Anar Mədəniyyət Nazirliyini tənqid etdi, RİH seli günahkar çıxardı
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev Mədəniyyət Nazirliyini tənqid edib. Xalq Yazıçısı bildirib ki, Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyi və Cəfər Cabbarlının ev-muzeyi pis vəziyyətdədir. Bununla bağlı sədr dəfələrlə Mədəniyyət Nazirliyi qarşısında məsələ qaldırıb, amma:
"Məktub yazmışam, nəticəsi olmayıb. Hətta Cəfər Cabbarlının ev-muzeyinə gedib yerində baxmışam. Bu, Mədəniyyət Nazirliyinin işidir. Bu vəziyyət mənə də xoş deyil".
Anar bu məsələnin həllində yerli bələdiyyələr, icra hakimiyyətlərinin də təşəbbüs göstərə biləcəklərini vurğulayıb.
Məsələ ilə bağlı Xızı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Ceyhun İsgəndərov Qaynarinfo-ya açıqlamasında bildirib ki, Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyinə aprel ayında gələn sel nəticəsində ziyan dəyib:
"Bura iki dəfə sel gəldi. Biri neçə il əvvəl. İkincisi isə aprel ayında gəldi, hər ikisində muzey böyük zərər gördü. Təkcə zərər görən bu muzey olmayıb, rayon üzrə inzibati binaların da sayı çoxdur. Biz bununla bağlı Mədəniyyət Nazirliyi və Nazirlər Kabinetinə kimi yazılı məlumat verdik. Gəlib baxdılar və qiymətləndirmə aparıldı. Biz prosesin necə tənzimləşəcəyini bilmirik, ev-muzeyi balans, invertarlaşma olaraq Mədəniyyət Nazirliyinin tabeliyindədir. Burada əsaslı iş görülməlidir və eyni zamanda Mədəniyyət Nazirliyi tərəfindən aparılmalıdır. Biz üzərimizə düşən işi etmişik".
Ceyhun İsgəndərov Cəfər Cabbarlının ev-muzeyinin sellə bir əlaqəsi olmadığını diqqətə çatdırıb:
"Nazirin özü də muzeydə olub. Həmin vaxt təmir məsələsi gündəmə gəldi. Hətta müəyyən qədər təmir işləri aparılıb. Mütəxəssislər baxıb rəy verməlidir ki, muzeyin əsaslı təmirə ehtiyacı var, yoxsa sökülüb yenidən tikilməlidir. Bunu biz deyə bilmərik, son qərar mütəxəssislərindir".
Məsələ ilə əlaqədar Mədəniyyət Nazirliyinə də sorğu göndərmişik. Hələlik nazirliyin məsələyə münasibəti redaksiyaya tədqim olunmayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2120 Tarix: 20 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYeni Klinikada ilk dəfə mexaniki trombektomiya uğurla icra edilib
Yeni Klinikada kəskin işemik insultun müalicəsində mexaniki trombektomiya ilk dəfə uğurla icra edilib. 1950-ci il təvəllüdlü qadın pasiyent kəskin nevroloji əlamətlərlə xəstəxanaya müraciət edib. Pasiyentin vəziyyəti insultun ağırlığını qiymətləndirən NIHSS (National Institutes of Health Stroke Scale
11.09.2026 277 "Bizdə oriental oynaya bilmirlər, bədənləri silikonla doludur"
Əməkdar artist Elza Seyidcahan oriental rəqsi tənqid edənlərə cavab verib. Axşam.az xəbər verir ki, müğənni bu haqda "Günorta efirdəyik" proqramında danışıb. O bildirib ki, Azərbaycanda bu rəqsi bacaran yoxdur:. "Rəqs deyəndə mənim üçün oriyentaldır. Oriental eyib deyil ki. Arif Məliko
13:45 103 Pensiyalarla bağlı ŞAD XƏBƏR: Nə qədər artım olacaq? - Nazirlikdən AÇIQLAMA
İqtisadçı Natiq Cəfərli -a müsahibəsində deyib ki, mövcud qanunvericiliyə əsasən, yanvar ayında pensiya və maaşlarda artım gözlənilir. O, artımın 8-10 faiz civarında ola biləcəyini qeyd edib və pensiya sistemində dəyişikliklərə ehtiyac olduğunu vurğulayıb. 2027-ci il yanvarın 1-dən pensiyaların indeksləşdirilməs
14:14 67 Şəfiqə Məmmədova kimdir? - Burla xatun, Gülya, Cəbiş müəllimin arvadı...
Xəbər verdiyimiz kimi, Xalq artisti Şəfiqə Məmmədova bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilib. Şəfiqə Məmmədovanın qısa bioqrafiyasını təqdim edir:. Şəfiqə Məmmədova nə vaxt və harada anadan olub?. Şəfiqə Məmmədova 1945-ci ilin 30 mart tarixində Dərbənd şəhərində anadan olub. Şəfiq
11.09.2026 275 "Növbəti illərdə Xankəndi, Ağdam, Qubadlı, Kəlbəcər və digər məskənlərə on minlərlə sakinin köçürülməsi planlaşdırılır" - BƏHRUZ MƏHƏRRƏMOV
"Diplomatik korpus nümayəndələrinin Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin müşayiəti ilə Qarabağ və Şərqi Zəngəzura reallaşdırdığı səfər regionda həyata keçirilən bərpa və yenidənqurma prosesinin həm daxili iqtisadi dinamika, həm də beynəlxalq diplomatiya baxımından mühüm bir mərhələy
11.09.2026 375 Dünya sürətlənib: Saatlardan ilk dəfə bir saniyə çıxarıla bilər
Atom saatlarının göstərdiyi vaxtla Yerin fırlanması arasındakı kiçik fərqlər illərdir "artıq saniyə" adlanan düzəlişlərlə aradan qaldırılır. Lakin planetin son illərdə gözlənilmədən sürətlənməsi bu dəfə saata bir saniyə əlavə etmək əvəzinə bir saniyənin çıxarılmasını tələb edə biləcək yen
11.09.2026 252 77 yaşlı Alla Puqaçova həyatında ilk dəfə İstanbula gedib
Məşhur cütlük Maksim Qalkin və Alla Puqaçova Türkiyənin ən böyük şəhərinə işgüzar səfərə gediblər. xarici mediaya istinadən xəbər verir ki, primadonna səfərindən bir anını "Instagram" səhifəsində paylaşıb. Kadrlarda onların otel otağında İstanbula heyranlıqla baxdıqları görünür. Qalkin 77 yaşl
11.09.2026 301 Hikmət Hacıyevin 600-dən çox bal yığan tələbələrlə söhbəti - Video
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndiyə səfəri çərçivəsində Qarabağ Universitetinin tələbələri ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, o, universitetin Hüquq fakültəsinə 600-dən yuxarı bal toplayara
11.09.2026 312 Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Prezident İlham Əliyev "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. APA xəbər verir ki, Sərəncama əsasən "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətini
11.09.2026 226