Nadir Qafarzadə: "Eşitsəm, mənə ad verilib, oturub gülərəm"

Nadir Qafarzadə: "Eşitsəm, mənə ad verilib, oturub gülərəm"Sabiq mədəniyyət naziri Əbülfəs Qarayev fəxri adların ləğv ediləcəyini açıqlayıb. Sabiq nazir mətbuata müsahibəsində bildirib ki, bir vaxt gələcək, fəxri adlar ləğv olunacaq:

"Onlar Sovet dövründən qalıb. Həmin vaxt sosial bərabərlik var idi və müəyyən insanları fərqləndirmək üçün bu cür adlar verilirdi. O vaxt ümummilli lider Heydər Əliyev bizi yığıb dedi ki, fikir mübadiləsi aparaq, bu adlar lazımdır, ya yox və qərar verildi ki, adlar saxlanılsın. Şou-biznesdə onlarla istedadlı insanlar var ki, tanınırlar, toylara çağırılırlar, pul qazanırlar və heç bu ad haqqında düşünmürlər də".

Şou-biznesdə tanınan və fəxri ad siyahılarından kənarda qalan müğənnilərdən biri də Nadir Qafarzadədir.

O, Qaynarinfo-ya açıqlamasında 55 yaşının olduğunu xatırladıb:

"Bu yaşdan sonra nə fəxri ad? Bir ayağım gordadır, biri də bayırdan asılı vəziyyətdə. Bundan sonra fəxri adı neynirəm? Həmin ad bundan sonra mənim nəyimə lazımdır?".

Nadir Qafarzadənin sözlərinə görə, ona bu yaşa kimi heç kimdən, hansısa qurumdan fəxri adın verilməsi ilə bağlı təklif edilməyib:

"Bu günə kimi bir adam demədi ki, sənə də ad vermək istəyirik, nə deyirsən və s. Bundan sonra veriləcək olsa da, artıq mənə lazım deyil. Gecdir. Hətta bundan sonra eşitsəm ki, mənə ad verilib, oturub gülərəm. Özümü təhqir edilmiş hesab edərəm".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 912   Tarix: 18 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ağ Ev Hörmüz uğrunda İranla uzunmüddətli münaqişəyə hazırlaşır

Axios xəbər verir ki, ABŞ rəsmiləri İranın Hörmüz boğazında kommersiya gəmilərinə hücumlarını davam etdirib-etdirməməsindən asılı olaraq, münaqişənin bir neçə gündən həftələrə qədər davam edə biləcəyinə inanırlar. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, ABŞ rəsmiləri cümə axşamı Axios-

12:53 0
.

Uzunömürlü südün sirri: 45 gün xarab olmamasının səbəbi nədir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Marketlərdə satılan paketləşdirilmiş südlərin istifadə müddəti istehlakçılar arasında ən çox müzakirə olunan məsələlərdən biridir. Bəzi südlərin üzərində 14 gün, digərlərində isə 30 və ya 45 gün istifadə müddəti göstərilir. Xüsusilə uzunmüddətli saxlanma tarixi alıcılarda sual yaradır: Süd bu qədər uzu

10:32 152
.

Trampın açıqlaması Avropanı hərəkətə keçirdi

ABŞ Prezidenti Donald Trampın İranla atəşkəsin başa çatdığını bəyan etməsi Avropa ölkələrinin Vaşinqtondan hərbi asılılığı azaltmaq istəyini daha da gücləndirib. xəbər verir ki, bu barədə Politico nəşri Avropa rəsmilərinə istinadən məlumat yayıb. "İran və Ukraynada baş verən hadisələrdən sonra il

11:10 129
.

Ece İrtemin ölüm səbəbi açıqlandı

Türkiyəli aktrisa Ece İrtemin ölüm səbəbi açıqlanıb. Axşam.az xəbər verir ki, Məhkəmə Tibbi Ekspertizanın nəticələrinə görə, 35 yaşlı aktrisa spirtli içki zəhərlənməsindən həyatını itirib. Xatırladaq ki, daha əvvəl aktrisanın Tayland səfəri zamanı meymun hücumuna məruz qalması, nəticədə sepsis olduğ

10:16 219
.

Azərbaycanda qeyri-adi təbiət hadisəsi - VİDEO

Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində güclü qum burulğanı müşahidə olunub. təbiət hadisəsinin görüntülərini təqdim edir:

08.07.2026 346
.

Düyünü bişirməzdən əvvəl yumamaq olar? - CAVAB

Bir çox insan düyünü bişirməzdən əvvəl dəfələrlə yuyur. Ən geniş yayılmış fikir isə budur ki, bu üsul düyünü daha dənəvər edir və bişərkən yapışmasının qarşısını alır. -ın xarici mediaya istinadən xəbərinə görə, lakin Avstraliya alimlərinin apardığı yeni araşdırma göstərib ki, düyünü yumağın əsl səbəb

08.07.2026 263
.

Niyə soyuducunuza çoxlu maqnit asmamalısınız?

Soyuducunun üzərinə yapışdırılan maqnitlər uzun illərdir mətbəxin ayrılmaz hissəsinə çevrilib. Kimisi onları səyahətlərdən xatirə kimi gətirir, kimisi isə qeydləri, alış-veriş siyahısını və ya uşaqların rəsmlərini bərkitmək üçün istifadə edir. Lakin mütəxəssislər bildirirlər ki, həddindən artıq çox maqni

08.07.2026 254
.

Bəhreyndə yenidən sirena səsləri eşidilir

Bəhreynin Daxili İşlər Nazirliyindən sirenlərin səsləndiyi barədə məlumat alırıq. Cümə axşamı üçüncü dəfədir ki, həyəcan siqnalı verilir. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, nazirlik əlavə məlumat verməyib. İran daha əvvəl Bəhreyndəki ABŞ obyektlərinə, eləcə də Qətər və Küveytdəki hədəflərə pilotsu

12:31 64
.

İran indi Qətərdəki ABŞ hədəflərinə də hücum etdiyini bildirir

İran hücum siyahısına Qətəri də əlavə edib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, İran dövlət televiziyası Qətərdə ordu qüvvələrinin peyk antenasına dron hücumları təşkil etdiyini bildirib. Hesabatda Küveyt və Bəhreyndə konkret hədəflər də ətraflı şəkildə izah edilib. Bildirilib ki, zərbələr Küveytdək

11:26 121
.

TOP MP3