Uşaqlara niyə qışqırmaq olmaz? - Psixoloqlar bunun mənfi nəticələrini AÇIQLAYIR

Uşaqlara niyə qışqırmaq olmaz? - Psixoloqlar bunun mənfi nəticələrini AÇIQLAYIRƏvvəlcə bunu anlamaq vacibdir: hər yüksək tonla danışmaq aqressiya deyil. Məsələn, cənub ölkələrində, xüsusilə İtaliyada insanlar emosional və yüksək səslə danışırlar – bu onların normasıdır.

Lent.az xarici mediaya istinadla bildirir ki, belə "səs-küylü" ünsiyyət tərzi nə inciklik, nə də düşmənçilik ifadə edir. Ancaq əgər qışqırıq qəzəb və əsəb doludursa, xüsusən də uşaq yönəlikdirsə – bu artıq psixoloji təzyiq formasıdır.

Uşağa qışqırmağın təhlükəsi nədədir?

Qışqırıq tərbiyə metodu deyil, bir növ məcbur etmə üsuludur. Uşaqda hörmət deyil, qorxu yaradır. Əgər uşaq yalnız qorxudan itaət edirsə, etdiyi hərəkətlərin mənasını anlamır – sadəcə təzyiqlə hərəkət edir. Bu, daxili motivasiyanı məhv edir və ətraf aləmlə yanlış münasibət formalaşdırır.

Kiçik yaşlı uşaqlar gerçəkliyi birbaşa qəbul edirlər. Əgər onlara qışqırırlarsa, bu nəticəyə gəlirlər: "Məni sevmirlər." Bu hiss daha dərin bir daxili travmaya çevrilə bilər – özünü tənha, lazımsız və qəbul olunmayan hiss etmək. Nəticədə uşaqda inamsızlıq, tez-tez ağlama, yuxu və davranış pozuntuları yarana bilər.

Bəziləri diqqət çəkmək üçün daha pis davranmağa başlayır, digərləri isə özünə qapanır. Bundan əlavə, uşaqlar böyükləri təqlid etməyə meyllidirlər. Tez-tez üzərinə qışqırılan uşaq, duyğularını da eyni formada – qışqırıqla ifadə etməyi öyrənir və gələcəkdə ya aqressiv, ya da sıxılmış biri ola bilər.

Daimi qışqırığın uşağın gələcəyinə təsiri

Mütəxəssislərin fikrincə, uşağa sistemli şəkildə qışqırmaq onun cəmiyyətə uyğunlaşmaq qabiliyyətini pozur. Bu şəraitdə uşaqda natamamlıq kompleksi yaranır.

"Pisəm", "Heç kim məni sevmir", "Heç nəyə qadir deyiləm".

Bu, gələcəkdə insanların arasında özünü yad hiss etməyə, yeni şeylərdən qorxmağa və ətrafdakılara inamsızlığa gətirib çıxarır. Qışqırıq mühiti ilə böyüyən insan, sonradan bu ünsiyyət tərzini şüursuz şəkildə həyatına daşıyır – partnyorla mübahisə edir, öz uşaqlarına qışqırır, emosiyalarını başqa cür ifadə edə bilmir. Beləcə, toksik davranış modeli nəsildən-nəslə ötürülür.

Qışqırıq valideynlə uşaq arasındakı etimadı məhv edir. Uşaq hisslərini paylaşmır, səhvlərini gizlədir, başa düşülməməkdən və cəzalanmaqdan qorxur. Bu isə zamanla xroniki stressə, yuxu və qidalanma pozuntularına, hətta psixosomatik xəstəliklərə belə gətirib çıxara bilər.

Nə vaxt səsi ucaltmaq olar?

Yüksək ton yalnız fövqəladə hallarda – həyat və sağlamlıq təhlükəsi olduğu zaman haqlıdır. Məsələn, uşaq yola doğru qaçırsa və ya rozetkaya əl uzadırsa. Bu hallarda yüksək səs dərhal diqqəti cəlb edir və təhlükənin qarşısını alır. Əsas odur ki, qışqırıqda aqressiya olmasın. Məsələn: "Dayan"! – deyib, sonra təhlükəni izah etmək kifayətdir.

Valideynlər emosiyalarını necə idarə edə bilər?

Uşağa qışqırıq çox vaxt valideynin daxili gərginliyindən qaynaqlanır. Yorğunluq, həll olunmamış problemlər, işdə və ya ailədəki stres – bunların hamısı toplanır və nəticədə əsəb partlayışı yaşanır. Belə hallarda uşaq, səbəbkar olmasa da, hədəfə çevrilir.

Bunun qarşısını almaq üçün valideynin öz emosional vəziyyətinə diqqət etməsi vacibdir:

Dərin nəfəs məşqləri – sürətli sakitləşmək və nəzarəti bərpa etmək üçün faydalıdır.

Meditasiya və yoqa – narahatlığı azaldır, ümumi halı yaxşılaşdırır.

Fiziki fəaliyyət – sinir sistemini boşaltmağın ən təsirli yollarındandır.

Yaxınlarla açıq ünsiyyət və lazım gəldikdə psixoloqla görüşlər – daxili konfliktləri həll etməyə və özünlə əlaqəni qurmağa kömək edir.

Qışqırıq əvəzinə – şüurlu ünsiyyət

Əgər qəzəbinizin partlayacağını hiss edirsinizsə – fasilə verin. Otaqdan çıxın, 10-a qədər sayın, dərindən nəfəs alın. Bu zəiflik deyil – bu, şüurlu yanaşmadır.

Uşaqla bu fasilədən sonra qurulmuş söhbət, qəzəb partlayışından qat-qat təsirli olacaq. Əsas yadda saxlamaq lazımdır: uşaqlar bizim düşmənimiz deyil. Onlar bu dünyanı öyrənirlər, səhv edirlər, inkişaf edirlər. Və məhz biz – böyüklər – onların bu yolunun necə olacağını müəyyənləşdiririk: qorxu və günah hissi ilə dolu, yoxsa sevgi və anlayış içində.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 844   Tarix: 18 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiya Gürcüstanın "Droa!" partiyasını arzuolunmaz təşkilat elan etdi

Rusiya Ədliyyə Nazirliyi Gürcüstanın "Droa!" partiyasını arzuolunmaz təşkilatlar siyahısına daxil edib. xəbər verir ki, bu barədə nazirliyin rəsmi saytında məlumat verilib. Nazirliyin açıqlamasında "Droa!" partiyasının (həmçinin "Vaxt gəldi!" və "Pora!" adlar

10:15 146
.

Ölüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb

ABŞ Qida və Dərman Administrasiyası (FDA) "Medline" şirkətinin istehsal etdiyi qüsurlu ortopedik döşəklərlə bağlı yeddi nəfərin həyatını itirdiyini açıqlayıb. xəbər verir ki, bu barədə FDA-nın rəsmi saytında məlumat yayımlanıb. Məlumata görə, "Medline" şirkətinə yeddi ölüm və 35 ağı

15.11.2026 400
.

Güclü küləkdə paytaxtda 32 ağac sınıb - Fotolar

Noyabrın 15-i axşam saatlarından başlayaraq paytaxtda əsən güclü külək nəticəsində ümumilikdə 32 ağac sınıb, 36 ağacın isə budaqları qırılıb. xəbər verir ki, bu barədə Baki Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda ötən gündən etibarən müşahidə olunan gücl

12:25 82
.

Artıq azad Ağdamda Şəhər Günü keçirilir

Noyabrın 20-də Ağdam rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin 6-cı ili tamam olur. Ağdam rayonu Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanat

10:50 141
.

YAP - dünənin, bu günün və sabahın partiyasıdır

1991-ci ildə Sovet İmperiyasının dağılması nəticəsində oktyabrın 18-də Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar yaranmağa başlandı

12:42 45
.

Aleks Qrimaldo xəstəlik səbəbindən İspaniya millisindən ayrılıb

"Atletiko"nun müdafiəçisi Aleks Qrimaldo səhhətində yaranan problemə görə İspaniya yığmasının düşərgəsini tərk edib. "Report" xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) mətbuat xidməti məlumat yayıb. 31 yaşlı futbolçunun hərarəti yüksəldiyi üçün o, Millətlə

15.11.2026 286
.

Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur

Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Aidiyyəti qurumlar tərəfindən hücumların qarşısının alınması və araşdırılması istiqamətində müvafiq tədbirlə

15.11.2026 280
.

Ağdam ən müasir şəhərə çevrilir

Altı il əvvəl noyabrın 20-də Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı. 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri ərazisi 1 094 kv.km olan və Qarabağın mərkəzində yerləşən Ağdam şəhərini və rayonunun 77,4 faiz ərazisin

11:30 138
.

Böyük Qələbə tarixi ədaləti bərpa etdi

1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal etmişdir. İşğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayonlardan biri sayılırdı. Ermənistan Silahlı Qüvvələri 2020-ci il sentyabrın 27-də yenidən Azərbaycana qarş

11:50 121
.