Arıqlamağa mane olan ət növləri
Ət, yüksək zülal tərkibinə görə arıqlamaq istəyənlər üçün dəyərli məhsul hesab olunur. Lakin onun yağlılıq səviyyəsi həlledici rol oynayır.
Lent.az bu ət məhsullarını təqdim edir:
Niyə yağ artıq çəkinin düşmənidir?
Xatırladırıq ki:
1 qram zülal və 1 qram karbohidrat bədəndə yanaraq 4 kilokaloriya verir. 1 qram yağ isə 9 kilokaloriya verir. Bu səbəbdən yağ - üç əsas makronutrient (zülal, karbohidrat, yağ) arasında ən kalorili olanıdır. Enerji baxımından güclü mənbədir, amma onun artıq miqdarı - əlavə çəkiyə birbaşa aparan yoldur.
Ətdə "gizli" yağ harada yığılır?
Heyvan əzələlərində (eləcə də insanlarda) həm yağ (əzələdaxili triqliseridlər), həm də karbohidrat (qlikogen) toplanır. Bu maddələr fiziki hərəkət üçün enerji rolunu oynayır.
Heyvan kəsiləndə qlikogen laktata çevrilir, buna görə də ətdə karbohidrat demək olar ki, qalmır. Lakin yağ məsələsi daha mürəkkəbdir. Əgər heyvan həyat boyu az hərəkət edibsə, əzələlərdə yağ təkcə hüceyrədaxili deyil, həm də əzələ lifləri arasında xüsusi piy toxuması şəklində toplanır. Burada artıq piy hüceyrələri, fibroblastlar və makrofaqlar olur. Bu hal restoranlarda gördüyümüz "mərmər ət"də özünü göstərir.
Dadı çox gözəldir, lakin kalorisi də yüksəkdir. İnsan bədənində də oxşar "mərmərləşmə" baş verə bilər: çox yeyib, az hərəkət etdikdə.
Ətin yağlılığı nə ilə bağlıdır?
Ətin yağlılıq dərəcəsi:
Heyvan növündən;
Ətin bədəndə hansı hissədən kəsildiyindən asılıdır.
Məsələn,
Əgər sizin dərialtı piyiniz varsa, toyuğun da dərisinin altında yağ olacaq. Əti qızartdıqda, üstəlik una və yumurtaya bulayıb bişirdikdə, kalori miqdarı daha da artır. Hər əlavə 1 faiz yağ 150 qramlıq ət porsiyasında kalorini təxminən 13 kkal artırır. İlk baxışda bu cüzi görünə bilər, amma gündəlik rasionda və uzunmüddətli arıqlama prosesində belə "xırda" fərqlər toplanaraq maneəyə çevrilir.
Fərqli ət növlərinin yağlılıq göstəriciləri
Az kalorili ət növləri:
Toyuq filesi (~2 faiz)
Hinduşka filesi (~2 faiz)
Dana əti (~2 faiz)
Mal əti filesi (~3 faiz)
Dərisiz bildirçin əti (~4,5 faiz)
Bu növlər arıqlama zamanı ən yaxşı dostlarınız olacaq.
Orta və yüksək yağlı ət növləri (5%-dən çox yağ):
Donuz filesi (~7 faiz)
Dərisiz toyuq budu (~10 faiz)
Dərisiz toyuq baldırı (~10 faiz)
Dovşan əti (~11 faiz)
Quzu əti (~16 faiz)
Donuz dili (~16 faiz)
Dərili toyuq qanadları (~16 faiz)
Dərili bildirçin əti (~17 faiz)
Dərili toyuq budu (~17 faiz)
Bu ətləri arıqlamaq istəyənlər çox diqqətlə və az miqdarda yeməlidirlər.
Misal üçün kalori müqayisəsi (100 qram üçün):
Toyuq filesi: təxminən 110 kkal
Dərili toyuq budu: təxminən 221 kkal
Fərq demək olar ikiqatdır
Kalorisi yüksək olan məhsul uzun müddət toxluq hissi vermir. Arıqlama zamanı toxluq hissi çox vacibdir, çünki aclıq çox zaman nəzarətsiz yeməyə səbəb olur.
Nəticə
Arıqlama prosesində təkcə nə yediyiniz deyil, həm də necə bişirdiyiniz, hansı hissəni seçdiyiniz və nə qədər yediyiniz çox önəmlidir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 684 Tarix: 17 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSabah 31 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata görə, gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var
11.09.2026 203 Dünya sürətlənib: Saatlardan ilk dəfə bir saniyə çıxarıla bilər
Atom saatlarının göstərdiyi vaxtla Yerin fırlanması arasındakı kiçik fərqlər illərdir "artıq saniyə" adlanan düzəlişlərlə aradan qaldırılır. Lakin planetin son illərdə gözlənilmədən sürətlənməsi bu dəfə saata bir saniyə əlavə etmək əvəzinə bir saniyənin çıxarılmasını tələb edə biləcək yen
11.09.2026 237 Rusiyanın aktivlərinin dondurulması dollara inamı sarsıtdı - Ölkələr qızıllarını geri çəkir
Qərb ölkələrinin Rusiya Mərkəzi Bankının aktivlərini dondurması bir sıra ölkələrdə dollara olan inamı və xaricdə, xüsusilə ABŞ-da qızıl saxlamaq praktikasını sarsıdıb. xəbər verir ki, bu barədə "Les Echos" qəzeti yazıb. Nəşrin məlumatına görə, üçüncü ölkələrin qızıl ehtiyatları uzun müddə
10:49 130 Səudiyyə Ərəbistanının neft kəməri hücuma səbəb olan yanğından sonra bağlanıb
Məsələ ilə tanış olan iki ABŞ rəsmisinin sözlərinə görə, Səudiyyə Ərəbistanındakı əsas neft boru kəməri sistemi cümə axşamı mərmilərlə vurulub. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Energetika Nazirliyi cümə günü veb saytında dərc edilən açıqlamada boru kəmərinə hücum edildiyin
09:41 152 Diplomatların Xankəndi və Zəngəzura səfəri: Azərbaycanın iqtisadi planında yeni mərhələ
"Azərbaycanın diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura, o cümlədən Xankəndiyə səfəri yalnız siyasi və diplomatik baxımdan deyil, iqtisadi perspektivdən də diqqətçəkən hadisədir. 58 ölkədən 150 nümayəndənin iştirakı ilə keçirilən səfər Azərbaycanın işğaldan azad edilmiş ərazilərind
12:14 98 Xarici diplomatlar Gəncəsər monastır kompleksini ziyarət ediblər - VİDEO
Azərbaycanda akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Ağdərə rayonunun Vəng kəndinə gəlib və Gəncəsər monastır kompleksini ziyarət ediblər. xəbər verir ki, Gəncəsər monastır kompleksi - erməni vandalizminin qurbanı olan abidələrimizdən biridir
13:05 228 Xankəndidən verilən mühüm mesaj - Hikmət Hacıyev səfərdə - AÇIQLAMA
Azərbaycan Prezidentinin köməkçisi -Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndidə səfərdə olub. Səfər çərçivəsində diplomatik nümayəndə heyətinin iştirakı ilə Qarabağda həyata keçirilən bərpa-quruculuq işləri və bölgənin inkişaf perspektivləri diqqə
11.09.2026 282 İndoneziyada güclü zəlzələ oldu
İndoneziyada 6,1 bal gücündə zəlzələ baş verib. xarici mətbuata istinadən xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, zəlzələ saat 14:56-da qeydə alınıb. Yeraltı təkanların ocağı 131 kilometr dərinlikdə yerləşib
11.09.2026 230 Diplomatlar Yuxarı Gövhər Ağa məscidini, Qarabağ küçəsini və "Sadıqcanın evi"ni ziyarət ediblər - FOTO - VİDEO
Qarabağa və Şərqi Zəngəzura səfər edən diplomatik korpus nümayəndələri Şuşa şəhərindəki Yuxarı Gövhər Ağa məscidində olublar. "Report"a istinadən xəbər verir ki, qonaqlara memarlıq abidəsi və onun tarixi barədə məlumat verilib. Müsəlman ölkələrindən olan diplomatlar məsciddə namaz qılıblar
11.09.2026 463