Azərbaycanda Milli Qurtuluş Günüdür
Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.
"Report" xatırladır ki, 32 il əvvəl - Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edib və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub, Azərbaycan dövlətçiliyi yox olmaq təhlükəsindən qurtulub.
Həmin gün Azərbaycan xalqının tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev Ali Sovetin sədri seçilib. Bununla da uzun müddət davam edən gərginlik və qarşıdurma səngiyib və ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas olub. Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin edir.
Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ suverenliyi qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. O, milli Azərbaycan dövlətçiliyi konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu.
Heydər Əliyev 1993-cü il iyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün yerli və xarici jurnalistlər üçün brifinq keçirib, iyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşüb. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxartdı. Dünyada Azərbaycanla bağlı formalaşan fikri müsbət yöndə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti və xarizması siyasi böhrana son qoydu və Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.
1997-ci ildə Milli Məclisin deputatları 15 iyun tarixinin təqvimə Azərbaycan Respublikasının Milli Qurtuluş Günü kimi salınması təklifi ilə çıxış ediblər və parlament bu təklifi bəyənib. Həmin vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 705 Tarix: 15 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş58 ölkədən 150 diplomat Xankəndidə - Bu səfərin əsas məqsədi nədir?
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri regionda gedən proseslərin beynəlxalq ictimaiyyətə yerində nümayiş etdirilməsi baxımından diqqət çəkir. Sentyabrın 11-də başlayan iki günlük səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edə
11.09.2026 238 "Səfərin digər mühüm istiqaməti regionda sülh və əməkdaşlıq məsələləri olub" - Ülviyyə Həmzəyeva
"Hikmət Hacıyevin Xankəndiyə səfəri Azərbaycanın Qarabağda apardığı bərpa və quruculuq siyasətinin nəticələrinin beynəlxalq ictimaiyyətə göstərilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Səfər zamanı diplomatik korpusun nümayəndələri Xankəndidə yenidən qurulan obyektlərlə tanış olub, Qarabağ Universitetind
11.09.2026 365 Azərbaycanda qızıl kəskin bahalaşdı
Azərbaycanda 2026-cı il 11 sentyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızıl bazarında 1 unsiya qızılın qiyməti 7494.8155 manat, 1 qramının standart qiyməti isə 240.96 manat təşkil edir. Əyyarından və mənşəyindən asılı olaraq 1 qram qızılın qiyməti isə 9
11.09.2026 251 Sabah 31 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata görə, gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var
11.09.2026 201 Azərbaycan-Türkiyə enerji tərəfdaşlığının yeni mərhələsi: Bakıdan verilən strateji mesaj
Azərbaycan və Türkiyə münasibətləri son illərdə yalnız siyasi və hərbi-strateji müttəfiqlik səviyyəsində deyil, həm də enerji, nəqliyyat və iqtisadi əməkdaşlığın bütün istiqamətlərində yeni mərhələyə daxil olub. Bu baxımdan Bakıda keçirilən Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu iki qardaş ölkənin enerj
11.09.2026 211 Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Prezident İlham Əliyev "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. APA xəbər verir ki, Sərəncama əsasən "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətini
11.09.2026 213 El-Nino güclənir: Rekord səviyyəli hadisə ehtimalı 75 faizə çatdı
ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyası (NOAA) tarixi gücə malik El-Ninonun oktyabr-dekabr aylarında baş verməsi ehtimalını 75 faizə yüksəldib. Qaynarinfo xəbər verir ki, "Watchers"in məlumatına görə, avqust ayında bu ehtimal 69 faiz qiymətləndirilirdi. Buna səbəb Sakit okeanın tropi
11.09.2026 228 Dünya sürətlənib: Saatlardan ilk dəfə bir saniyə çıxarıla bilər
Atom saatlarının göstərdiyi vaxtla Yerin fırlanması arasındakı kiçik fərqlər illərdir "artıq saniyə" adlanan düzəlişlərlə aradan qaldırılır. Lakin planetin son illərdə gözlənilmədən sürətlənməsi bu dəfə saata bir saniyə əlavə etmək əvəzinə bir saniyənin çıxarılmasını tələb edə biləcək yen
11.09.2026 227 Nahardan sonra yorğunluq yaranırsa, bunu edin - 15 dəqiqəyə özünüzə gəlin
Nahardan sonra yuxu gəlirsə, amma hətta qısa müddətlik gözləri yummaq imkanı yoxdursa, özünüzü gümrah hiss etməyin başqa yolu da var. xarici mediaya istinadən xəbər verir ki, iş gününün ortasında yuxululuq və enerjinin kəskin azalması demək olar ki, hər kəsə tanışdır. Bu hal xüsusilə nahardan sonra dah
11.09.2026 239