Azərbaycanla bu ölkə arasında viza rejimi qismən ləğv edildi
Azərbaycan və Maldiv hökumətləri arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş" iyunun 18-dən qüvvəyə minir.
Qaynarinfo-nun məlumatına görə, Saziş 2024-cü il noyabrın 15-də Bakıda COP29 çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və maldivli həmkarı Abdulla Xəlil arasında keçirilmiş görüşdə imzalanıb.
Müvafiq Qanun layihəsi Azərbaycan Milli Məclisinin 2024-cü il dekabrın 27-də keçirilən iclasında müzakirə edilərək qəbul olunub, daha sonra isə Azərbaycan Prezidenti tərəfindən təsdiq edilib.
Saziş Azərbaycan və Maldivin diplomatik, xidməti və rəsmi pasportlara malik olan vətəndaşlarının hərəkətini asanlaşdırmaq vasitəsilə iki ölkə arasında dostluq əlaqələrinin daha möhkəmləndirilməsi və inkişafı məqsədini daşıyır.
Razılaşmaya əsasən, tərəflərin etibarlı diplomatik və xidməti (rəsmi) pasportlara malik olan vətəndaşları bir-birinin ərazilərinə vizasız daxil ola, oradan tranzit ilə keçə, oranı tərk edə və giriş tarixindən 90 günə qədər müddətdə orada vizasız qala bilərlər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 854 Tarix: 18 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Bizdə oriental oynaya bilmirlər, bədənləri silikonla doludur"
Əməkdar artist Elza Seyidcahan oriental rəqsi tənqid edənlərə cavab verib. Axşam.az xəbər verir ki, müğənni bu haqda "Günorta efirdəyik" proqramında danışıb. O bildirib ki, Azərbaycanda bu rəqsi bacaran yoxdur:. "Rəqs deyəndə mənim üçün oriyentaldır. Oriental eyib deyil ki. Arif Məliko
13:45 85 Birdəfəlik SINAQ, yoxsa həyat boyu MÜBARİZƏ? - AÇIQLAMA
Narkotik asılılığı cəmiyyətin qarşılaşdığı ən ciddi sosial problemlərdən biri olaraq qalır. Bu asılılıq yalnız insanın fiziki sağlamlığına deyil, onun psixoloji vəziyyətinə, ailə münasibətlərinə və sosial həyatına da ciddi təsir göstərir. Bəs insanı narkotikə yönəldən əsas səbəblər hansılardır və asılılıqda
11.09.2026 208 "Səfərin əsas siyasi üstünlüyü ondan ibarətdir ki, diplomatlar Qarabağ haqqında həqiqətlərlə yerində tanış oldular" - Könül Nurullayeva
"Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura artıq 22-ci səfəri baş tutdu. Bu səfər həm xarici diplomatların bölgədə aparılan bərpa-quruculuq işləri ilə tanışlığı, həm də Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi siyasətin beynəlxalq auditoriyay
09:26 187 Rusiya Litvanı nüvə silahının hədəfinə çevirə bilər - Peskov
Nüvə silahlarının Litva ərazisində yerləşdirilməsi gərginliyin yeni mərhələsinə gətirib çıxaracaq. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, belə silahların Qərbə deyil, şərqə, yəni Rusiyaya yönəldiləcəyi aydındır. "Əgər ərazidə bizə qarşı yönəlmiş nüv
11.09.2026 244 "Bank Respublika" "AccessBank"ı alır
Bank Respublika-nın və AccessBank-ın səhmdarları Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər. Əqdin 2026-cı ilin noyabr ayınadək tamamlanması planlaşdırılır. Əqd çərçivəsində AccessBank-ın mövcud səhmdarlar
11.09.2026 275 Dünya sürətlənib: Saatlardan ilk dəfə bir saniyə çıxarıla bilər
Atom saatlarının göstərdiyi vaxtla Yerin fırlanması arasındakı kiçik fərqlər illərdir "artıq saniyə" adlanan düzəlişlərlə aradan qaldırılır. Lakin planetin son illərdə gözlənilmədən sürətlənməsi bu dəfə saata bir saniyə əlavə etmək əvəzinə bir saniyənin çıxarılmasını tələb edə biləcək yen
11.09.2026 248 Hikmət Hacıyevin 600-dən çox bal yığan tələbələrlə söhbəti - Video
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndiyə səfəri çərçivəsində Qarabağ Universitetinin tələbələri ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, o, universitetin Hüquq fakültəsinə 600-dən yuxarı bal toplayara
11.09.2026 311 Onlayn telefon sifariş etdi, peyin göndərdilər
Hindistanın Qreyter-Noyda şəhərində yaşayan sakin internetdən sifariş etdiyi Android cihazının əvəzinə içərisində inək peyini olan bağlama alıb. xarici mediaya istinadən xəbər verir ki, Akaş Naqar adlı şəxs bir neçə gün əvvəl iş üçün internet saytlarından birindən Android cihazı sifariş edib, sifari
11.09.2026 309 Park Bulvar"da yanğın təhlükəsi yaradan görüntülər: "Çağ Baku" restoranında nə baş verir?
Səbail rayonu, Neftçilər prospekti 42 ünvanında, Dənizkənarı Milli Park ərazisinə yaxın yerləşən "Park Bulvar"da fəaliyyət göstərən "Çağ Baku" restoranı ilə bağlı "Real Azərbaycan"a narahatedici məlumat daxil olub. Mənbənin iddiasına görə, restoranda gənclərin əyləncəs
11.09.2026 312