"Azərbaycanla sülh müqaviləsini imzalamayana qədər Türkiyə-Ermənistan münasibətləri imitasiya xarakterli təmaslardan o yana keçə bilməz"
Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyəyə işgüzar səfər edib. Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində xarici işlər naziri Ararat Mirzoyan, XİN başçısının müavini Vahan Kostanyan, Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi, parlament sədrinin müavini Ruben Rubinyan var.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov BiG.AZ-a bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri zahirən dialoq mühiti üçün effektiv siqnal kimi görünsə də, İrəvan cari təcavüzkar ritorikadan əl çəkmədən hər hansı ciddi perspektiv vəd edə bilməz:
"Məlumdur ki, Ermənistan və Türkiyə liderləri arasında daha öncə də görüşlər baş tutmuş, hətta 2008 və 2009-cu illərdə o zamankı dövlət başçıları Türkiyəyə və Ermənistana qarşılıqlı səfərlər etmişdi. Hətta İsveçrənin təşəbbüskarlığı altında Sürixdə Türkiyə-Ermənistan protokolları da imzalanmışdı. Lakin sonrakı dövrdə geosiyasi proseslərin gedişatı göstərdi ki, Türkiyə və Ermənistan arasında münasibətlərin hazırkı dalandan çıxması üçün birmənalı şəkildə məhz Türkiyənin maraqlarının ehtiva olunduğu status-kvo təmin olunmalıdır. Türkiyənin ilk gündən şərtləri kifayət qədər sadə olub, Ermənistan Azərbaycanla münasibətləri yoluna qoymalı və Türkiyənin özü də daxil olmaqla, qonşularına münasibətdə ərazi iddialarından əl çəkməlidir. Bildiyiniz kimi, Ermənistanın qüvvədə olan konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları əksini tapıb. Belə ki, gerbin təsvirində Ermənistanın ayrılmaz parçası kimi Ararat dağına istinad edilməsi hazırda Türkiyənin beynəlxalq hüquqla tanınan ərazisi olan Ağrı dağına iddiadır. Bundan başqa, Ermənistan Türkiyəyə qarşı soyqırım iddiaları ilə çıxış edərək bu ölkənin qlobal miqyasda nüfuzuna zərbə vurmaqla məşğuldur. Ermənistan-Türkiyə münasibətlərində daha bir əngəl hesab edilən Ermənistanın Azərbaycana qarşı təcavüz və işğal siyasətinə gəlincə, işğala və təcavüzə Azərbaycanın öz hərbi-siyasi gücü hesabına son qoyulsa da, Ermənistan qanunvericiliyində Azərbaycana münasibətdə ərazi iddialarının hələ də qüvvədə olması, eyni zamanda Ermənistanda revanşist ideologiyanın həm hakimiyyətdə, həm müxalifətdə, eləcə də vətəndaş cəmiyyəti institutlarında hakim mövqe tutması ümidverici heç nə vəd etmir. Əlbəttə, dialoq özlüyündə müsbət meyardır, lakin Ermənistan istər qanunvericilik, istərsə də özünün təməl siyasi ideologiyasında təcavüzkar niyyətlərindən əl çəkmədikcə, o cümlədən Azərbaycanla yekun sülh müqaviləsini imzalamayana qədər Türkiyə-Ermənistan münasibətləri yalnız və yalnız imitasiya xarakterli təmaslardan o yana keçə bilməz".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 683 Tarix: 20 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRusiya Litvanı nüvə silahının hədəfinə çevirə bilər - Peskov
Nüvə silahlarının Litva ərazisində yerləşdirilməsi gərginliyin yeni mərhələsinə gətirib çıxaracaq. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, belə silahların Qərbə deyil, şərqə, yəni Rusiyaya yönəldiləcəyi aydındır. "Əgər ərazidə bizə qarşı yönəlmiş nüv
11.09.2026 246 Putin Hindistanda : 3 günlük səfər başlayıb - AÇIQLAMA
Rusiya Prezidenti Vladimir Putinin Hindistana üçgünlük səfəri başlayıb. Səfər çərçivəsində Rusiya və Hindistan arasında siyasi, iqtisadi və enerji əməkdaşlığının eləcə də, beynəlxalq gündəmin əsas məsələlərinin müzakirəsi gözlənilir. Mövzu ilə bağlı -a açıqlama verən siyasi şərhçi Mərahim Nəsibov Putini
11.09.2026 261 Şəfiqə Məmmədova kimdir? - Burla xatun, Gülya, Cəbiş müəllimin arvadı...
Xəbər verdiyimiz kimi, Xalq artisti Şəfiqə Məmmədova bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilib. Şəfiqə Məmmədovanın qısa bioqrafiyasını təqdim edir:. Şəfiqə Məmmədova nə vaxt və harada anadan olub?. Şəfiqə Məmmədova 1945-ci ilin 30 mart tarixində Dərbənd şəhərində anadan olub. Şəfiq
11.09.2026 275 Xarici diplomatlar Gəncəsər monastır kompleksini ziyarət ediblər - VİDEO
Azərbaycanda akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Ağdərə rayonunun Vəng kəndinə gəlib və Gəncəsər monastır kompleksini ziyarət ediblər. xəbər verir ki, Gəncəsər monastır kompleksi - erməni vandalizminin qurbanı olan abidələrimizdən biridir
13:05 344 Serbiya Prezidenti istefa verəcəyi günü açıqladı
Serbiya Prezidenti Aleksandr Vuçiç sentyabrın 25-26-da vəzifəsindən istefa verəcəyini açıqlayıb. xəbər verir ki, o, bunu mətbuat konfransında N1 televiziyasının sualını cavablandırarkən deyib. "Nyu-Yorkdan qayıtdıqdan dərhal sonra istefa verəcəyəm. Bu, 25 və ya 26 sentyabr olacaq, vəssalam"
11:58 126 Diplomatlar Yuxarı Gövhər Ağa məscidini, Qarabağ küçəsini və "Sadıqcanın evi"ni ziyarət ediblər - FOTO - VİDEO
Qarabağa və Şərqi Zəngəzura səfər edən diplomatik korpus nümayəndələri Şuşa şəhərindəki Yuxarı Gövhər Ağa məscidində olublar. "Report"a istinadən xəbər verir ki, qonaqlara memarlıq abidəsi və onun tarixi barədə məlumat verilib. Müsəlman ölkələrindən olan diplomatlar məsciddə namaz qılıblar
11.09.2026 471 "Növbəti illərdə Xankəndi, Ağdam, Qubadlı, Kəlbəcər və digər məskənlərə on minlərlə sakinin köçürülməsi planlaşdırılır" - BƏHRUZ MƏHƏRRƏMOV
"Diplomatik korpus nümayəndələrinin Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin müşayiəti ilə Qarabağ və Şərqi Zəngəzura reallaşdırdığı səfər regionda həyata keçirilən bərpa və yenidənqurma prosesinin həm daxili iqtisadi dinamika, həm də beynəlxalq diplomatiya baxımından mühüm bir mərhələy
11.09.2026 375 Hikmət Hacıyev həmin kitabı vərəqləyərək erməni saxtakarlığını ifşa etdi - Video
Xəbər verdiyimiz kimi, diplomatik korpusun nümayəndələri Qarabağa səfərlərinin ikinci günündə Azərbaycaycanın Ağdərə rayonunda yerləşən erməni vandalizminə məruz qalmış, Qafqaz Albaniyasının dini və mədəni mərkəzlərindən biri Gəncəsər Monastır Kompleksinə baxış keçiriblər. "Qafqazinfo" xəbə
14:52 0 II Ramzesin 6,7 metrlik heykəlinin çatışmayan hissəsi 94 ildən sonra tapıldı
Təxminən bir əsr ayrı vəziyyətdə qalan firon II Ramzesin heykəli yenidən birləşdirilərək Misirdə əvvəlki yerində quraşdırılıb. Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Galaxy" yazıb. Məlumata görə, heykəlin aşağı hissəsi 1930-cu ildə, yuxarı hissəsi isə yalnız 2024-cü ildə tapılıb. Təxminə
14:13 56