"İsrail beynəlxalq hüquq normalarını pozduğuna görə hərəkətləri təcavüzkar xarakter daşıyır" - Politoloq

"İsrail beynəlxalq hüquq normalarını pozduğuna görə hərəkətləri təcavüzkar xarakter daşıyır" - Politoloqİran-İsrail münaqişəsi artıq 4 gündür davam edir.

Politoloq Elşən Manafov BiG.AZ-a bildirib ki, İsraillə müqayisədə İranın güclü hava hücumundan müdafiə sistemi yoxdur. Daha dəqiq desək, məhduddur. Bu da onun ərazi göstəricilərinin İsraillə müqayisədə azı 100 dəfə böyuk olması ilə bağlıdır. Bu ərazinin havadan müdafiəsi olduqca böyuk maliyyə vəsaiti tələb edir. Bütövlükdə İsrail təkbaşına İranın öhdəsindən gələ biləcək dövlət deyil,resurslar buna imkan vermir,lakin o, israrla ABŞ-ni müharibəyə sürükləməyə çalışacaq:

"Başlanmış münaqişədə təcavüzkar tərəf İsraildir,baxmayaraq ki,Netanyahu hökuməti İrana hava zərbələrinin özünün,hətta regionun təhlükəsizliyini təmin etmək istəyindən irəli gəldiyini bildirir. İsrail İranın uranın zənginləşdirilməsi istiqamətində əldə etdiyi uran ehtiyatlarının 400 kq həddi keçdiyini(MAQATE- nin hesabatında bu fakt var)və bunun yaxın 1 ildə İrana 10-15 atom bombası hazırlamağa imkan verəcəyini bəyan edib. Ona görə bu region və hətta dünya üçün ciddi təhdid və təhlükədir. Rəsmi Tehran isə nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququnun onun suveren hüququ olduğu bildirir. Digər tərəfdən İran nüvə silahının yayılmaması barədə müqaviləyə qoşulub,İsrail isə qeyri-rəsmi şəkildə bu silaha malik olsa da, məlum müqavilə ilə bağlı öhdəliklər götürməyib. Bütün hallarda İsrail BMT nizamnaməsini,habelə beynəlxalq hüquq normalarını pozduğuna görə hərəkətləri təcavüzkar xarakter daşıyır.
Tərəflər fərqli resurs və imkanlara malikdirlər. İran ərazi göstəricilərinə və əhalisinin sayına görə Yaxın Şərqin 1-ci yerdə olan dövlətidir. Ərazisi 17,1 milyon,əhalisi 87 milyondur, dünyada ərazi göstəricilərinə və əhalisinin sayına görə 17-ci yerdədir,əhalisinin 60%dən çox hissəsi 30 yaşa qədər olanlardır. Bu isə onun səfərbərlik imkanlarının yüsək olduğunu göstərir. 40 ildən çoxdur ki,sanksiyalar altında yaşadığından iqtisadiyyatını bu amilləri nəzərə alaraq qura bilmişdir. Güclü hərbi sənaye kompleksi var,orta mənzilli,habelə ballistik raketlərə malikdir, dron və pilotsuz təyyaləri, Zülfüqar tanklarını,Şəhid ,Şəhrivar raketlərini istehsal edir ki, hətta Avropa ərazisini,habelə ABŞ-nin regiondakı hərbi bazalarını vura bilər.Lakin İsraillə müqayisədə güclü hava hücumundan müdafiə sistemi yoxdur. Daha dəqiq desək, məhduddur. Bu da onun ərazi göstəricilərinin İsraillə müqayisədə azı 100 dəfə böyük olması ilə bağlıdır. Bu ərazinin havadan müdafiəsi olduqca böyuk maliyyə vəsaiti tələb edir,(İsrail 22 min kv.km ərazi və 10 milyonluq əhaliyə malikdir)İranın strateji aviasiyası yox dərəcəsindədir. İsrailin isə strateji qırıcı və bombardmançı təyyarələri var. Üstəlik,bu sahədə yarana biləcək boşluğu ABŞ və köhnə qitənin məlum dövlətləri doldurmağa hazırdırlar.İran zəngin enerji ehtiyatlarına malik dövlətdir,bir günə 12,5 milyon barrel neft,12 milyon kub.m qaz istehsal edir,üstəlik müharibənin uzanması mütləq dünya enerji bazarında qiymətlərin kəskin şəkildə qalxmasına,(hətta 200 dollaradək)səbəb ola bilər. Digər tərəfdən İran dünyanın əsas enerji terminallarından sayılan Hörmüz boğazını bağlaya bilər ki,(artıq beıə cəhdlər də var)bu Avropanı enerji böhranına sürükləyəcək.Bütövlükdə İsrail təkbaşına İranın öhdəsindən gələ biləcək dövlət deyil,resurslar buna imkan vermir,lakin o, israrla ABŞ-ni müharibəyə sürükləməyə çalışacaq. Omanın vasitəçiliyi ilə ABŞ-İran arasında İranın nüvə çalışmaları ətrafında gedən danışıqları pozması da İsrailin ABŞ-ni müharibəyə cəlb etmək istəyindən irəli gəlir.ABŞ-yə gəlincə, o, hazırkı şəraitdə İsraili müdafiə edəcək, lakin müharibə enerji qiymətlərinə kəskin təsir edəcəyindən Çin istisna deyil ki,Pakistanla danışıqlarda vasitəçilik etməyə çalıçacaqlar,Rusiya isə bu ilin 16 yanvarında imzalanmış strateji əməkdaşlıq barədə müqavilədən sonra İranı heç bir vəchlə tək qoymayacaq. Dünya enerji qiymətlərinin yuksəlməsi Rusiyanın maraqlarına cavab versə də, Yaxın Şərqə geosiyasi durumun ABŞ-nin xeyrinə əsaslı şəkildə dəyişilməsinə yol verməmək üçün Rusiya böyük oyunda ən fəal şəkildə iştirak edəcək. Putinin Trampı kompromisə dəvət etməsi üçün istər Ukrayna cəbhəsində,istərsə də Yaxın Şərqdə ciddi və çeşidli imkanları var,Yaxın Şərq və enerji faktorunda Çin mütləq Rusiya ilə bir cərgədə duracaq. Avropa Birliyinin İsrailin İrana hücumu ilə bağlı məsələrə münasibəti isə ABŞ- nin mövqeyindən fərqlidir. Digər tərəfdən Ukrayna ətrafında da ABŞ və AB arasında mövqe və fikir ayrılığı dərinləşməkdədir. Bunu böyük 7-lərin bu gün Kanadada keçirilən toplantısı bir daha göstərdi".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 799   Tarix: 17 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.