İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb

İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıbAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Yeni dünya nizamı: geosiyasi aspektlәr və qlobal çağırışlar" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

"Report"un məlumatına görə, müraciətdə deyilir:

"Hörmətli konfrans iştirakçıları!

Sizi "Yeni dünya nizamı: geosiyasi aspektlәr vә qlobal çağırışlar" mövzusunda Şuşada keçirilən beynəlxalq konfransda səmimi-qəlbdən salamlayıram.

Müasir dövrdə dünyada olduqca mürəkkəb geosiyasi hadisələr baş verir. Milli, regional və qlobal təhlükəsizliyə qarşı çoxsaylı təhdidlərin yaranması və ölkələrin müxtəlif siyasi, hərbi, iqtisadi, mədəni, humanitar, ekoloji çağırışlarla üzləşməsi fonunda beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzlərinin meydana çıxması və yeni dünya nizamına keçid prosesi müşahidə olunmaqdadır. Belə bir şəraitdə dövlət maraqlarının, ölkələrin müstəqilliyinin və suverenliyinin qorunması, sülh, sabitlik, əməkdaşlıq və çoxtərəfli inkişaf naminə səylərin birləşdirilməsi müstəsna əhəmiyyətə malikdir.

BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı birləşmələrinin tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinə baxmayaraq, 30 ilə yaxın ərazisinin 20 faizi işğal altında olmuş Azərbaycan ikili standartlarla, qərəzli və ədalətsiz münasibətlə üzləşmişdi. 44 günlük Vətən müharibəsi və 1 günlük antiterror əməliyyatı nəticəsində ölkəmiz ərazi bütövlüyünü və suverenliyini öz gücü ilə tam bərpa etdi. Beləliklə, müasir Azərbaycan dövlətini dərin sosial, iqtisadi və siyasi böhrandan qurtaran dahi şəxsiyyət, milli dövlətçilik ideologiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyevin arzuladığı qalib və qüdrətli Azərbaycan dövləti formalaşdı.

Ədalətli dünya nizamının tərəfdarı olduğunu hər zaman əməli fəaliyyəti ilə nümayiş etdirən Azərbaycan nəinki yerləşdiyi Cənubi Qafqaz regionunun, həm də bütövlükdə Avrasiyanın dialoq və əməkdaşlıq məkanına çevrilməsinin tərəfdarı kimi çıxış edir. Dost və tərəfdaş ölkələrlə birlikdə həyata keçirdiyimiz layihələr regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verir, həm Şərq ilə Qərb, həm də Şimal ilə Cənub arasında konstruktiv və perspektivli işbirliyinə əlverişli zəmin yaradır. Dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmiş Azərbaycan Bandunq Prinsiplərinə daim sadiq qalaraq ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə müdafiə etmişdir.

Bu gün ədalətli dünya naminə yeni geosiyasi nizamın formalaşması dövlətlərin siyasi məsuliyyət prinsipinə əsaslanan ardıcıl və məqsədyönlü fəaliyyətindən asılıdır. Ölkələr məhz qarşılıqlı hörmət və etimada, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, müasir çağırışlara cavab verən səmərəli işbirliyi həyata keçirməklə bu prosesə layiqli töhfə verə bilərlər.

2025-ci il "Konstitusiya və Suverenlik İli" kimi Respublikamızda təntənəli şəkildə qeyd olunur. Azərbaycan milli maraqları rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini cəsarətlə davam etdirir, öz konstitusiyasına, suveren hüquqlarına əsaslanaraq sülh, əməkdaşlıq və davamlı inkişaf naminə yeni dünya nizamının fəal iştirakçısı olmağa çalışır.

Azərbaycanın Milli Qurtuluş Günündə Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə baş tutan bu mötəbər tədbirin dünyada cərəyan edən aktual məsələlərin müzakirəsi baxımından məhsuldar olacağına və ölkələrimiz arasında çoxşaxəli münasibətlərin inkişafına təkan verəcəyinə əminliyimi ifadə edərək, konfransın işinə uğurlar arzulayıram".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 469   Tarix: 15 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rəqəmsal podium: TikTok-da Azərbaycan modellərinin yüksəlişi

Rəqəmsal kommunikasiya dövründə modellik fəaliyyəti yeni mərhələyə qədəm qoyaraq, rəqəmsal platformalar üzərindən daha geniş auditoriyaya çıxış imkanı qazanıb. Xüsusilə TikTok platforması modellər üçün yalnız vizual təqdimat məkanı deyil, eyni zamanda güclü PR və şəxsi brend quruculuğu alətinə çevrilib

16:11 167
.

"Qızımın öldüyü yanğında bu şirkətin də təqsiri müəyyən edilib"

Yasamalda 3 nəfərin ölümünə səbəb olan yanğında daha bir şirkətin təqsiri müəyyən edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə sözügedən faciədə həyatını itirən 7 yaşlı Arzu Qəmbərlinin atası, tanınmış vəkil Əli Qəmbərov məlumat yayıb. Vəkil qeyd edib ki, qızının ölümü ilə bağlı ekspertizanı

15:50 252
.

Dəm qazından zəhərlənən iki uşaq ailədən alındı

Sumqayıtda dəm qazından zəhərlənən 6 uşaqdan ikisi müalicədən sonra ailədən alınaraq dövlət uşaq müəssisəsinə yerləşdirilib. xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov "Yeni Sabah"a bildirib. Onun sözlərinə görə, uşaqlar nəzarət altınd

17:12 173
.

Azərbaycanda internet kəsintiləri ilə bağlı yeni QAYDA

Azərbaycanda planlaşdırılan internet kəsintiləri barədə ictimaiyyətə öncədən məlumat veriləcək. BİG.AZ "Trend"ə istinadən xəbər verir ki, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə müvafiq tapşırıqlar verilib. Belə ki, ölkəd

08.04.2026 492
.

İranda müharibə zamanı 3000-dən çox insan həlak olub, tibb qurumu bildirir

İranın məhkəmə ekspertizasının rəhbəri dövlət mediasına bildirib ki, ABŞ və İsrailin 28 fevralda hücumlara başlamasından bəri İranda 300-dən çox insan həlak olub. BİG.AZ France 24-ə istinadən xəbər verir ki, o əlavə edib ki, ölənlərin 40%-nin şəxsiyyətinin müəyyən edilməsi və ailələrinə qaytarılmas

15:45 177
.

Ali təhsildə ödənişlərin artımı yalnız keyfiyyət təminatı ilə mümkündür

"Ali təhsil müəssisələrində təhsil ödənişlərinin artırılması yalnız universitetin texniki imkanları və sistemi gücləndirilmiş olduqda mümkündür. Əgər əlavə müəllim və professor heyəti cəlb edilirsə və tələbələrə daha keyfiyyətli təhsil təqdim olunursa, təhsil haqqının artırılması əsaslı hesab olun

14:43 204
.

Yanğında vəfat edən Könülün qızının vəziyyəti ağırdır

Yasamalda baş verən yanğın zamanı həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamovanın vəziyyəti ağırdır. Axşam.az xəbər verir ki, bu haqda mərhum Könülün anası video paylaşım edib. O bildirib ki, nəvəsi 5 aydır sağalmır və Türkiyəyə müalicəyə göndərilib: . "Qızı

12:58 431
.

Xəzər dənizində zəlzələ oldu

Xəzər dənizində zəlzələ baş verib. BİG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, maqnitudası 3,3 olan zəlzələ yerli vaxtla saat 02:17-də qeydə alınıb, dərinliyi 12 kilometr olub. Xatırladaq ki, apreli

10:24 212
.

Mübahisə faciəyə çevrildi - qadın ərini öldürdü

Rusiyanın Sankt-Peterburq şəhərində 38 yaşlı qadın Peterqof şossesindəki mənzildə 54 yaşlı ərini bıçaqlayaraq öldürüb. xəbər verir ki, bu barədə Baza xəbər agentliyi öz Telegram kanalında məlumat yayıb. Məlumata görə, hadisənin səbəbi kişinin həyat tərzini dəyişdirmək qərarı ilə bağlı mübahisə olub

11:40 298
.

TOP MP3