Çin insan beyninə implant yerləşdirdi: Artıq düşüncə ilə videooyun oynayır
Çin ABŞ-dan sonra beynə neyroimplant yerləşdirməklə bağlı uğurlu klinik sınaq keçirən ikinci ölkə olub.
BiG.AZ Qaynarinfo-ya istinadən xəbər verir ki, ilk implant mart ayında yerləşdirilib və pasiyent artıq yalnız düşüncə gücü ilə şahmat və videooyunlar oynaya bilir.
"Bloomberg" agentliyinin məlumatına görə, ilk könüllü iştirakçı – bədəninin bütün ətrafları iflic olmuş bir Çin vətəndaşı – mart ayında BCI (beyin-kompüter interfeysi) texnologiyası əsasında hazırlanmış simsiz neyroimplantla təchiz olunub. Cəmi bir neçə həftə sonra həmin şəxs yalnız düşüncə vasitəsilə şahmat və digər videooyunları oynaya bilib.
Çinli tədqiqatçılar tərəfindən hazırlanmış implant bu günə qədər yaradılmış ən kompakt neyroçiplərdən biri hesab olunur. Onun diametri 26 mm, qalınlığı isə cəmi 6 mm-dir. Üstəlik, Çin alimlərinin sözlərinə görə, bu neyroçip "Neuralink" çipindən 100 dəfəyə qədər daha elastikdir.
Alimlər növbəti mərhələdə pasiyenti robotik qolla idarəetməyə öyrətmək istəyirlər. Məqsəd, məsələn, stəkanı tutmaq və saxlamaq kimi sadə hərəkətləri düşüncə ilə yerinə yetirməkdir.
Gözləntilərə görə, Çin tərəfindən hazırlanmış BCI sistemi 2028-ci ilədək tənzimləyici təsdiq alaraq kommersiya bazarına çıxarıla bilər.
"Neuralink" şirkətinin rəhbəri İlon Mask daha əvvəl bu texnologiyanı üç pasiyent üzərində tətbiq edib. Onların bəziləri artıq musiqi və televizoru düşüncə ilə idarə edir, oyun oynayır və gündəlik funksiyaları yerinə yetirə bilir. Bu bacarıqlar getdikcə daha sürətli və effektiv şəkildə inkişaf edir.
Qeyd edək ki, "Valve" şirkətinin rəhbəri Qeyb Nyuvell də 2025-ci ildə neyroçip sahəsində öz prototipini təqdim etməyi planlaşdırır. Bu çiplər "Neuralink"dən fərqli olaraq daha sadə şəkildə implantasiya ediləcək və beynin bir neçə hissəsinə eyni anda qoşulacaq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 644 Tarix: 17 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSabah 31 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata görə, gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var
11.09.2026 203 Dünya sürətlənib: Saatlardan ilk dəfə bir saniyə çıxarıla bilər
Atom saatlarının göstərdiyi vaxtla Yerin fırlanması arasındakı kiçik fərqlər illərdir "artıq saniyə" adlanan düzəlişlərlə aradan qaldırılır. Lakin planetin son illərdə gözlənilmədən sürətlənməsi bu dəfə saata bir saniyə əlavə etmək əvəzinə bir saniyənin çıxarılmasını tələb edə biləcək yen
11.09.2026 237 Rusiyanın aktivlərinin dondurulması dollara inamı sarsıtdı - Ölkələr qızıllarını geri çəkir
Qərb ölkələrinin Rusiya Mərkəzi Bankının aktivlərini dondurması bir sıra ölkələrdə dollara olan inamı və xaricdə, xüsusilə ABŞ-da qızıl saxlamaq praktikasını sarsıdıb. xəbər verir ki, bu barədə "Les Echos" qəzeti yazıb. Nəşrin məlumatına görə, üçüncü ölkələrin qızıl ehtiyatları uzun müddə
10:49 130 Səudiyyə Ərəbistanının neft kəməri hücuma səbəb olan yanğından sonra bağlanıb
Məsələ ilə tanış olan iki ABŞ rəsmisinin sözlərinə görə, Səudiyyə Ərəbistanındakı əsas neft boru kəməri sistemi cümə axşamı mərmilərlə vurulub. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Energetika Nazirliyi cümə günü veb saytında dərc edilən açıqlamada boru kəmərinə hücum edildiyin
09:41 152 Diplomatların Xankəndi və Zəngəzura səfəri: Azərbaycanın iqtisadi planında yeni mərhələ
"Azərbaycanın diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura, o cümlədən Xankəndiyə səfəri yalnız siyasi və diplomatik baxımdan deyil, iqtisadi perspektivdən də diqqətçəkən hadisədir. 58 ölkədən 150 nümayəndənin iştirakı ilə keçirilən səfər Azərbaycanın işğaldan azad edilmiş ərazilərind
12:14 98 Xarici diplomatlar Gəncəsər monastır kompleksini ziyarət ediblər - VİDEO
Azərbaycanda akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Ağdərə rayonunun Vəng kəndinə gəlib və Gəncəsər monastır kompleksini ziyarət ediblər. xəbər verir ki, Gəncəsər monastır kompleksi - erməni vandalizminin qurbanı olan abidələrimizdən biridir
13:05 228 Xankəndidən verilən mühüm mesaj - Hikmət Hacıyev səfərdə - AÇIQLAMA
Azərbaycan Prezidentinin köməkçisi -Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndidə səfərdə olub. Səfər çərçivəsində diplomatik nümayəndə heyətinin iştirakı ilə Qarabağda həyata keçirilən bərpa-quruculuq işləri və bölgənin inkişaf perspektivləri diqqə
11.09.2026 282 İndoneziyada güclü zəlzələ oldu
İndoneziyada 6,1 bal gücündə zəlzələ baş verib. xarici mətbuata istinadən xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, zəlzələ saat 14:56-da qeydə alınıb. Yeraltı təkanların ocağı 131 kilometr dərinlikdə yerləşib
11.09.2026 230 Diplomatlar Yuxarı Gövhər Ağa məscidini, Qarabağ küçəsini və "Sadıqcanın evi"ni ziyarət ediblər - FOTO - VİDEO
Qarabağa və Şərqi Zəngəzura səfər edən diplomatik korpus nümayəndələri Şuşa şəhərindəki Yuxarı Gövhər Ağa məscidində olublar. "Report"a istinadən xəbər verir ki, qonaqlara memarlıq abidəsi və onun tarixi barədə məlumat verilib. Müsəlman ölkələrindən olan diplomatlar məsciddə namaz qılıblar
11.09.2026 463