Dünyanı heyrətə gətirən Azərbaycan–Türkiyə qardaşlığı

Dünyanı heyrətə gətirən Azərbaycan–Türkiyə qardaşlığıAzərbaycan ilə Türkiyə arasında formalaşmış strateji ittifaq təkcə iki ölkənin rəsmi münasibətləri çərçivəsində qalmır. Bu münasibətlərin təməlində dərin tarixi köklər, ortaq dil, mədəniyyət və mənəvi dəyərlər dayanır. "Bir millət, iki dövlət" prinsipi artıq sadəcə şüar deyil, real siyasət və əməli əməkdaşlıq modeli kimi çıxış edir.
Dövlət başçıları – Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan beynəlxalq arenada ortaq mövqe nümayiş etdirir, çoxtərəfli platformalarda bir-birini dəstəkləyir. Bu həmrəylik Cənubi Qafqazda və daha geniş geosiyasi müstəvidə yeni reallıqlar yaradır.
Qarabağ zəfəri zamanı Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək bu qardaşlığın canlı təzahürü oldu. Əvəzində, Azərbaycan da müxtəlif regional təşəbbüslərdə – o cümlədən, enerji və nəqliyyat layihələrində – Türkiyənin maraqlarını nəzərə alaraq bu münasibətləri daha yüksək səviyyəyə qaldırdı.
2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi ilə bu qardaşlıq rəsmi olaraq strateji müttəfiqlik səviyyəsinə yüksəldi. Hərbi əməkdaşlıq, ortaq təlimlər, müdafiə sənayesində birgə layihələr, təcrübə mübadiləsi – bütün bunlar Azərbaycan-Türkiyə münasibətlərinin dərinliyini göstərən faktorlardır. Bundan başqa, Bakı-Tbilisi-Ceyhan neft kəməri, TANAP (Trans-Anadolu qaz kəməri) və Bakı-Tbilisi-Qars dəmir yolu kimi regional və beynəlxalq əhəmiyyətə malik layihələr iki ölkənin qarşılıqlı güvənə əsaslanan əməkdaşlığını əyani şəkildə ortaya qoyur. Hal-hazırda gündəmdə olan Zəngəzur dəhlizi layihəsi də bu istiqamətdə mühüm addım hesab olunur. Eyni zamanda, Türkiyə də Azərbaycanın beynəlxalq aləmdə suverenliyi və ərazi bütövlüyünü ardıcıl olaraq müdafiə edir. BMT, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı kimi nüfuzlu beynəlxalq platformalarda Azərbaycanın maraqlarını qorumaq üçün fəal mövqe tutur. Bu da onu göstərir ki, Azərbaycan–Türkiyə münasibətləri klassik diplomatik əlaqələrdən fərqlənir. Bu münasibətlər milli kimliyin, tarixi ortaq dəyərlərin və ortaq gələcəyə olan inamın vəhdətidir. Qlobal qeyri-müəyyənliklərin artdığı dövrdə belə bir model dünya üçün alternativ və nümunəvi bir əməkdaşlıq formasıdır.
Bu, keçmişə bağlılıq deyil, gələcək üçün ortaq strategiyadır. Azərbaycan–Türkiyə qardaşlığı bu gün artıq regional deyil, qlobal səviyyədə nüfuz sahibi olan bir birliyin nümunəsidir. Bu birlik Qafqaz regionunda sülh və sabitliyin təminatçısı, iqtisadi və siyasi inteqrasiyanın aparıcı qüvvəsi kimi çıxış edir. Əməkdaşlıq yeni sahələri əhatə etməklə daha da genişlənir və gələcəyə inamla irəliləyir.
Təsadüfi deyil ki, baş vermiş dağıdıcı zəlzələ zamanı Azərbaycan bütün resursları ilə Türkiyənin yanında oldu. Xilasetmə işlərində fəallıq nümayiş etdirdi, qardaş ölkəyə yardımını əsirgəmədi. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin inşasına start verildi. Ümumilikdə tikintiyə 100 milyon ABŞ dolları vəsait ayrıldı və 27,6 hektarlıq ərazini əhatə edən məhəllədə 1194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial obyektlər inşa olundu.
Kahramanmaraşda salınan "Azərbaycan məhəlləsi" bu qardaşlığın real təcəssümünə çevrildi. Bu, təkcə yardım deyil, həm də həmrəyliyin, psixoloji dəstəyin və mənəvi yaxınlığın rəmzi idi. Yeni məhəllənin açılışında liderlərin iştirakı Türk dünyası adına son dərəcə qürurverici hadisə oldu və yaddaşlarda silinməz izlər buraxdı.
İyunun 19-da Kahramanmaraş şəhərində "Azərbaycan" məhəlləsinin açılış mərasimində Prezident İlham Əliyev çıxışında bildirib ki, Azərbaycan xalqı bu faciəni öz faciəsi kimi qəbul etdi. Qeyd etdi ki, 2023-cü il fevralın 6-da baş verən zəlzələ minlərlə insanın həyatına son qoydu. Bu faciə hamı kimi Azərbaycan xalqını da sarsıtdı. Qardaş xalqın dar günündə onun səsinə ilk səs verən Azərbaycan oldu. "İlk gündən qardaşlıq borcunu yerinə yetirmək üçün on minlərlə azərbaycanlı Bakıda, Azərbaycanın müxtəlif şəhərlərində humanitar yardım göstərmək üçün məntəqələrə gəlib öz qardaşlıq yardımını göstərməyə başlamışdır", - deyə dövlətimizin başçısı qeyd edib.
Vurğulanıb ki, Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub. Dövlətimizin başçısı öz çıxışında bildirib: "Bu gün Azərbaycan məhəlləsinin açılışında əziz qardaşımla birlikdə iştirakım bir daha bizim birliyimizin, dostluğumuzun təzahürüdür".
Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin açılışı "Ümid" qardaşlıq körpüsünün davamı kimi tarixə həkk olundu. "Ümid" bir millətin iki dövlətini birləşdirdi, gələcək birgə fəaliyyətin fundamental əsaslarını yaratdı, Kahramanmaraşda "Azərbaycan" məhəlləsində isə bir millətin iki lideri qardaşlıq manifestini yazdılar. Yeni salınan Azərbaycan məhəlləsi sadəcə zəlzələ fəsadlarının ortadan qaldırılması üçün bir dost yardımı deyildi. Bu həm də iki dövlət arasında sarsılmaz qardaşlığın canlı örnəyi, yıxılmaz bir tarixi abidədir. 100 il öncə Türkiyənin istiqlal savaşında Maraşın müdafiəsində qəhrəmanlıq göstərən azərbaycanlılar və bu gün Azərbaycan dövlətinin bu şəhərdə qoyduğu iz bu qardaşlığın əbədi və sarsılmaz olduğunu bir daha təsdiq etdi.

Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 605   Tarix: 20 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiya Litvanı nüvə silahının hədəfinə çevirə bilər - Peskov

Nüvə silahlarının Litva ərazisində yerləşdirilməsi gərginliyin yeni mərhələsinə gətirib çıxaracaq. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, belə silahların Qərbə deyil, şərqə, yəni Rusiyaya yönəldiləcəyi aydındır. "Əgər ərazidə bizə qarşı yönəlmiş nüv

11.09.2026 246
.

Putin Hindistanda : 3 günlük səfər başlayıb - AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putinin Hindistana üçgünlük səfəri başlayıb. Səfər çərçivəsində Rusiya və Hindistan arasında siyasi, iqtisadi və enerji əməkdaşlığının eləcə də, beynəlxalq gündəmin əsas məsələlərinin müzakirəsi gözlənilir. Mövzu ilə bağlı -a açıqlama verən siyasi şərhçi Mərahim Nəsibov Putini

11.09.2026 261
.

Şəfiqə Məmmədova kimdir? - Burla xatun, Gülya, Cəbiş müəllimin arvadı...

Xəbər verdiyimiz kimi, Xalq artisti Şəfiqə Məmmədova bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilib. Şəfiqə Məmmədovanın qısa bioqrafiyasını təqdim edir:. Şəfiqə Məmmədova nə vaxt və harada anadan olub?. Şəfiqə Məmmədova 1945-ci ilin 30 mart tarixində Dərbənd şəhərində anadan olub. Şəfiq

11.09.2026 275
.

Xarici diplomatlar Gəncəsər monastır kompleksini ziyarət ediblər - VİDEO

Azərbaycanda akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Ağdərə rayonunun Vəng kəndinə gəlib və Gəncəsər monastır kompleksini ziyarət ediblər. xəbər verir ki, Gəncəsər monastır kompleksi - erməni vandalizminin qurbanı olan abidələrimizdən biridir

13:05 344
.

Serbiya Prezidenti istefa verəcəyi günü açıqladı

Serbiya Prezidenti Aleksandr Vuçiç sentyabrın 25-26-da vəzifəsindən istefa verəcəyini açıqlayıb. xəbər verir ki, o, bunu mətbuat konfransında N1 televiziyasının sualını cavablandırarkən deyib. "Nyu-Yorkdan qayıtdıqdan dərhal sonra istefa verəcəyəm. Bu, 25 və ya 26 sentyabr olacaq, vəssalam"

11:58 126
.

Diplomatlar Yuxarı Gövhər Ağa məscidini, Qarabağ küçəsini və "Sadıqcanın evi"ni ziyarət ediblər - FOTO - VİDEO

Qarabağa və Şərqi Zəngəzura səfər edən diplomatik korpus nümayəndələri Şuşa şəhərindəki Yuxarı Gövhər Ağa məscidində olublar. "Report"a istinadən xəbər verir ki, qonaqlara memarlıq abidəsi və onun tarixi barədə məlumat verilib. Müsəlman ölkələrindən olan diplomatlar məsciddə namaz qılıblar

11.09.2026 471
.

"Növbəti illərdə Xankəndi, Ağdam, Qubadlı, Kəlbəcər və digər məskənlərə on minlərlə sakinin köçürülməsi planlaşdırılır" - BƏHRUZ MƏHƏRRƏMOV

"Diplomatik korpus nümayəndələrinin Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin müşayiəti ilə Qarabağ və Şərqi Zəngəzura reallaşdırdığı səfər regionda həyata keçirilən bərpa və yenidənqurma prosesinin həm daxili iqtisadi dinamika, həm də beynəlxalq diplomatiya baxımından mühüm bir mərhələy

11.09.2026 375
.

Hikmət Hacıyev həmin kitabı vərəqləyərək erməni saxtakarlığını ifşa etdi - Video

Xəbər verdiyimiz kimi, diplomatik korpusun nümayəndələri Qarabağa səfərlərinin ikinci günündə Azərbaycaycanın Ağdərə rayonunda yerləşən erməni vandalizminə məruz qalmış, Qafqaz Albaniyasının dini və mədəni mərkəzlərindən biri Gəncəsər Monastır Kompleksinə baxış keçiriblər. "Qafqazinfo" xəbə

14:52 0
.

II Ramzesin 6,7 metrlik heykəlinin çatışmayan hissəsi 94 ildən sonra tapıldı

Təxminən bir əsr ayrı vəziyyətdə qalan firon II Ramzesin heykəli yenidən birləşdirilərək Misirdə əvvəlki yerində quraşdırılıb. Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Galaxy" yazıb. Məlumata görə, heykəlin aşağı hissəsi 1930-cu ildə, yuxarı hissəsi isə yalnız 2024-cü ildə tapılıb. Təxminə

14:13 56
.