ADY-nin departament rəhbəri: "Sərnişinlər müasir qatarlarda səyahət edəcəklər"

ADY-nin departament rəhbəri: "Sərnişinlər müasir qatarlarda səyahət edəcəklər""Bu gün - 15 iyun tarixində beş illik fasilədən sonra Bakı-Qazax marşrutu üzrə sərnişin qatarlarının hərəkəti yenidən fəaliyyətə başlayıb".

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.

O qeyd edib ki, əvvəllər Bakıdan Qazaxa qatar səkkiz saat yarıma gedirdi, hazırda istifadədə olan qatarla bu məsafə beş saat yarım müddətə qət ediləcək:

"Sərnişinlər İsveçrənin "Stadler Rail Group" şirkətinin istehsalı olan müasir qatarlarda səyahət edəcəklər".

A.Fərəcov qeyd edib ki, Qazax stansiyasının istifadəyə verilməsi Ağstafa-Qazax avtomobil yolunun əsaslı təmiri və bərpasından sonra mümkün olub, Qazax stansiyası təmir edilib.

O qeyd edib ki, yeni cədvələ əsasən, Bakıdan Qazax istiqamətində qatarlar hər gün saat 08:00-da və 18:00-da yola düşəcək:

"Eyni zamanda, Qazaxdan Bakı istiqamətində qatarlar səhər saat 08:00-da və axşam saat 16:20-də hərəkət edəcək. Qatar vaqonlarında 240-dan çox yer mövcuddur və sərnişinlər üçün standart, standart plus, biznes və birinci sinif seçimləri təklif olunur".

Bilet qiymətlərinə gəlincə, A.Fərəcov deyib ki, "Azərbaycan Dəmir Yolları" ötən ildən dinamik qiymət siyasətinə keçib:

"Qiymətlər alış tarixi və digər meyarlara görə dəyişir. Minimum bilet qiyməti 16 manat 20 qəpikdən başlayır".

A.Fərəcov qeyd edib ki, Bakı-Qazax-Bakı dəmir yolu marşrutunun bərpası Qazax rayonunun inkişafına müsbət təsir göstərəcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 472   Tarix: 15 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edib - VİDEO+YENİLƏNİB

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Açıq dəhliz siyasəti: Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" mövzusunda panel müzakirələr keçirilib. xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva müzakirələrdə iştira

14.02.2026 205
.

İlham Əliyev Münhendə Kaya Kallas ilə görüşüb - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Münhendə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə görüşüb. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Kaya Kallasın ötən il ölkəmiz

14.02.2026 190
.

Ana və 4 övladı yanğında öldü

Rusiyanın Xabarovsk diyarında fərdi yaşayış evində baş verən yanğın beş nəfərin həyatına son qoyub. xəbər verir ki, hadisə fevralın 14-də Xabarovsk rayonunun Kukan kəndində, Novaya küçəsində qeydə alınıb. Regional prokurorluğun məlumatına görə, yanğın nəticəsində bir qadın və onun dörd uşağı ölüb. Həla

14.02.2026 194
.

Rusiyanın gizli gəmilərinə qarşı hərbi əməliyyat planlaşdırılır - Münhendə QAPALI MÜZAKİRƏ

Böyük Britaniyanın müdafiə naziri Con Heli Şimali Avropa və Baltikyanı ölkələrin nümayəndələri ilə Rusiyanın "kölgə donanması"na aid edilən tankerlərə qarşı mümkün hərbi əməliyyatlar barədə danışıqlar aparıb. xəbər verir ki, bu məlumatı "Bloomberg" özəl mənbələrə istinadən açıqlayıb:

14.02.2026 152
.

Zelenski Münxendə İran hakimiyyətini kəskin tənqid edib

Ukrayna Prezidenti Volodimir Zelenski Münxen Təhlükəsizlik Konfransındakı çıxışı zamanı İran hakimiyyətini kəskin tənqid edib. "Report"un məlumatına görə, Zelenski qeyd edib ki, məhz İranın Rusiyaya tədarük etdiyi "Shahed" dronları ukraynalıları öldürür və ölkə infrastrukturunu dağıdır

14.02.2026 158
.

Bakıda yeni metro stansiyası açılır - BU TARİXDƏ - VİDEO

Tbilisi prospekti, Tibb Universiteti, Rusiya səfirliyi və Semaşko xəstəxanası kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəzin yaxınlığında yeni metrostansiya tikilib. BİG.AZ "Xəzər TV"yə istinadla xəbər verir ki, artıq stansiyada son tamamlanma işləri aparılır. Sakinlər bildiriblər ki, illərdi

00:09 122
.

Azərbaycan Avstraliyadan kürü əvəzediciləri almağa başlayıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 950 min ABŞ dolları dəyərində 71,3 ton balıq kürüsünün əvəzedicilərini idxal edib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 66 %

14.02.2026 178
.

Göygöldə maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb

Göygöl şəhəri, Azay Kazımov küçəsində fəaliyyət göstərən maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb. "Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, fərdi sahibkar Əliyev Nizami Rza oğluna maye qazdoldurma məntəqəsində istismar oluna

14.02.2026 165
.

Dostunun kartını oğurlayıb toya pul yazdıran şəxs saxlanıldı

Bakının Nəsimi rayonunda vətəndaşın bank kartından 1400 manat məbləğində pul vəsaitinin gizli şəkildə talanması ilə əlaqədar polisə şikayət daxil olub. BİG.AZ "Teleqraf"a istinadla məlumat verir ki, polis orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində cinayət əməlin

14.02.2026 134
.

TOP MP3