İnternetimiz daha sürətli olacaq: Hansı addımlar atılır?

İnternetimiz daha sürətli olacaq: Hansı addımlar atılır?"Azərbaycanda internetin sürəti inkişaf etmiş ölkələrdəki sürət səviyyəsinə çatdırılacaq". Bu sözləri İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) İdarə heyətinin sədri Nail Mərdanov internet telekommunikasiya xidməti göstərən operator və provayderlərlə keçirilən görüşdə deyib. Onun sözlərinə görə, yenilənmiş infrastruktur, müştəri təcrübələri, latent tələb və digər araşdırmalar göstərir ki, internet sürətinin inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması üçün operator və provayderlərimiz artıq 150-200 Mbit/s-dən yuxarı internet sürət paketləri təqdim etməlidirlər. Ölkədə internetdən istifadə sürətinin inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması üçün yüksəksürətli xidmət təkliflərinin olması zəruridir.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

"2,2 milyon sabit genişzolaqlı internet abunəçisi var"

Nail Mərdanov əlavə edib ki, hazırda ölkəmizdə 2,2 milyon sabit genişzolaqlı internet abunəçisi mövcuddur. Onlardan da 1,7 milyonu, yaxud 78%-i GPON texnologiyası istifadə edir. Bu texnologiya üzərindən 1 Gbit/s internet sürətinin təqdim olunması mümkündür. Hazırda 2,9 milyon ev təsərrüfatının genişzolaqlı internetə çıxış imkanı təmin olunub.

Maraqlıdır, bu hədəf nə dərəcədə realdır? İnternetin sürətinin inkişaf etmiş ölkələrdəki səviyyəyə çatdırılması üçün hansı addımlar atılmalıdır?

"Daha yüksəksürətli internet xidmətləri mümkündür"

İKTA-dan "Kaspi" qəzetinə verilən məlumata görə, son illər infrastrukturun formalaşdırılması, xidmət keyfiyyətinin artırılması istiqamətində atılan addımlar ölkədə internetin sürətinin artırılmasına imkan verir: "RİNN tərəfindən uğurla həyata keçirilən "Onlayn Azərbaycan" layihəsi çərçivəsində internet telekommunikasiya infrastrukturu ən müasir formada yenilənib və ən ucqarlarda yaşayan əhalinin belə yüksəksürətli internetə əlçatanlığı artıb. Hazırda 2,9 milyon ev təsərrüfatının genişzolaqlı internetə çıxış imkanı təmin olunub. İKTA tərəfindən aparılmış təhlillər onu göstərir ki, mövcud internet telekommunikasiya şəbəkəsi Azərbaycanda istehlakçılara daha yüksəksürətli internet xidmətləri təklif etməyə imkan verir. Həmçinin Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyinin möhkəmləndirilməsi baxımından sürətin artırılması xüsusi əhəmiyyət kəsb edir".

"Hədəf indikatorları olaraq müəyyən edilib"

Qurumdan bildirilir ki, operator və provayderlərə istehlakçılara minimum 150 Mbit/s-dən başlamaqla 1 Gbit/s və daha yüksək internet sürəti də daxil olmaqla müxtəlif sürət paketlərini təklif etmək tövsiyə olunur: "Bu baxımdan "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi"ndə nəzərdə tutulan prioritetlərin həyata keçirilməsi nəticəsində ölkəmizdə sabit genişzolaqlı şəbəkədə orta internet sürətinin 2025-ci ildə 50 Mbit/s-yə, 2025-ci ildən sonra isə inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılmasının hədəf indikatorları olaraq müəyyən edilib".

"Wi-Fi 4", "Wi-Fi 5" və "Wi-Fi 6" ...

İKTA-nın məlumatına görə, hazırda vətəndaşların istifadə etdikləri dördüncü, beşinci və altıncı nəsil modem və routerlər də sürət artımını dəstəkləyir: "Belə ki, "Wi-Fi 4", "Wi-Fi 5" və "Wi-Fi 6" adlandırdığımız həmin cihazlar müvafiq olaraq 600 Mbit/s, 3.5 Gbit/s və 9.6 Gbit/s sürəti ötürmə imkanına malikdir".

"Mühüm mərhələ arxada qalıb"

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov deyir ki, bu hədəfə çatmaq üçün provayderlərin xidmət keyfiyyətinə nəzarət gücləndirilməli, onların məsuliyyətli fəaliyyəti təşviq olunmalıdır: "Azərbaycanda internetin inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması prosesi artıq yalnız infrastrukturun qurulması ilə deyil, bu infrastrukturun effektiv və səmərəli istifadəsi ilə bağlı məsələlərlə müəyyən olunur. Ölkə üzrə ucdan-uca fiber-optik şəbəkənin qurulması ilə mühüm mərhələ arxada qalıb. İndi əsas diqqət bu texniki potensialın tam reallaşdırılması və istifadəçilərə sabit, keyfiyyətli internet xidmətlərinin göstərilməsinə yönəlməlidir".

E.Abbasovun sözlərinə görə, rəqabət mühiti genişlənməli, tarif siyasəti şəffaf tənzimlənməli və xidmət göstəricilərinə dair ictimai monitorinqlər təmin edilməlidir. Bu yanaşma həm real sürət, həm də əlaqənin sabitliyi baxımından istifadəçi gözləntilərinin qarşılanmasına şərait yaradacaq. İnternet xidmətlərinin regionlarda da şəhər səviyyəsində əlçatanlığı mühüm prioritetlərdən biri olaraq qalmalıdır.

Beynəlxalq trafik kanalları şaxələndirilməlidir

AİKTSA sədri vurğulayır ki, xarici resurslara çıxışın optimallaşdırılması məqsədilə Transxəzər fiber-optik layihəsi kimi təşəbbüslər önə çəkilməlidir: "Digər strateji istiqamət isə beynəlxalq trafik kanallarının şaxələndirilməsi və Azərbaycanın regional trafik mübadiləsi mərkəzinə çevrilməsi ilə bağlıdır. Bu yanaşma ölkəmizin yalnız istifadəçi bazasına xidmət göstərən deyil, həm də regionda rəqəmsal infrastrukturun mərkəzi rolunu oynayan bir ölkə kimi mövqeyini gücləndirəcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 651   Tarix: 15 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu içki sağlamlığınız üçün TƏHLÜKƏLİDİR: Kardioloqdan XƏBƏRDARLIQ

Kardioloq Ceremi London ürək sağlamlığı üçün ən zərərli hesab etdiyi qida və vərdişlərdən danışıb. Onun sözlərinə görə, bəzi məhsulların müntəzəm qəbulu ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə artırır və onlardan mümkün qədər uzaq durmaq lazımdır. -ın xarici mediaya istinadən xəbərinə görə

08.07.2026 283
.

Marsda yadplanetli silahı tapıldığı iddia edildi

Mars tədqiqatçısı Skott Uorinq Qırmızı Planetdə çəkilmiş fotolardan birində yadplanetlilərə məxsus olduğunu iddia etdiyi silah aşkar etdiyini bildirib. xəbər verir ki, bu barədə Daily Star qəzeti məlumat yayıb. Məlumata görə, Uorinq 2014-cü ildə Opportunity roveri tərəfindən çəkilmiş fotoya diqqət çəkib

11:17 170
.

Həkimlər səbəbi araşdırır: Eyni ailənin 6 üzvü sirli xəstəlikdən öldü

Hindistanda eyni ailənin altı üzvü 10 gün ərzində sirli xəstəlik səbəbindən həyatını itirib. xəbər verir ki, bu barədə ETV Bharat xəbər agentliyi məlumat yayıb. Hadisə Carxand ştatının Sikka kəndində baş verib. İlk olaraq iyunun 19-da ailə başçısı Kuldip Mehta vəfat edib. Daha sonra onun qızları Babit

11:00 182
.

NASA ilə bağlı sensasiyalı iddia: UNO fotoları illərlə gizlədilib

NASA-nın illərdir naməlum uçan obyektlərin (UNO) fotoşəkillərini gizlətdiyi və retuş etdiyi iddia olunub. xəbər verir ki, bu barədə Daily Mail qəzeti məlumat yayıb. Məlumata görə, sosial şəbəkə istifadəçiləri 2021-ci ildə vəfat edən Donna Harenin müsahibəsinə diqqət çəkiblər. O, 1967-1981-ci illərd

11:05 162
.

Niyə soyuducunuza çoxlu maqnit asmamalısınız?

Soyuducunun üzərinə yapışdırılan maqnitlər uzun illərdir mətbəxin ayrılmaz hissəsinə çevrilib. Kimisi onları səyahətlərdən xatirə kimi gətirir, kimisi isə qeydləri, alış-veriş siyahısını və ya uşaqların rəsmlərini bərkitmək üçün istifadə edir. Lakin mütəxəssislər bildirirlər ki, həddindən artıq çox maqni

08.07.2026 255
.

Balakən sakinini sel apardı

Balakəndə 43 yaşlı kişini sel aparıb. "Qafqazinfo" xəbər verir ki, rayonun Katex kənd sakini 1983-cü il təvəllüdlü Aslan Ramazanoviç Rzayev Katex çayında sel sularının gətirdiyi odun parçalarını yığmaq istəyərkən ehtiyatsızlıqdan suya yıxılıb. Hazırda onun axtarışları davam etdirilir

08.07.2026 396
.

Azərbaycanda çəyirtkələrin sayı niyə artır? (SƏBƏB)

Son günlər ölkə ərazisində, xüsusilə Xəzəryanı bölgələrdə invaziv növlərə aid bəzi çəyirtkələrin miqrasiyası və populyasiya sıxlığının artması müşahidə olunur. Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, bununla əlaqədar olaraq, AQT

12:42 136
.

Rəhman Rəhmanov: "Heyif ki, aramızdan çox tez ayrıldı"

Əməkdar artist Rəhman Rəhmanov mərhum həmkarı, "Ələkbər əmi" obrazı ilə tamaşaçıların yaddaşında qalan Əməkdar artist Ələkbər Hüseynovu ehtiramla xatırlayıb. O, Qaynarinfo-ya açıqlamasında Ələkbər Hüseynovun vaxtsız vəfatından təəssüfləndiyini bildirib:. "Heyif ki, belə bir aktyor aramızda

08.07.2026 343
.

İranda hava limanında güclü partlayış - ölən var

İranın cənub-şərqində yerləşən İranşəhr hava limanında güclü partlayış baş verib. xəbər verir ki, bu barədə İranın dövlət televiziyası IRIB məlumat yayıb. Məlumata görə, partlayışlar hava limanının binasında və uçuş-enmə zolağında qeydə alınıb. Hadisə nəticəsində bir yanğınsöndürənin həlak olduğu bildirilir

10:45 161
.

TOP MP3