Milçəklərin və həşəratların kökünü kəsir: hər otaqda 1 ədəd saxlayın

Milçəklərin və həşəratların kökünü kəsir: hər otaqda 1 ədəd saxlayınEvdə milçək və böcək problemləri ilə mübarizə apararkən kimyəvi sprey istifadə etmək istəməyənlər üçün lavanda əla və tamamilə təbii bir həll təqdim edir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, həm gözəl qoxusu ilə mühiti təravətləndirən, həm də zərərli həşəratları effektiv şəkildə uzaqlaşdıran lavanda, evin hər otağında istifadə edə biləcəyiniz praktik bir alternativ olaraq ön plana çıxır.

Lavandanın həşəratları uzaqlaşdırmaq gücü

Lavanda əsrlər boyu həm şəfa mənbəyi, həm də təbii həşərat qovucu kimi istifadə olunub. Milçəklərdən qarışqalara, hətta bit və pirelərə qədər bir çox arzuolunmaz qonağı uzaqlaşdıran lavanda, evinizdə rahat nəfəs almağınıza şərait yaradır və kimyəvi məhsulların yan təsirlərindən sizi qoruyur.

Lavandanın tərkibindəki təbii uçucu yağlar milçək, ağcaqanad və digər həşəratlar üçün itici təsirə malikdir. Xüsusilə lavanda yağı həşəratların sinir sisteminə təsir göstərərək onları uzaqlaşdırır. Bu sayədə evinizdə böcəklərlə mübarizə apararkən sağlamlığınızı riskə atmadan, kimyəvi məhsullardan uzaq dura bilərsiniz.

Hər otağa 1 ədəd qoyun

Lavandadan evin hər otağında asanlıqla istifadə edə bilərsiniz. Qurudulmuş lavanda kisəciklərini çəkməcələrə və ya dolablara yerləşdirə bilərsiniz; otaq spreylərində və ya aroma difuzerlərində lavanda yağından istifadə edə bilərsiniz. Bu üsullar yalnız böcəkləri uzaqlaşdırmaqla kifayətlənmir, eyni zamanda otağınızda təravətli və rahatladıcı bir mühit yaradır.

Uşaqlar və ev heyvanları üçün təhlükəsizdir

Kimyəvi həşərat qovucularla müqayisədə daha təhlükəsiz olan lavanda, xüsusilə uşaqlı ailələr və ev heyvanları olan evlərdə üstünlük verilir. Təbii tərkibi sayəsində allergik reaksiyalar riski çox aşağıdır və uzun müddətdə sağlamlığa dəstək olur.

İqtisadi və ekoloji baxımdan dost həll yolu

Lavanda yalnız təbii deyil, eyni zamanda iqtisadi bir həşərat qovucudur. Qurudulmuş lavanda kisəciyi və ya bir neçə damcı lavanda yağı uzunmüddətli qoruma təmin edir. Üstəlik, təbiətə zərər vermədiyi üçün ekoloji düşüncəyə sahib istifadəçilər tərəfindən də tez-tez seçilir.

Lavanda yalnız böcəkləri uzaqlaşdırmaqla kifayətlənmir, eyni zamanda pis qoxuları da aradan qaldırır və evdə təmiz bir hava yaradır. Təbii ətri sayəsində stresdən uzaqlaşmanıza və daha yaxşı dincəlməyinizə kömək edir. Beləliklə, lavandadan evdə yalnız həşərat qovucu kimi deyil, eyni zamanda rahatladıcı atmosfer yaratmaq üçün də istifadə edə bilərsiniz.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1030   Tarix: 19 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.