İntizam Məmmədov həbs olundu
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadənin Yuxarı Seyidlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İntizam Məmmədov inzibati qaydada həbs olunub.
BiG.AZ-ın "Qaynarinfo"ya istinadla məlumatına görə, dövlət məmuru "3 yol" adlanan ərazidə səs-küy salaraq nalayiq ifadələr işlətməsi və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması səbəbilə saxlanılıb.
İntizam Məmmədov Zərdab şəhərinin "Bayraq Meydanı" adlanan hissəsində "Renault Megane" markalı avtomobili idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə DYP əməkdaşları tərəfindən saxlanılıb. Lakin o, bu haldan əsəbiləşərək yol polislərindən birinə "gəl sənə hörmət edim, çıxım gedim" deyib və nəqliyyat vasitəsi ilə ərazidən uzaqlaşıb.
Daha sonra o, "3 yol" adlanan ərazidə yenidən saxlanılıb və bu zaman yüksək səslə nalayiq ifadələr işlədərək ictimai asayişi pozub. Hətta polis əməkdaşlarını hədələyib.
1961-ci il təvəllüdlü İntizam Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə protokol tərtib olunub və iş baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmədə ifadə verən İntizam Məmmədov həmin gün əsəbi olduğunu, bank kartının bloklanması səbəbindən gərginlik yaşadığını və bu səbəbdən özünü itirərək hadisəni törətdiyini etiraf edib. O, səhvini başa düşdüyünü bildirib və yaşını, səhhətini və dövlət məmuru statusunu nəzərə alaraq cəzanın yüngülləşdirilməsini xahiş edib.
Lakin məhkəmə onun barəsində 8 sutka inzibati həbs qərarı çıxarıb. Qeyd edək ki, İntizam Məmmədovun həbs müddəti artıq başa çatıb və o, azadlığa buraxılıb.
Əlavə olaraq bildirək ki, İntizam Məmmədov 2018-2021-ci illərdə nümayəndəliyin baş mühasibi Bənövşə Əhmədova ilə qabaqcadan əlbir olaraq vəzifə səlahiyyətlərini aşmaqda və dövlət əmlakını mənimsəməkdə şübhəli bilinib. 2024-cü ilin mart ayında barəsində Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənimsəmə) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi açılıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 906 Tarix: 15 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşNASA Marsda aşkarlanan həyat izlərini Yerə çatdıra bilmir: Səbəb nədir?
NASA Marsda vaxtilə həyatın mövcud olduğunu göstərən dəlillər aşkarlayıb, lakin bu mühüm nümunələrin Yerə gətirilməsi hələ də son dərəcə çətin məsələ olaraq qalır. Qaynarinfo "Newsweek"a istinadən xəbər verir ki, təxminən bir il əvvəl NASA "Perseverance" marsdaşıyan aparatının kəşfin
11.09.2026 231 Azərbaycanda qızıl kəskin bahalaşdı
Azərbaycanda 2026-cı il 11 sentyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızıl bazarında 1 unsiya qızılın qiyməti 7494.8155 manat, 1 qramının standart qiyməti isə 240.96 manat təşkil edir. Əyyarından və mənşəyindən asılı olaraq 1 qram qızılın qiyməti isə 9
11.09.2026 251 Naxçıvanda 250 minlik DƏLƏDUZLUQ: dövlət qurumunun adından saxta sənəd verirmiş
Dövlət qurumunun adından istifadə edərək vətəndaşları aldatmaqda şübhəli bilinən İlkin Abdullayev polis əməkdaşları tərəfindən saxlanılıb. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən -a verilən məlumata görə, araşdırmalarla onun vətəndaşlara obyekt tikintisinə sərəncam verilməsi ilə bağl
11.09.2026 258 Onlayn telefon sifariş etdi, peyin göndərdilər
Hindistanın Qreyter-Noyda şəhərində yaşayan sakin internetdən sifariş etdiyi Android cihazının əvəzinə içərisində inək peyini olan bağlama alıb. xarici mediaya istinadən xəbər verir ki, Akaş Naqar adlı şəxs bir neçə gün əvvəl iş üçün internet saytlarından birindən Android cihazı sifariş edib, sifari
11.09.2026 287 Park Bulvar"da yanğın təhlükəsi yaradan görüntülər: "Çağ Baku" restoranında nə baş verir?
Səbail rayonu, Neftçilər prospekti 42 ünvanında, Dənizkənarı Milli Park ərazisinə yaxın yerləşən "Park Bulvar"da fəaliyyət göstərən "Çağ Baku" restoranı ilə bağlı "Real Azərbaycan"a narahatedici məlumat daxil olub. Mənbənin iddiasına görə, restoranda gənclərin əyləncəs
11.09.2026 286 Sabah 31 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata görə, gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var
11.09.2026 201 58 ölkədən 150 diplomat Xankəndidə - Bu səfərin əsas məqsədi nədir?
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri regionda gedən proseslərin beynəlxalq ictimaiyyətə yerində nümayiş etdirilməsi baxımından diqqət çəkir. Sentyabrın 11-də başlayan iki günlük səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edə
11.09.2026 238 Böyük Qayıdışın ünvanı Qarabağ: Diplomatik korpus bölgədə - Ekspert ŞƏRHİ
Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərliyi ilə diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfəri xüsusi əhəmiyyət daşıyır. Diplomatları
11.09.2026 237 "Səfərin əsas siyasi üstünlüyü ondan ibarətdir ki, diplomatlar Qarabağ haqqında həqiqətlərlə yerində tanış oldular" - Könül Nurullayeva
"Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura artıq 22-ci səfəri baş tutdu. Bu səfər həm xarici diplomatların bölgədə aparılan bərpa-quruculuq işləri ilə tanışlığı, həm də Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi siyasətin beynəlxalq auditoriyay
09:26 163