"Bakcell"in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində
İnnovasiya və sürət lideri "Bakcell"in rebrendinq hekayəsi dünya şöhrətli marketinq nəzəriyyəçisi Filip Kotlerin "Müasir Marketinqin Əsasları" (Essentials of Modern Marketing) kitabında yer alacaq. Dünya və Azərbaycan oxucularına təqdim olunacaq tanınmış nəşrdə "Bakcell"in həyata keçirdiyi ölkəmiqyaslı rebrendinq və onun şirkətin inkişaf dinamikasına təsiri ətraflı şəkildə təqdim olunacaq.
Qeyd edək ki, "Bakcell" rebrendinqdən sonra innovasiya və süni intellekt yanaşmasına əsaslanan yeni brend mövqelənməsi ilə bazarda fərqlənməyə nail olub. Şirkət bu strategiya çərçivəsində süni intellekt həllərini məhsul inkişafı, strateji tərəfdaşlıqlar, kommunikasiya, müştəri əlaqələri sahələrinə inteqrasiya edərək, bir sıra məhsul və xidmətlər təqdim edib və bu istiqamətdə fəaliyyətini davam etdirir. Bu innovativ məhsul və xidmətlər arasında "Bakcell Fiber", "VoWiFi", "Tarif məsləhətçisi", "Star tarifləri", "Birinci tariff" və UBER ilə tərəfdaşlıq yer alır.
Xatırladaq ki, strateji yanaşması ilə vizual təqdimat arasında güclü əlaqə qurmaq bacarığına görə "Bakcell", "Baku Flames Festivalı" çərçivəsində "Ən uğurlu rebrendinq layihəsi" nominasiyası üzrə mükafata layiq görülüb. Beləliklə, ölkəmiqyaslı rebrendinq şirkətin biznes nəticələrinə, brend dəyərinin artmasına və bazar mövqeyinin güclənməsinə olduqca müsbət təsir edib.
"Bakcell"in bu nəşrdə yer alması, Azərbaycanın telekommunikasiya sahəsində innovasiya və rəqəmsal transformasiya istiqamətində nailiyyətlərinin beynəlxalq səviyyədə tanıdılmasına töhfə verəcək.
Filip Kotler haqqında
Müasir marketinqin atası və 80-dən çox kitabın müəllifi olan Filip Kotler, marketinq sahəsində inqilabi nəzəriyyələr yaradaraq, dünya miqyasında biznesin inkişafına təsir göstərib. O, marketinqi psixologiya və iqtisadiyyatla birləşdirərək, müasir marketinqin elmi əsaslarını formalaşdırıb.
Ən məşhur əsərlərindən biri olan "Marketing Management" kitabı dünya universitetlərində marketinq dərsliklərinin əsas qaynağı kimi istifadə olunur. Onun nəzəriyyələri şirkətlərin müştəriyönümlü strategiyalar qurmasına və qlobal bazarlarda rəqabət üstünlüyü əldə etməsinə imkan yaradır.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 408 Tarix: 21 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHökumət üzvləri parlamentdədir
Milli Məclisin növbəti plenar iclası keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, parlamentdə növbəti ilin büdcə zərfi müzakirə ediləcək. İclasda Baş nazir Əli Əsədov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Sahil Babayev və hökumət üzvləri iştirak edirlər
10:59 149 Böyük Qələbə tarixi ədaləti bərpa etdi
1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal etmişdir. İşğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayonlardan biri sayılırdı. Ermənistan Silahlı Qüvvələri 2020-ci il sentyabrın 27-də yenidən Azərbaycana qarş
11:50 121 Prezident İlham Əliyevin müraciəti milli medianın qarşısında duran strateji vəzifələri bir daha müəyyənləşdirir
Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının 70 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin televiziya və radio işçilərinə ünvanladığı müraciət milli informasiya məkanının keçdiyi inkişaf yoluna verilən yüksək qiymət olmaqla yanaşı, müasir dövrdə medianın dövlətçilik, milli kimlik v
11:20 127 Milli teleradio məkanının strateji əhəmiyyəti: dövlətçilik, milli kimlik və informasiya təhlükəsizliyi
Azərbaycan Prezidenti İlham Əliyevin radio və televiziya sahəsi ilə bağlı müraciəti ölkənin informasiya məkanının bugünkü vəziyyətinə, milli medianın cəmiyyət həyatındakı roluna və gələcək inkişaf istiqamətlərinə yenidən nəzər salmaq baxımından mühüm əhəmiyyət daşıyır. Bu müraciətin mahiyyətində yalnı
11:05 139 Milli informasiya siyasətinin strateji hədəfləri və Azərbaycan dövlətçiliyinin ideoloji dayaqları
Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının 70 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin televiziya və radio işçilərinə ünvanladığı müraciət ölkəmizin informasiya tarixinin mühüm mərhələlərinə nəzər salmaqla yanaşı, milli medianın müasir dövrdə daşıdığı missiyanı və qarşısında dura
11:06 160 YAP Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır
Yeni Azərbaycan Partiyası hazırda ölkəmizdə olan bir çox partiyalar arasında istər siyasi fəaliyyəti baxımdan, istərsə də üzvlərinin sayına görə xüsusi ilə seçilir. Partiyanın yaranması 90-cı illərə təsadüf edir. Həmin dövr ölkəmizin siyasi-iqtisadi həyatında çətin vəziyyətlə yaddaşlarda qalıb. Bütü
12:49 0 10° şaxta olacaq
Noyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı
13:01 0 Prezident İlham Əliyevin müraciəti: Milli medianın gücü Azərbaycanın dövlətçilik maraqlarına xidmət etməlidir
Azərbaycanın milli informasiya məkanının inkişafı, dövlətçilik ənənələrinin qorunması və milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi baxımından radio və televiziya hər zaman mühüm missiya daşıyıb. Prezident İlham Əliyevin Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının 70 illik yubiley
11:01 142 ABŞ aviasiyasında xaosa səbəb olan nasazlığın təfərrüatı açıqlandı
ABŞ-də yüzminlərlə sərnişinin səfərinə təsir edən kütləvi aviasiya sistemləri nasazlığı Federal Aviasiya Administrasiyasının (FAA) köhnəlmiş telekommunikasiya şəbəkəsinin həddindən artıq yüklənməsi nəticəsində baş verib. Buna Arkanzas və Texas ştatlarında yerləşən radar obyektlərindəki marşrutlaşdırıcıla
15.11.2026 261