Dələduzlar yay tətillərinə də əl atdı: Qaynar tur fırıldaqları
Yay mövsümünün başlaması ilə insanlar artıq səyahət planlarını qurmağa başlayıblar. Lakin bəzi vətəndaşlar əvvəlcədən planlaşdırma aparmaq əvəzinə şanslarını "qaynar tur" paketləri ilə yoxlamağa üstünlük verirlər. Təəssüf ki, bu sahədə fəaliyyət göstərən dələduzlar da fəallaşıb. Onlar sosial şəbəkələrdə saxta "qaynar tur" paketləri təklif edərək vətəndaşlardan əvvəlcədən ödəniş tələb edirlər. Pul ödənildikdən sonra isə nə həmin səhifəyə, nə də ödənişi qəbul edən şəxslərə rast gəlmək olur.
Bəs bu kimi hallardan qorunmaq üçün nələrə diqqət yetirmək lazımdır?
Mövzu ilə bağlı Big.az-a açıqlama verən turizm eksperti Ceyhun Aşurov bildirib ki, qaynar turlar adətən son anda otel və aviaşirkətlərin boş yerləri üçün edilən aksiyaları əhatə edir və endirimlər çox qısa müddət davam edir:
"Səyahəti əvvəlcədən planlaşdırmaq daha məqsədəuyğundur. Çünki öncədən edilən rezervasiyalarda seçim imkanları geniş olur və xüsusi endirimlər tətbiq edilir. Adətən yanvar-mart aylarında erkən rezervasiya kampaniyaları keçirilir və bu zaman daha sərfəli qiymətlərlə paket əldə etmək mümkündür. Vaxt yaxınlaşdıqca isə tur paketlərinin qiymətləri artır."
Ekspert vətəndaşları qaynar tur paketləri alarkən xüsusilə diqqətli olmağa çağırıb:
"Sosial şəbəkələrdə kartdan karta ödəniş etməklə edilən təkliflərə ehtiyatla yanaşmaq lazımdır. Ən yaxşısı, eyni tur paketini bir neçə turizm şirkətində yoxlayın. Ödənişləri isə yalnız rəsmi ofisdə, müqavilə imzalayaraq və qəbz alaraq həyata keçirin. Müqavilə və ödəniş qəbzi turistin hüquqlarını qoruyan əsas sənədlərdir."
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 896 Tarix: 17 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAğ Ev Hörmüz uğrunda İranla uzunmüddətli münaqişəyə hazırlaşır
Axios xəbər verir ki, ABŞ rəsmiləri İranın Hörmüz boğazında kommersiya gəmilərinə hücumlarını davam etdirib-etdirməməsindən asılı olaraq, münaqişənin bir neçə gündən həftələrə qədər davam edə biləcəyinə inanırlar. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, ABŞ rəsmiləri cümə axşamı Axios-
12:53 0 NASA ilə bağlı sensasiyalı iddia: UNO fotoları illərlə gizlədilib
NASA-nın illərdir naməlum uçan obyektlərin (UNO) fotoşəkillərini gizlətdiyi və retuş etdiyi iddia olunub. xəbər verir ki, bu barədə Daily Mail qəzeti məlumat yayıb. Məlumata görə, sosial şəbəkə istifadəçiləri 2021-ci ildə vəfat edən Donna Harenin müsahibəsinə diqqət çəkiblər. O, 1967-1981-ci illərd
11:05 128 Çində güclü zəlzələlər oldu
Çin seysmoloqları ölkənin cənub-qərbində yerləşən Sıçuan əyalətində 5 maqnitudalı zəlzələ qeydə alıblar. -a istinadən xəbər verir ki, bu barədə Çin Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentri İbin şəhər dairəsinin Qao qəzasında, ocağı isə 8 kilometr dərinlikdə yerləşib. Əhalisini
08.07.2026 224 "Qoyun-quzunu limuzində daşımalıdırlar?!" - Rəsmi cavab
Azərbaycanda heyvanların daşınması ilə bağlı yeni tələblər tətbiq ediləcək. Belə ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına görə, ölkəyə idxal olunan heyvanlar yalnız ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə daşınmalıdır. "Qafqazinfo" xəbər verir ki, sözügedən qəra
11:48 118 Düyünü bişirməzdən əvvəl yumamaq olar? - CAVAB
Bir çox insan düyünü bişirməzdən əvvəl dəfələrlə yuyur. Ən geniş yayılmış fikir isə budur ki, bu üsul düyünü daha dənəvər edir və bişərkən yapışmasının qarşısını alır. -ın xarici mediaya istinadən xəbərinə görə, lakin Avstraliya alimlərinin apardığı yeni araşdırma göstərib ki, düyünü yumağın əsl səbəb
08.07.2026 263 İranda hava limanında güclü partlayış - ölən var
İranın cənub-şərqində yerləşən İranşəhr hava limanında güclü partlayış baş verib. xəbər verir ki, bu barədə İranın dövlət televiziyası IRIB məlumat yayıb. Məlumata görə, partlayışlar hava limanının binasında və uçuş-enmə zolağında qeydə alınıb. Hadisə nəticəsində bir yanğınsöndürənin həlak olduğu bildirilir
10:45 128 NATO 2026-cı ildə Ukraynaya 70 milyard avro ayıracağını bəyan edib
NATO bu il Ukraynaya 70 milyard avro ayıracaq. APA-nın Ankaraya ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə NATO-nun 36-cı Sammitinin yekunlarına dair "Ankara Bəyannaməsi"ndə qeyd olunub. NATO liderləri Ukraynaya dəstəyin davam etdiriləcəyini vurğulayaraq, 2026-cı ildə hərbi texnika, yardı
08.07.2026 267 İsrailli sehrbazın İDDİASI: "İngiltərənin Dünya çempionatında qalib gəlməsinə kömək edirəm"
İsrailli tanınmış illüzionist və şoumen Uri Qeller İngiltərə millisinin Dünya çempionatının 1/8 finalında Meksika üzərindəki (3:2) qələbəsində pay sahibi olduğunu iddia edib. xarici KİV-ə istinadla xəbər verir ki, Qeller komandanın növbəti mərhələyə yüksəlməsinin onun "ekstrasensor müdaxiləsi"
08.07.2026 289 ABŞ ordusu İranın 90 hərbi hədəfinə zərbə endirdiyini bildirib
ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, ABŞ qüvvələri son hücumlarda İranın təxminən 90 hərbi hədəfini, o cümlədən hava hücumundan müdafiə sistemlərini, sahil müşahidə vasitələrini, raket və dron saxlama yerlərini, dəniz imkanlarını və İran sahil xətti boyunca hərbi logistika infrastrukturunu vurub
12:38 71