Prezident: "Azərbaycan ədalətli dünya nizamının tərəfdarı olduğunu hər zaman nümayiş etdirib"

Prezident: "Azərbaycan ədalətli dünya nizamının tərəfdarı olduğunu hər zaman nümayiş etdirib""Müasir dövrdə dünyada olduqca mürəkkəb geosiyasi hadisələr baş verir. Milli, regional və qlobal təhlükəsizliyə qarşı çoxsaylı təhdidlərin yaranması və ölkələrin müxtəlif siyasi, hərbi, iqtisadi, mədəni, humanitar, ekoloji çağırışlarla üzləşməsi fonunda beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzlərinin meydana çıxması və yeni dünya nizamına keçid prosesi müşahidə olunmaqdadır. Belə bir şəraitdə dövlət maraqlarının, ölkələrin müstəqilliyinin və suverenliyinin qorunması, sülh, sabitlik, əməkdaşlıq və çoxtərəfli inkişaf naminə səylərin birləşdirilməsi müstəsna əhəmiyyətə malikdir".

BiG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Prezident İlham Əliyevin Şuşada keçirilən "Yeni dünya nizamı: geosiyasi aspektlәr və qlobal çağırışlar" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alıb. Müraciətdə qeyd olunur ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı birləşmələrinin tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinə baxmayaraq, 30 ilə yaxın ərazisinin 20 faizi işğal altında olmuş Azərbaycan ikili standartlarla, qərəzli və ədalətsiz münasibətlə üzləşmişdi. 44 günlük Vətən müharibəsi və 1 günlük antiterror əməliyyatı nəticəsində ölkəmiz ərazi bütövlüyünü və suverenliyini öz gücü ilə tam bərpa etdi. Beləliklə, müasir Azərbaycan dövlətini dərin sosial, iqtisadi və siyasi böhrandan qurtaran dahi şəxsiyyət, milli dövlətçilik ideologiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyevin arzuladığı qalib və qüdrətli Azərbaycan dövləti formalaşdı.

"Ədalətli dünya nizamının tərəfdarı olduğunu hər zaman əməli fəaliyyəti ilə nümayiş etdirən Azərbaycan nəinki yerləşdiyi Cənubi Qafqaz regionunun, həm də bütövlükdə Avrasiyanın dialoq və əməkdaşlıq məkanına çevrilməsinin tərəfdarı kimi çıxış edir. Dost və tərəfdaş ölkələrlə birlikdə həyata keçirdiyimiz layihələr regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verir, həm Şərq ilə Qərb, həm də Şimal ilə Cənub arasında konstruktiv və perspektivli işbirliyinə əlverişli zəmin yaradır. Dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmiş Azərbaycan Bandunq Prinsiplərinə daim sadiq qalaraq ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə müdafiə etmişdir", - deyə müraciətdə vurğulanıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 396   Tarix: 15 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

NASA Marsda aşkarlanan həyat izlərini Yerə çatdıra bilmir: Səbəb nədir?

NASA Marsda vaxtilə həyatın mövcud olduğunu göstərən dəlillər aşkarlayıb, lakin bu mühüm nümunələrin Yerə gətirilməsi hələ də son dərəcə çətin məsələ olaraq qalır. Qaynarinfo "Newsweek"a istinadən xəbər verir ki, təxminən bir il əvvəl NASA "Perseverance" marsdaşıyan aparatının kəşfin

11.09.2026 231
.

Azərbaycanda qızıl kəskin bahalaşdı

Azərbaycanda 2026-cı il 11 sentyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızıl bazarında 1 unsiya qızılın qiyməti 7494.8155 manat, 1 qramının standart qiyməti isə 240.96 manat təşkil edir. Əyyarından və mənşəyindən asılı olaraq 1 qram qızılın qiyməti isə 9

11.09.2026 251
.

Naxçıvanda 250 minlik DƏLƏDUZLUQ: dövlət qurumunun adından saxta sənəd verirmiş

Dövlət qurumunun adından istifadə edərək vətəndaşları aldatmaqda şübhəli bilinən İlkin Abdullayev polis əməkdaşları tərəfindən saxlanılıb. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən -a verilən məlumata görə, araşdırmalarla onun vətəndaşlara obyekt tikintisinə sərəncam verilməsi ilə bağl

11.09.2026 258
.

Onlayn telefon sifariş etdi, peyin göndərdilər

Hindistanın Qreyter-Noyda şəhərində yaşayan sakin internetdən sifariş etdiyi Android cihazının əvəzinə içərisində inək peyini olan bağlama alıb. xarici mediaya istinadən xəbər verir ki, Akaş Naqar adlı şəxs bir neçə gün əvvəl iş üçün internet saytlarından birindən Android cihazı sifariş edib, sifari

11.09.2026 287
.

Park Bulvar"da yanğın təhlükəsi yaradan görüntülər: "Çağ Baku" restoranında nə baş verir?

Səbail rayonu, Neftçilər prospekti 42 ünvanında, Dənizkənarı Milli Park ərazisinə yaxın yerləşən "Park Bulvar"da fəaliyyət göstərən "Çağ Baku" restoranı ilə bağlı "Real Azərbaycan"a narahatedici məlumat daxil olub. Mənbənin iddiasına görə, restoranda gənclərin əyləncəs

11.09.2026 286
.

Sabah 31 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata görə, gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var

11.09.2026 201
.

58 ölkədən 150 diplomat Xankəndidə - Bu səfərin əsas məqsədi nədir?

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri regionda gedən proseslərin beynəlxalq ictimaiyyətə yerində nümayiş etdirilməsi baxımından diqqət çəkir. Sentyabrın 11-də başlayan iki günlük səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edə

11.09.2026 238
.

Böyük Qayıdışın ünvanı Qarabağ: Diplomatik korpus bölgədə - Ekspert ŞƏRHİ

Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərliyi ilə diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfəri xüsusi əhəmiyyət daşıyır. Diplomatları

11.09.2026 237
.

"Səfərin əsas siyasi üstünlüyü ondan ibarətdir ki, diplomatlar Qarabağ haqqında həqiqətlərlə yerində tanış oldular" - Könül Nurullayeva

"Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura artıq 22-ci səfəri baş tutdu. Bu səfər həm xarici diplomatların bölgədə aparılan bərpa-quruculuq işləri ilə tanışlığı, həm də Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi siyasətin beynəlxalq auditoriyay

09:26 163
.

ƏN ÇOX OXUNANLAR
Hicama haqqında nələri bilirik?
Diplomatlar Yuxarı Gövhər Ağa məscidini, Qarabağ küçəsini və "Sadıqcanın evi"ni ziyarət ediblər - FOTO - VİDEO
"Öz ərizənlə işdən çıx": İşçi məcbur edildiyini məhkəmədə necə sübut edə bilər? - VƏKİLDƏN AÇIQLAMA
"Səfərin digər mühüm istiqaməti regionda sülh və əməkdaşlıq məsələləri olub" - Ülviyyə Həmzəyeva
"Növbəti illərdə Xankəndi, Ağdam, Qubadlı, Kəlbəcər və digər məskənlərə on minlərlə sakinin köçürülməsi planlaşdırılır" - BƏHRUZ MƏHƏRRƏMOV
Ərini öldürüb basdırdığı yerə gül əkən qadına 12 il HƏBS CƏZASI
"Artıq başqa Sevdayam, anayam"
3 illik universitet modeli gəlir - Azərbaycanda ali təhsildə YENİLİK - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Nazir yeni Baş İdarə yaratdı - Mərhum prokurorun general oğlunu rəis təyin etdi
"Bürclərə bağlı qalmaq, bürclərə görə insan haqqında hökm vermək qətiyyən düzgün deyil" - AYTƏN SALAMİ
Büdcədənkənar maaş əlavələrinə limit: Dövlət qurumlarında əməkhaqqı sistemi dəyişəcək? - İQTİSADÇIDAN AÇIQLAMA
Hikmət Hacıyevin 600-dən çox bal yığan tələbələrlə söhbəti - Video
"İsrail ilə Türkiyə arasında Suriya məsələsində çox ciddi toqquşan maraqlar var" - RASİM QULİYEV
Onlayn telefon sifariş etdi, peyin göndərdilər
Park Bulvar"da yanğın təhlükəsi yaradan görüntülər: "Çağ Baku" restoranında nə baş verir?