ABŞ səfirliyi vətəndaşlarını İranı Azərbaycan sərhədləri vasitəsilə tərk etməyə çağırıb

ABŞ səfirliyi vətəndaşlarını İranı Azərbaycan sərhədləri vasitəsilə tərk etməyə çağırıbABŞ-nin İrandakı virtual səfirliyi öz vətəndaşlarını İranı tərk etməyə çağırıb.

"Report" xəbər verir ki, bu barədə virtual nümayəndəliyin veb-saytında bildiriş dərc edilib.

"ABŞ vətəndaşları heç bir səbəbdən İrana səfər etməməli və əgər oradadırlarsa, dərhal İranı tərk etməlidirlər. İranı tərk edə bilməyən ABŞ vətəndaşları uzun müddət ərzində sığınacaqda qalmağa hazır olmalıdırlar", – bildirişdə qeyd olunub.

Xatırladılıb ki, Vaşinqtonun Tehranla diplomatik və ya konsulluq əlaqələri yoxdur, ABŞ-nin maraqlarını qoruyan tərəf kimi isə İsveçrə çıxış edir.

Səfirlik vətəndaşlarına İranı Azərbaycan, Ermənistan və ya Türkiyə sərhədindən keçərək tərk etməyi təklif edib.

"Azərbaycanın quru sərhədləri bağlı qalır, lakin ABŞ vətəndaşları xüsusi icazə ilə 15 iyun tarixində Astara sərhəd-keçid məntəqəsindən Azərbaycana daxil ola bilərlər", – virtual nümayəndəlik bildirib.

Qeyd olunub ki, amerikalılar Astara sərhəd-keçid məntəqəsinə yollanmazdan əvvəl Azərbaycan hökumətindən icazə almalıdırlar. "ABŞ-nin Bakıdakı səfirliyi bunu təşkil etməlidir", – bildirişdə vurğulanıb.

Nümayəndəlik bildirib ki, Azərbaycana keçmək istəyən vətəndaşları ABŞ-nin Bakıdakı səfirliyi ilə əlaqə saxlamalıdırlar.

Xatırladaq ki, xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara sərhəd-keçid məntəqəsindən keçmələrinə şərait yaradılıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 671   Tarix: 15 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Mediline" Tədris Mərkəzindən şikayət: "Məni aldatdılar, ilkin vədlər sonradan öz təsdiqini tapmadı"

"Mediline" Tədris Mərkəzindən şikayət var. Bu barədə -ya zərərçəkmiş vətəndaşdan daxil olan məlumatda deyilir. "Sosial şəbəkədə "Mediline" Tədris Mərkəzi ilə bağlı reklam qarşıma çıxdı. Mərkəzlə əlaqə saxladıqdan sonra özünü operator kimi təqdim edən Nigar adlı xanım məniml

08.04.2026 454
.

22° isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacağı bildirilir. Havanı

14:17 201
.

Azyaşlının maşın sürməyi təhlükə yaratdı: Polis araşdırmalara başladı - VİDEO

Sosial şəbəkələrdə azyaşlının nəqliyyat vasitəsini idarə etməsini əks etdirən görüntülərlə bağlı araşdırma aparılır. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib. İdarədən bildirilib ki, azyaşlıların nəqliyyat vasitəsini idarə etməsi yolverilməzdir:. "Qət

08.04.2026 753
.

İranda müharibə zamanı 3000-dən çox insan həlak olub, tibb qurumu bildirir

İranın məhkəmə ekspertizasının rəhbəri dövlət mediasına bildirib ki, ABŞ və İsrailin 28 fevralda hücumlara başlamasından bəri İranda 300-dən çox insan həlak olub. BİG.AZ France 24-ə istinadən xəbər verir ki, o əlavə edib ki, ölənlərin 40%-nin şəxsiyyətinin müəyyən edilməsi və ailələrinə qaytarılmas

15:45 123
.

"Bu corabı mənə Beyons göndərib" - Seda Sayan

Müğənni Seda Sayan ötən gün konsertində corabı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, "mən corab qadınıyam" deyimi gündəm olan ifaçı tamaşaçıları ilə zarafat edib. "Bunu mənə Beyons göndərib" deyə, S.Sayan corablarını göstərib

15:16 189
.

"Yeni Klinika"da xəstə ölümünə görə - Həkimə hökm oxundu

"Yeni Klinika"da əməliyyat zamanı xəstənin ölümündə təqsirləndirilən həkim Sevinc Məmmədovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-ya istinadən xəbər verir ki, bu gün Nizami Rayon Məhkəməsində hakim Emin Axundovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərar

13:41 298
.

Tramp: İrana silah satan ölkələrə 50 faiz rüsum tətbiq olunacaq

İrana silah tədarük edən istənilən ölkəyə dərhal tarif tətbiq olunacaq. APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social"da yazıb. "İrana silah tədarük edən istənilən ölkənin ABŞ-a satılan bütün mallarına 50% həcmində rüsum qoyulacaq və bu qərar dərhal qüvvəyə minəcək

08.04.2026 422
.

ABŞ neft şirkətləri İranın qərarına etiraz etdi

ABŞ-ın aparıcı neft şirkətlərinin rəhbərləri İranın Hörmüz boğazından keçən xarici tankerlər üçün rüsum tətbiq etmək qərarına etiraz ediblər. xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, ABŞ-ın iri enerji şirkətlərinin rəhbərləri məsələnin həllinə dəstə

10:54 238
.

Ali təhsildə ödənişlərin artımı yalnız keyfiyyət təminatı ilə mümkündür

"Ali təhsil müəssisələrində təhsil ödənişlərinin artırılması yalnız universitetin texniki imkanları və sistemi gücləndirilmiş olduqda mümkündür. Əgər əlavə müəllim və professor heyəti cəlb edilirsə və tələbələrə daha keyfiyyətli təhsil təqdim olunursa, təhsil haqqının artırılması əsaslı hesab olun

14:43 162
.

TOP MP3