsi identifikasiya nömrəsi ilə elan olunur, bu da kənar manipulyasiyanı istisna edir.

Dünya təcrübəsinə nəzər saldıqda isə analoji problemlərlə bir çox ölkələrdə də qarşılaşılır. Məsələn, Hindistanda və Pakistanda imtahan fırıldaqları səbəbilə hər il minlərlə şəxs saxlanılır, bir çox hallarda yüksək vəzifəli şəxslərin bu hallarda iştirakı aşkarlanır. ABŞ-da SAT və GRE kimi beynəlxalq test sistemlərində saxtakarlıq halları qeydə alındıqda dərhal hüquqi proses işə düşür və diplomlar, imtahan nəticələri ləğv olunur. Azərbaycanda isə hüquqi mexanizmlər olsa da, bu cür fırıldaq şəbəkələrinin ifşa olunması üçün hüquq-mühafizə orqanlarının və KİV-lərin aktiv iştirakı zəruridir.

Nəticə olaraq, "pul ver, balını artıraq" kimi təkliflər DİM-in və ümumiyyətlə təhsil sisteminin real texniki zəifliyinə deyil, psixoloji təzyiqlərin və maarifləndirmə boşluğunun istismarına əsaslanır. Təhsil sisteminin ictimai güvəni daha da artırması üçün bu cür fırıldaqçılıq hallarına qarşı inzibati və cinayət məsuliyyəti tədbirləri ilə yanaşı, valideynlər və abituriyentlər arasında maarifləndirmə gücləndirilməlidir. Gələcəyini zəhmətlə quran insan heç vaxt onu bir yalanın üstündə inşa etməməlidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 580   Tarix: 21 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Axios": İsrail-Livan danışıqlarının növbəti raundu təxirə salınıb

Gələn həftə Romada keçirilməli olan İsrail və Livan arasında növbəti danışıqlar raundu təxirə salınıb. "Report" xəbər verir ki, bu barədə "Axios" portalının jurnalisti Barak Ravid məlumat yayıb. "İsrail və Livan arasında gələn həftə Romada planlaşdırılan növbəti danışıqlar raund

15:30 100
.

Diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb - FOTO

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura iki günlük səfəri başa çatıb. BİG.AZ "Report"a istinadən bildirir ki, diplomatlar səfərin ikinci günündə Ağdərə rayonunun Vəngli kəndi yaxınlığında yerləşən Gəncəsər Monastır Kompleksini, daha sonr

12.09.2026 750
.

Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? - BƏLLİ OLDU

Elm və təhsil naziri Emin Əmrullayev deyib ki, Azərbaycanda üç adamdan ikisi oxuduğu mətni başa düşmür. Sitat: "Bu, regiona xas xüsusiyyətdir. Bəlkə də, sovet təhsil siteminin qalıqları ilə bağlıdır. Burada hələ görüləcək işlər çoxdur. Hər 3 nəfərdən ikisi Azərbaycanda minimal nəticə göstərib. Yən

12.09.2026 604
.

Metroda gediş haqqı artırılacaq? - RƏSMİ AÇIQLAMA

Avqustun 15-dən etibarən "Bakı Metropoliteni"nin "yaşıl" və "qırmızı" xətlərinin ayrılması ilə bağlı işlərə başlanılmasından sonra bir sıra stansiyalara gediş məhdudlaşdırılıb. İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bəzi metro stansiyalarında tətbiq edilən məhdudiyyətlə

00:24 430
.

Azərbaycanda YENİ QAYDA - Bu şəxslərə 300 MANAT VERİLƏCƏK

Pambıqda damcı suvarmadan istifadə edən fermerlərə əlavə dəstək veriləcək. xəbər verir ki, pambıq üzrə məhsul subsidiyası istifadə olunan suvarma texnologiyasına uyğun olaraq diferensiallaşdırılıb. Belə ki, ənənəvi suvarmada hər ton pambığa görə 200 manat, sprinkler və pivot suvarmada 215 manat, damc

00:32 498
.

Ötən gün axtarışda olan 114 nəfər saxlanılıb

Azərbaycanda sentyabrın 11-də axtarışda olduğuna görə ümumilikdə 114, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45

12.09.2026 362
.

Britaniya siyasi tarixində ianə rekordu - Sahibkardan partiyaya görünməmiş dəstək

Birləşmiş Krallığın "Reform UK" partiyası ölkənin siyasi tarixinə ən irihəcmli ianə kimi düşəcək 36 milyon funt sterlinq məbləğində maliyyə dəstəyi əldə edəcək. -ın məlumatına görə, bunu "The Telegraph" qəzeti dərc edib. Nəşrin xəbərinə əsasən, "Brexit" hərəkatının rəhbərlərində

15:10 97
.

Filippində baş verən yanğın zamanı ölənlərin sayı 76-ya çatıb

Filippinin Palavan əyalətində "MV June Aster" bərəsinin göyərtəsində baş verən yanğın nəticəsində ölənlərin sayı 76 nəfərə çatıb. "Report" Filippin mediasına istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizəsinin məlumatında deyilir. Məlumata görə, 13 nəfər itkin düşüb. Hadisə yerind

10:00 153
.

Azərbaycan əhalisi əczaçılıq xərclərini 22 %-ə yaxın artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 212,9 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 21,

13:20 130
.