Hikmət Babaoğlu: "Bugünkü qalib Azərbaycan qurtuluşdan doğan dövlətin varisidir"
"Bugünkü qalib Azərbaycan 1993-cü il iyunun 15-də əsası qoyulan və qurtuluşdan doğan Azərbaycanın hüquqi, siyasi, mənəvi varisidir".
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı, Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü Hikmət Babaoğlu deyib.
O qeyd edib ki, bu gün Qurtuluş Günü kimi qeyd etdiyimiz tarixi hadisənin Azərbaycanın milli dövlətçilik tarixində çox mühüm əhəmiyyəti var.
"Çünki 3-4 iyun hadisələrindən başlayaraq, 15 iyuna qədər uzanan bir dövr ərzində, 1993-cü ildə Azərbaycan dövlətçiliyinin mövcud olub-olmaması və ya bugünkü unitar dövlət kimi qalıb qalmaması məsələsi həll olunurdu.
Çünki 1993-cü ilin yaz aylarında artıq etnik separatçılığın Azərbaycanda pik həddinə çatması hadisəsi baş verirdi. Azərbaycanın şimalında, sadval bölücüləri ayrı bir "dövlət", cənubunda isə "Talış Muğan Respublikası" deyilən qondarma qurum yaratmağa cəhdlər edilirdi.
Azərbaycanın qərbində isə əslində regional separatçılıq baş verirdi - Surət Hüseynov ayrıca bir dövlət yaratmağa çalışırdı. Beləliklə, Azərbaycanın bütövlükdə dövlətçiliyi, eyni zamanda, həm də unitar quruluşa malik olan bir dövlətçiliyinin olub-olmaması məsələsi həll olunurdu".
H.Babaoğlu vurğulayıb ki, 15 iyunun tarixi əhəmiyyəti, ulu öndər Heydər Əliyevin Azərbaycanın coğrafi və etnik əlamətlər üzrə bölünməsinin qarşısında almasıdır.
"Ulu öndər 1993-cü il iyun ayının 15-də Azərbaycan Respublikasının Milli Məclisinə sədr seçilməklə Azərbaycanda baş qaldıran etnik və regional separatçılığa son qoymağı və ölkənin bu gün mövcud olan dövlət quruluşu formasını, dövlətçiliyini qoruyub saxlamağı bacardı. Bu əsaslarda təməli qoyulan milli dövlətimiz isə nəticə etibarilə, ən sonda, Azərbaycanın qərbində baş verən erməni separatizmini məhv etdi və ona da son qoya bildi.
Yəni bugünkü qalib Azərbaycan 1993-cü il iyunun 15-də əsası qoyulan qurtuluşdan doğan Azərbaycanın hüquqi, siyasi, mənəvi varisidir və Qurtuluş Gününün tarixi əhəmiyyəti də bundan ibarətdir.
Əgər bu gün biz qalib Azərbaycandan danışırıqsa, suveren hüquqlarımızın hər qarış ərazimizdə bərpa olunmasından danışırıqsa, bu gün Xankəndidə quruculuq işləri aparırıqsa, Xocalıya, Ağdama, Şuşaya qayıdırıqsa, bütün bunların hamısının başlanğıcı 15 iyun tarixinə bağlıdır. Ona görə də biz daim 15 iyunda nələr baş verdiyini analiz etməliyik. Milli yaddaşımızda bunu diri tutmalı və gənc nəslin də dövlətçilik şüuruna bunu yazmağı bacarmalıyıq ki, əslində biz nələrdən xilas olmuşuq, Qurtuluş Günündə nədən qurtulmuşuq? Ona görə mən düşünürəm ki, bu mühüm tarixi hadisə əslində, bugünkü qüdrətli Azərbaycana gələn yolun başlanğıcı idi və Azərbaycan dövlətçiliyinin xilası tarixidir", - deyə deputat bildirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 624 Tarix: 15 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYAP - dünənin, bu günün və sabahın partiyasıdır
1991-ci ildə Sovet İmperiyasının dağılması nəticəsində oktyabrın 18-də Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar yaranmağa başlandı
12:42 118 Ölüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb
ABŞ Qida və Dərman Administrasiyası (FDA) "Medline" şirkətinin istehsal etdiyi qüsurlu ortopedik döşəklərlə bağlı yeddi nəfərin həyatını itirdiyini açıqlayıb. xəbər verir ki, bu barədə FDA-nın rəsmi saytında məlumat yayımlanıb. Məlumata görə, "Medline" şirkətinə yeddi ölüm və 35 ağı
15.11.2026 412 Üç ölkə arasında nüvə sazişinin əldə olunması gözlənilmir
Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpin arasında keçiriləcək üçtərəfli görüşdən sonra nüvə silahları ilə bağlı sazişin əldə olunması ehtimalı olduqca aşağı qiymətləndirilir. xəbər verir ki, bu barədə IMEMO RAS-ın Beynəlxalq Təhlükəsizlik Mərkəzinin elm
10:42 166 Aleks Qrimaldo xəstəlik səbəbindən İspaniya millisindən ayrılıb
"Atletiko"nun müdafiəçisi Aleks Qrimaldo səhhətində yaranan problemə görə İspaniya yığmasının düşərgəsini tərk edib. "Report" xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) mətbuat xidməti məlumat yayıb. 31 yaşlı futbolçunun hərarəti yüksəldiyi üçün o, Millətlə
15.11.2026 287 Ağdamın quruculuq, bərpa və inkişaf dövrü başlayıb
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, artıq üçüncü ildir ki, Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd edilir. Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Azərbaycanın Vətən müharibəsind
10:53 155 Ağdamın əvvəlki şöhrəti bu rayona qaytarılır
Ağdam rayonunun işğaldan azad olunması 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatın nəticəsidir: Bəyanatın şərtlərinə müvadiq olaraq Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı və bu olduqca böyük uğurdur və tarixi bi
11:35 183 Netanyahunun sosial şəbəkə hesablarına kiberhücum oldu - FOTO
İsrailin Baş naziri Benyamin Netanyahunun rəsmi X hesabında illər əvvəl yayımlanmış paylaşımın keçidinin tamamilə başqa məzmuna yönləndirildiyi üzə çıxıb. Hadisə siyasətçilərin, dövlət qurumlarının və şirkətlərin sosial şəbəkə hesablarında yerləşdirilmiş köhnə keçidlərə qarşı həyata keçirilən kiber müdaxilələ
12:39 139 Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Aidiyyəti qurumlar tərəfindən hücumların qarşısının alınması və araşdırılması istiqamətində müvafiq tədbirlə
15.11.2026 284 Prezidentin 1 həftəsi... - Video
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. "Qafqazinfo" icmalı təqdim edir:
15.11.2026 294